azerbaycanda-internet.png

CNN saytında deyilir ki, Azərbaycan əhalisinin 8%-i İnternet istifadəçisidir. Yani indi Azərbaycanda 678800 adam İnternetdən istifadə edir. Amma bizim Statistika Komitəsi isə deyir ki, Azərbaycanda düz 829100 xoşbəxt İnternet istifadəçisi var.

2006-cı ilin sonuna istifadə yerindən və avadanlığın növündən asılı olmayaraq İnternetdən istifadə etmiş şəxslərin sayı 829.1 min nəfər (2005-ci ildə 678.8 min) təşkil etmişdir. Onların 69.9 faizi kişi, 30.1 faizi qadın olmuşdur.

İstifadəçilərin 36.4 faizi yaşadığı evdə (mənzildə), 23.0 faizi İnternet klublarda, 19.8 faizi iş yerində, 14.9 faizi təhsil müəssisəsində, 2.1 faizi kitabxanada, 3.8 faizi isə digər yerlərdə İnternet şəbəkəsinə qoşulmuşdur. Orta hesabla hər gün İnternetdən istifadə edənlərin İnternet istifadəçilərinin ümumi sayında xüsusi çəkisi 41.2 faizdir.

İnternet istifadəçilərinin beşdə dörd hissəsi 16-35 yaşlı gənclərdir. Yaşı 64-dən çox olanların istifadəçilərin ümumi sayında xüsusi çəkisi 0.7 faiz təşkil edir. İstifadəçilərin 55.0 faizi ali təhsillidir. İnternetdən informasiya axtarmaq məqsədilə istifadə edənlər daha çox – 49.2 faiz (oyun, şəkil yükləmək və musiqiyə qulaq asmaq halları da daxil olmaqla), hakimiyyət orqanları ilə əlaqə yaradanlar əvvəlki illə müqayisədə artsa da, yenə daha az – 4.4 faizlik xüsusi çəkiyə malikdir.

1 Trackbacks/Pingbacks

Üzr istəyirik, bu yazıya şərh yazmaq mümkün deyil.