eurovision azerbaycanİTV-də EuroVision konsertinə baxdınız? Doyunca güldünüz? Yazıq Ruslana snequroçka kimi 4 dəfə elan olundu, amma çıxmadı ki, çıxmadı. Reklam, boş söhbətlər, dərin pauzalar və nəhayət 6 dəqiqə sonra konsert davam etdi. Efirə gedən söhbətlər isə lap mırt idi. “Ещё кричите”, “давай elan elə də”, “повторить повторить”, “ну что делать” sözlərini görəsən Avropaya canlı yayında necə tərcümə elədilər? Kameraların qabağında naməlum adamların gəzməsi, ekranın hərdən qaralması, mikrofonların exo verməsi isə xırda şeylərdir, heç fikir vermədik. Və ən bombası da bu qədər səhvdən sonra aparıcının “Necədir şoumuz, xoşunuza gəldi?” soruşması oldu. Sonra özü də güldü öz sözlərinə.
Dəvət olunan qonaqlara bir meşok pul verilməsinə baxmayaraq, fonoqrama ilə oxuyurdular. Bəs nə oldu Mədəniyyət Nazirliyinin sərəncamı? Fonoqrama ilə hələ bizim qonşumuz Tükəzban xala da oxuyar. Ukrayna Radasının deputatı Ruslana heç olmasa xeyli əziyyət çəkib əməlli-başlı şou göstərdi. Qrupu, səhnə geyimləri, hazırlanmış proqram ən azından səviyyəli idi. Sertab Erener isə təyyarədən hansı paltarda düşmüşdüsə, hələ o paltarla da səhnəyə çıxdı. Tək-tənha. Oxumağı və mahnılarına söz ola bilməz, əla idi, ancaq bizim Tükəzban xala da sapaşki ilə səhnəyə çıxıb ağzını açıb-bağlamağı bacarır. Mariya Şerifoviç səhnəyə qalstuk və krasovka ilə çıxa bilər, Tükəzban xalaya olmaz? Mətbuat konfransında EuroVision təmsilçisi jurnalistləri fit çalaraq sakitləşdirməsi isə Avropanın bizə qarşı tərzinin ən yaxşı nümayişidir. Bir də bizim jurnalistlərinin mədəniyyət səviyyəsinin. Jurnalist Zaxaryanın çıxışı isə məni lap mat qoydu. Nə isə.

Bizim iştirakçılar isə… Allah kömək etsin onlara. Əslində görünür ki həqiqətən yaxşı çalışıblar, istedadları da var, amma onlara ağsaqqallıq edənləri qəşəng çırpmaq lazımdır. Gül kimi uşaqları nə günə qoyublar.

Aynur İsgəndərliyə kim öyrədib o qədər qışqırmağı? Ona yaraşardı həzin, lirik bir mahnı. Səsi də var, görünüşü də buna uyğundur. Onun opanıb-düşmək biraz gülməli görünür axı. İlqar Muradov stilində slow vəya blues bir mahnı, sadə amma efektli bir aranjirovka və qız almaz kimi parıldayardı.
(Aynur İsgəndərlinin videosu)

Unformal (İTV-nin yazdığı kimi Anformal) qrupu… nə deyim, onlar qalib gəlməli idilər. Hər cəhətdən yaxşı idilər. Solist Delya və bas gitaraçı Fəridə favoritlərimdir. Təsüflər ki olmadı.
(Unformal qrupunun videosu)

Elnur Hüseynovu isə imijmeykerlər görünüş olaraq Türkiyənin Atina qrupunun solustinə, oxuma tərzinə görə isə Rusiyanın Dima Bilanına oxşadıblar. Ay balam, bu Elnurdur, öz stili var, Vitas kimi zilə çıxması çox vacibdir? Mahnısı isə Tatunun “Я сошла с ума” mahnısına yaman oxşayır. Görünüşü, tərzi orijinal olmasa da, azərbaycansayağı deyil, avropa zövqünə uyğundur. Bəlkə nəsə alındı. Ümid edirik ki alınar. İndi onun məqsədi EuroVision qalibi olmaq deyil (bu mümkün deyil), onun ən vacib vəzifəsi ermənilərdən daha yaxşı çıxış edib, daha yüksək yer tutmaqdır. Yoxsa gərək Azərbaycana qayıtmasın.
(Elnur Hüseynovun videosu)

P.S.
Deyirəm Aygun Bəylər ilə Samirənin yan-yana qoyardılar, göndərərdilər bu EuroVisiona – sökərdilər oraları, qazıyardılar səhnəni səsləri ilə, zalın divarlarını yıxardılar ifaları ilə, Avropanı mat qoyardılar.

