1September
1 yaş
Saytımızın açılmasından düz bir il keçdi. Bu 1 il ərzində saytda 68 xəbər və 1453 şərh dərc olundu. Bu zaman təcrübə qazandıq, yaxşını pisdən ayırmağı öyrəndik. Və bu 1-ci ilin nəticəsində bir qərara gəldik. Azərbaycan internet saytlarında adi bir hal almış bəzi nöqsanları nəzərə alaraq, öz bloqumuz üçün bir neçə qayda tətbiq edəcəyik:
- zengimcell, SMS v.s. bu kimi şeylərlə oxucularımızı narahat etməyəcəyik. Biz oxucularımıza hörmət edirik və onları sadəcə bir qəlir mənbəyi kimi görmürük (lorı dildə desək biz başqaları kimi oxucularımızı LOX saymırıq).
- saytımızda heç vaxt çat olmayacaq.
- saytımızda heç vaxt forum olmayacaq.
- bloqumuzda heç vaxt oğurluq xəbər olmayacaq. Xarici saytlardan alınmış şəkillər, səviyyəsiz rus və türk saytlarından oğurlanmış proqramlar, videolar v.s. heç vaxt burda olmayacaq. Bizim öz aglımız var, heç kimə möhtac deyilik.
- saytımızda heç vaxt “bura reklam yeridir” ya da “bize reklam verin” yazısı olmayacaq. Biz dilənçi deyilik.
- açılan pəncərə (pop-up), reklam java skriptləri və bu kimi aldamacalar olmayacaq. Bizim üçün ziyarətçilərimiz reklamlardan daha vacibdir.
- heç bir rus dilli reklam sistemi vasitəsi saytımızda heç vaxt olmayacaq. Biz azad ölkenin azad insanlarıyıq və düşmənin əlinə baxmırıq.
- başqa saytlarda bol gördüyümüz düşük sorqulara, mənasız yazılara, fəhmsiz ifadələrə yol verilməyəcək. Saytımız ancaq müəyyən intelektual səviyyəli insanlara hitab edəcək. Qanmazlar rəd olsun.
- yazılarımızı heç vaxt “fikrinizi bildirməyi unutmayın” tələbi ilə bitirməyəcəyik.
- Azərbaycan mədəniyyətinə uyğun gəlməyən və Azərbaycan gəncərinə zorla yeridilən hər şeyə qalşıyıq, bunlara saytımızda yer verməyəcəyik. Bunlar arasında rus və türk pop musiqisi, teleseriallar, avtoşluq, sevgi-məhəbbət söhbətləri v.s.
Bizim bu prinsipləri qəbul edən başqa saytlar da olsa, çox sevinərik.

tenha_oglan_20 :
Nicat - 3 September , 14:11
Tebrik edirem saytinizi 1 yashi olmasi munasibeti ile. Tebii ki bu saytin yaranmasinda, erseye gelmesinde sizin zehmetiniz danilmazdi ele o sebebden sizi de tebrik edirem. Ne gozel tesaduf ki sentyabrin 1-i menim de dogum gunumdu, ama menim bir yox 23 yashim tama oldu. Ne ferqi ele deyil? esas oduki ilin eyni gununde dogulmushuq sizin saytla. Daimi oxucunuzam. Ugurlar ugurlar ve yene de ugurlar arzulayiram. Hemishe ayin 1-i oldugu kimi ele 1 ci de olasiniz!!!
Tek sayt yox ele butun Azerbaycan media ishchileri Sizin kimi dushunseydi ne QARABAGimiz tapdaq altinda olardi, ne hemvetenlerimiz rushvet alardi, ne de “cimmek qadagandir” yazilan yerde hami denizde olmazdi!!!