Əhməd Namazov

Ginekoloq-cərrah

İsrail Dövləti

Əhməd Namazov 1983-cü ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Özəl Türk Litseyini bitirib. 2000-2007-ci illərdə Türkiyənin Samsun şəhərində “Ondokuz Mayıs” Universitetinin Tibb fakültəsində təhsil alıb.

2007-2012-ci illərdə İstanbulda mama-ginekologiya ixtisası üzrə təhsil alıb. 2012-ci ildə  “qadın xəstəlikləri və doğuş” sahəsi üzrə uzmanlıq dərəcəsini qazanıb.

Elə həmin ildə İsrailə köçərək, orada “Medical License” imtahanından keçərək həkim kimi fəaliyyət göstərməyə başlayıb.

2015-ci ildə İsraildə Mama Ginekologiya üzrə “Board Exam” (Uzmanlığın təsdiqi) imtahanını ən yüksək nəticəylə başa vurub.

6 ildir İsrailin Aşkelon şəhərində, “Barzilai University Medical Center” xəstəxanasında Ginekologiya şöbəsində Ginekoloq-cərrah olaraq fəaliyyət göstərir. Eyni zamanda, “Ben-Gurion “Universitetində mühazirəçi-akademik dərəcəsinə malikdir.

Əhməd Namazovun həm də beynəlxalq jurnallarda elmi məqalələrdə müəlliflik hüququ var. 2019-cu ilin sentyabr ayından etibarən 1 il müddətinə Fransanın Bordo şəhərində “Endometriozis” cərrahiyyəsi Mərkəzində həkim kimi fəaliyyətinə davam edəcək.