1 Trackbacks/Pingbacks

56 Şərhlər

Zaur - 3 Fevral , 10:15

Mence sizin burda bu cur kritika ila Azerbaycanin Avrovisiona qatilmasini muzakira etmaiyiniz duzgun deil.

Har bir tadbirda Ruslannin gec cixmasi kimi problemlar ola bilar.
Esas odur ki cox gozal bir namizad secildi. Ugurlar Azerbaycan.

Samira A. - 3 Fevral , 11:05

Menim fikrin
1 Elnur
2 Unformal
3 Aynur
Her kesin oz fikri var. Elnura ugurlar arzulayiram.

AzCarMan. - 3 Fevral , 11:13

Bele bir konsert bizde ilk defe oldugu ucun tecrube yoxdur. Sehne yaxsi dizayn edilmisdi. Aparicilar yaxsi secilmisdi. Qonaqlar yuksek seviyeliydi.
Insallah esas yarismada Azerbaycan ugurlu cixis eder.

Ismayil - 3 Fevral , 14:15

Unformal yaxsi cixis elemisdi. Ancaq Azerbaycanin Eurovisionda rok qrupu ile temsil olunmasi ne demekdir? Sizce dogrudan Azerbaycan roku (Azerbaycanda musiqinin en az yayilmis ve en az inkisaf etmis novu) bu seviyyeye catib? Aynur biabirciliq idi. Onun mahnisindan hec ne anlamadim. O ki qaldi Elnura o birilere baxanda yaxsiydi. Sesi chox guclu ve temizdi. Istenilen mahnini oxuya biler. Ancaq yaxsi olar ki mahnisina ve sehne tertibatina millii ruh qatsin. Dunenki mahnida cuzi de olsa Samirin ifasinda vardi.

Ariz - 3 Fevral , 16:45

Men elinde devetname bayirda qalanlardan danishma isterdim, polislerin cibine 5-10 manatdan basib devetnamesiz girdiler icheri, deventamsi olanlar qaldilar bayirda, bu hachan kimi bele olaqcaq, harda gorulub ki, devetnameleri polis yoxlayib icheri girsin, polisimiz de polis olsa cehennem, camaati itelemekden bashqa telim gormuyubler ele bil. Biyabirchiliq deyilmi bunlar ?

Razi Nurullayev - 3 Fevral , 17:24

Çox bəyəndim bu şərhi. Necə də ürəyimdən keçəni səsləndirib müəllif. Çox təşəkkürlərim. Əsasən, siyasi mövzulardan kənara çıxıb şərh vermirəm, amma doğrudan da dünənki şou məni o qədər təsirləndirdi ki, deməsəm ölləm. Tam razıyam ki, 1-ci yer Unformal qrupunun olmalı idi. Bu qrup bütün parametrlərinə görə uyğun idi. Elnur Hüseynova pis demək olmaz. Onu da bəyəndim. Lakin, Aynur İsgəndərli hər şeyi iflas etdi. Bu bizim o gözəl xanımımızın bəlası və günahı deyildi. O da yaxşı oxuyandır. Məndə belə bir təsəvvür əmələ gəldi ki. o bu vaxta kimi bir ingilis sözü belə bilməyib. Çox bərbad. O xanımı o günə qoyub, aləmə güldürmək kimə lazım idi? Axı Aynur xanım çox gözəl oxuya bilər və gözəl ürəyə də malik bir xanımdır. Bu onun davranış və hərəkətlərindən bəlli olur. lakin, dünən onun axırıncı mahnısında hər 10 saniyədən bir “TEGETHER” qışqırması gülünc bir vəziyyət yaradırdı. Məncə şou alınmadı. Aparıcıların da təqdımatında böyük qusurlar var idi. Səhnədə yaranan və bütün Avropaya yayılan o yad səslər biabırçılıq idi. Bunun günahkarı pulu alıb görməyən Avropalı və MDB-li menecerlər idi. Digər bir məsələ odur ki, 3 istedadlı gəncimizi Ukraynaya aparıb bərbad hala qoyub qaytarmışdılar. Ruslana xanım və onun həyat yoldaşının şirkəti Azərbaycanın ilk addımını iflasa uğratdı. Ruslananın özü də yaxşı oxumadı.
Daha çox məni təsirləndirən digər bir məsələ o oldu ki, iştirakçılardan heç birinin perfomansında milli bir şey yox idi. Onu baxan Avropalı Azərbaycanı bununla tanıya bilərmi? YOX! YOX! YOX!

Hamıya hörmətlə,

Razi Nurullayev

Anonim Vusal - 3 Fevral , 17:32

Mence Aynurun imkanlari daha yuksek idi. Amma hem tecrubesizliyi, hem de sehnede menasiz (da xetrine de deymesin) hereketleri konsert zamani uygunlasmirdi. Elnurun da sesi pis deyil amma mence artiq onun oxudugu mahnilar cox islenib ve elede maraq celb elemir. Nese ugurlar

Programmer - 3 Fevral , 18:22

Men bilseydim ki azerbaycandan evrovisiona ne azerbaycan dilini bilen, ne de azerbaycanliya aid olan bir xarici gorunushu olmayan birin axtarirdilarsa ele turkiye doludu da burdan gonderrerdik 2in uchun:) ve qarantide vererdik ki yer tutarlar! :)
Eger bu musiqilere evrovisionda yer verseler gelen il 100 faiz ele ozum de gedib oxuyacam:)) Nese mence ele indiden biabr olduq:) ustelik de ITV nin prezidenti vision sozunu dunaya qarshisinda ele gozel teleffuz eledi ki ingilisler ble meetel qaldi:))))))

Anil - 3 Fevral , 18:51

shexsen men de Unformali destekleyirdim. duzu men neye diqqet yetirmisdim hamsini yazmisiz:) Aynur ifa eliyende men esebimnen yerimde diyana bilmirdim. Ancaq Elnur-Samir dueti mence yaxsi alinib. her-halda gozleyey gorey nece olacag

seva - 3 Fevral , 19:19

AZERBAYCANA ve Elnura ugurlar!!!!!!!!!!

Elnur - 3 Fevral , 20:03

Duzdu mende Unformal-i destekleyirdim amma Elnurla muqayisede onlar 2ci idiler. Unformal bundanda yaxshi, mohteshem cixish ede bilerdi
Elnurun duet cixishi mence yaddaqalandir. umid edek ki musabiqede layiqli yerini tutacaq :) Ugurlar Azerbaycana!!!

e_laila - 3 Fevral , 20:05

mence, aynurun mahnisi sirf evrovision a uygun sechilmiwdi, amma teessuf ki, aynur onu lazimi wekilde ifa ede bilmedi/elnurda ise her wey super idi!1 ce samirin yerine azerin, ve ya sevda elekberzade olsaydi, lap yaxwi olardi. amma bele elnur digerlerinden daha ferqli idi! yegane “-” ceheti metbuat konfransinda azerbaycan dilinde daniwmamasi idi. ne deyirem, teki musabiqede layiqli yer tuta bilsin!

Huseynov VaqiF - 3 Fevral , 21:34

Bashlangic uchun PiS deyildi. Amma her sheyden qabaq derin minnetdarliq Ictimai Televiziyaya dushur, chox qisa zaman erzinde bu cur gostericiye nail olmaq hech de her olkenin iTV-sine muesser olmur.
Her sheyi bele guluncle qarshilayan mentiqsiz metninize ise menim gulmeyim tutdu. Bilinmedi siz AZERBAYCAN haqqind danishdiz yoxsa ermeniler haqda. Ne ise…

ZauR - 3 Fevral , 23:20

Niye mezelenirsiz ki? Axi ne qeder de olmasa Azerbaycanin adi var ortada sizin kimi seviyyesiz insanlar ancaq pis sheyleri axtarib Azerbaycanin adini biyabir edirler, niye orda olan gozel dekarasiyadan, milletin sevincinden,cavanlarimizin elinde bayraqla qishqirmasindan danishmirsiz,Inshallah ela olar ve Azerbaycanimiz birinci olar.

Hafiz Mirza - 3 Fevral , 23:30

Mence biz Avropaya Avropanin ozunu deyil, Azerbaycani gostermeliyik. Bu menada bizim ifacilarin geyimi milli xarakterli, amma modern, elece de mahni ve ifa Azerbaycanin milli musiqi motivinde bir shey olmali idi. Canim, biz ne qader ona-ona buna oxshamaqa calishacaqiq. Vallah, ozumuz kimi, tam milli xarakterli teqdimatimiz daha uqurlu olardi. Bu bize Avropada qelebe calmaqdan otru olmasa da, ozumuzu tanitmaqdan ve tesdiq etmekden otru lazimdir. Qelebeni ise bu stilde tam formalashdiqdan sonra qazanacaqiq – indi olmasa da sabah!

Omar - 4 Fevral , 1:08

Deyirem ki siz niye utanmirsiz? Sizin desteyiniz budur daaa!!!! Bes konsertde olan yaxsi seyleri niye demirsiz?

EkOO - 4 Fevral , 1:30

Ya Sifteh…Ugurlar Azerbaycan!!!

2damla_gozyashi - 4 Fevral , 10:47

Sozun duzu baxmamisham yalniz xeberlerde gordum. Mahninin sonunda Samirin durub zengule vurmasi bu ne ise bir shey idi sozle deyilesi deyil :) gorek musabiqede necenci yer olacayiq.

Faiq - 4 Fevral , 12:42

Yazdiqinizi oxudum. Demek olar ki chox gozel sherh vermisiniz.
Unformal qrupu nese bir az canli, aktiv idiler. Ama o biriler hec lezzet elemedi. Sehneye chixish etmek ucun ilk Elnur cixdi. Duzdu Athena qrupunun ifacisina oxsuyurdu. Ama menim zovqumu oxsamadi. Eger secilibse biz ona destek olmaliyiq. Onu beyensekde, beyenmesekde.

nicat - 4 Fevral , 15:36

fikrimce elnurdan daha yaxshi bir ifaci ve daha uygun bir mahni tapmag olardi……..
xoshum gelmedi son siralardan biri bize dushecek teesufki……

gunel - 4 Fevral , 16:34

Mence 3 neferin icerisinde en yaxsisi ele Eknur idi. cox isterdim ki/evrovisiona qatilacagi mahnida milli atributlardan istifade etsin.Elnura ugurlar.

Nigar - 4 Fevral , 18:27

men Ariz’le raziyam, devetnameler ile bayirda galanlardan danishmag lazimdir! dehshet! bilmeyenler bilsinki koncerta devetnamelersiz gelen “soydashlar” biletsiz ke4irdiler ora, daha dogrusu bela: 1 adam devetname ile gelen ke4ib i4eri, ardinca hansisa yolla ela oz devetnamesini ko4urub diger adama ve o da hemin o devetname ile ke4ib i4eri… dehshet… bundan artig ne gozlemek olarki…polisleri de goyublar bayira ela bil ora soydashlar yox, hansisa terror grupu gele bilerdi..

Nigar - 4 Fevral , 19:18

Ifa4ilardan: geyri-adi “4ixish” Elnur & Samir dueti,yalniz mahni 100% terife layig deyil,4unki nese dogma azerbaycanli bir mahni olmali idi…yalniz samirin “azca mugam” gatmasi mahniya pis olmadi, sadece daha da yaxshi ola bilerdi..gulmeli o durki indiki yerli “shou-biznes ulduzlari”ndan he4 biri se4ilmedi nedense,o insanlar,kim ki heftenin 7 gunu efirde ozunu gostermekden bashga he4ne bilmir..teesufler olsunki azerbaycanda insanlig ve 4ox sheylere garshi duzgun anlayish helede yaranmayib..

Neo - 4 Fevral , 19:20

Mence “Unformal” daha gozel taasurat oyatmisdi ve onlarida destekleyirdim. Elnur pis deyildi, lakin Aynur tamamila barbad oxuyurdu, sozler secilmirdi, mahnidan cox gisgirga yol verilmisdi. 2-ci mahnida aradabir “together” sozu ise bozbash mugannilerin “eller, elleri gormurem”-ine benzayirdi. Ne ise Azerbaycana ugurlar, hec olmasa ermenilerden daha yaxsi neticeler gosterek. Haydi Azerbaycan, IRELI.

Murad - 4 Fevral , 19:36

Bilirsiz, lap tutaq ki dedik her shey gozeldi. Amma niye yalandan her sheyin yaxshi oldugunu bildirek. Aydin meseldir ki Elnur kiminse oglu idi, onu secdiler. Evvela oxumagi elede ugurlu deyildi. 2-ci Ermeniler deyilene gore bizim mahnimizla avropa arenasi cixacaqlar. Amma bizim bu qeyretli ogullarimiz, musiqide de olmasa hec olmasa harda ise azerbaycandan oldugumuz, azerbaycanli oldugumuzu, hansisa bir milli ornamentle, ya geyimle, ye ne ilese bildirmeliydi. Niye biz bedbext millet qinimizdan cixib qinimizi beyenmirik. Ne vaxta qeder ozumuzden, yeni azerbaycanli adimizdan, dilimizden qorxacagiq, cekineceyik. Onun geyimi bizim hec olmasa muselmanciligimazi da bildirmirdi. Belkede men geride qalmisham. Amma ne bilim. yeqinki avropaya yaxin olmaq ele bu milliliyimizden, muselmanciligimizdan, azerbaycanliligimizdan el cekmekdi. Onda neye lazimdi bu evrovision????? Mene shexsen lazim deyil.

Zevu - 4 Fevral , 21:55

En maraqlisi bilirsiz nə oldu? İTVnin prezidentinin beynində eurovision sözünü necə deyəcəyini qərarlaşdırmadan deməyi oldu. Bax belə oldu: Bütün dünya Yoroviziyayonun… :D Nəisə.

Bakilivar - 4 Fevral , 22:14

Birincisi, konsert haqqinda demek isteyirem. Hem yaxshi, hem de menfi terefleri vardi. Amma gerek bilesiniz ki, bu konserte her seyi, dizayn, proqram, texniki tertibat v.s., her seyi ukraynalilar etmisdi. Tebii onlara yaxsi pul veribler. Butun sonraki isleri de ukraynalilar edecekler.

Ikincisi, men bir seye fikir verdim, cox qeribe bir seye. Elnur ve Samir mahnilarinda melek ve seytan obrazlarinda cixis edirdiler. Mende bir sual yarandi – niye mugami mes seytan obrazindaki Samir oxudu? Seytanin ezan seslerine cox oxsayan mugam oxumasi mene cox pis tesir etdi. Yani avropali gozunde seytan ve ezan (muselmanciliq) eyni tesuretinin yaradilmasi goresen kimin fikridir? Mence mugani gerek melek oxuyaydi.
Siz ne fikirlesirsiniz?

Emilia - 5 Fevral , 9:43

Basha dushmurem ki, Elnur ifasi chox qeyd olunur, amma unutmayaq ki, Samir de onunla oxuyurdu. Sherhler arasinda onun adi chox az hallanir. Elnur ve Samir dueti ela idi. Sehne super idi. Mugamin da orda yeri var idi. Chox gozel sechilib. Amma mahni yadda qalan deyil. Yeni qulaga yatmir.
Ugurlar!!!

Emin - 5 Fevral , 11:35

Sozun duzu konserte baxmamisham, amma dushunurem ki texniki sehvler problem deyil lakin Itv-rehberliyinin Eurovision-i Yoroviziyayonun kimi teleffuzu bax bu esl biyabirchiliqdir.

Nigar - 5 Fevral , 11:39

Nermin xanim, siz yeqin ozunuz de bilirsiniz ki, musabiqenin ozu bele bir siyasetdir…bu bir qiraga…men raziyam Samiranin sesi pis deyil amma size yaxshi melumdur ki, bu tipli musabiqeye gore Elnur tipli musiqichiler lazimdir hetta eger o Samiradan vokal imkanlariyla geridedir…amma men bele dushunmurem…sadece sizin fikrinizi sherh edirem…Hem de Elnur yeni simadir, yeni ruhdur…ne geder olar bu estrada musiqichilerinden yapishmaq?! Ona galsa Baskovin ve ya Kirkorovun sesi Dima Bilandan daha yaxshi idi…indi deyirsiz onlari gondereydiler musabiqeye…bu musabiqenin formatina gore Elnur en uygun sechimdir…

Nigar - 5 Fevral , 11:44

Birde Nermin xanim sehfsiz insan olmur…meselen siz yazinizda bir sira qramatik ve liksika sehflerine yol vermisiniz…men bir redaktor kimi onlari gormeye bilmezdim…

Lale - 5 Fevral , 11:59

Menim bu shou hec xoshuma gelmedi, hec bu shounu muzakire etmeye de deymez.Bir baxin ermeniler hansi mahni ile gedir.Biz daha bundan sonra ne “Sari gelin”, ne “”Dilberim”, ne de “Qaragile” kimi dahi senet eserlerimizin bize aid oldugunu deya bilmerik.Cunki ermeniler mehz bu 3 mahninin sintezini, deyerdim ki mence hec sozler de deyishdirilmeyib, sadece tercume olunub, oxuyacaqlar, bizimkiler ise Avropanin artiq coxdan yaxshi beled oldugu, belke de onlara artiq maraqsiz olan rok oxuyacaqlar :( cox xeyifler olsun! Biz ozumuz oz tariximizi qoruya bilmirik.Avropaya rok yok daha cok folklor, xalq mahnisi lazimdir, hem de onlar bizim musiqini cox xoshlayirlar.Heyifler olsun orada bizim musiqi ile dushmenlerimiz cixish edecek ve men eminem ki yaxshi yer tutacaqlar!
O ki qaldi 3 ishtirakciya, Unformal daha munasib idi, Elnurun o qishqiriqi xosha gelimli deyil ve Samirin etdiyi cuzi mugam bogazini Avropada hec anlamayacaqlar da

Rauf - 5 Fevral , 16:54

Bir xirda weyden dag boyda bir wey cixardirsiniz.Dunyanin aparici kanallarinda o cur bele hallar olurki he ne olsunn.Bele xirda weyleri bu qeder acib agartmaq lazim deyil.Birdeki men sozun duzunu yaziram niye menim werhlerimi pozursunuz?

NETTO_BUCCI - 5 Fevral , 18:31

Ugurlar….Amma bizimkiler bundan cox artiq bacarirlar …
Bir az umid ve destek vermak lazimdi onlara … En asasida bir az da pul … Pulun xetrine 1-ci yeri bez problem tutacaqlar .

Anar - 6 Fevral , 0:21

Bizimkiler de Eurovisionda istirak ede bilerler, ancaq gerek ettokenlerden secilmesin temsil edecek mugenni eurovisiona :-)

om.stimul - 6 Fevral , 4:05

Salam aleykum. Mence en dogrusu oldu bu defe. Neyse ele gelirki 10 luqda olacagiq Inshallah.

rassool - 6 Fevral , 10:27

men bu yazini Guney Azerbaycanin seheri,Zencandan size gonderib ve sizden cox cox tesekur elirem.
YASASIN BIRLESMIS AZERBAYCAN

ayka - 6 Fevral , 14:58

salam bele dusunurem ki en layiqli secildi. Elnurun yeri bele boyuk sehnelerdi. seni cox sevirik ve destekleyirik :)

TogruL - 6 Fevral , 15:37

Bunu yazan ne geder agiLLidir goresen? BeLe tenqidi yazi yazanda hech nezere almadiniz ki, bu Azerbaycanda iLk defedir?
MueLLif deyesen ozunu hem bestekar, hem mugenni, hem rejisor, hem produsser, hem de imidjmaker hesab edir.
HaLaLdi Size vaLLah. Yixin suruyun Azerbaycani.

juSmile - 6 Fevral , 18:47

konserte baxa bilmedim,cunki Ingiltereye gedirdim.
insAllah yaxsi olar,ugurlar

Etibar - 7 Fevral , 1:14

mən də baxdım bu şou maskarada məncə çox səviyyəsiz alınmışdır hər bir nüans, heç nə xoşuma gəlmədi! Türkiyə də EuroVision-a gedəni TRT seçsədə, mahnını XALQ seçir! Hamı Azəri xalqı? mən seçilən mahnını bəyənmədim!
Mənim obyektiv fikrimcə Unformal getməli idi ora!!!

Bosses98 - 8 Fevral , 4:28

neyse o qederde pis deil ancaq unformal daha yaxshi idi mence elnurun oxudugu mahni ne idi basha dushmedim neyse qarishig bir shey idi her nov musiqi var idi:)))birdeki oz dilimizde danishmamasi 4ox menfi cehet idi eger azerbaycani temsil edirse oz dilimizde danishmalidi rus dilinde yox biz azerbaycanliyiq bizim oz dilimiz varrr he4 kes unutmasin dilimiz her sheyimizdir onu unutmaq olmaq!!!!!

Rashad_XL - 8 Fevral , 14:12

Bu yarışa nə yaxşı ki Elnur qatılacaq. Digərlərinə baxanda ən yaxşı odur. Elnura ugurlar!!!

Vuqar - 8 Fevral , 21:04

Chox tuxta mahni sechimidir. Bizim gerek oz mahnilardanda verilerdi. Ortada Samir bogaz edir onun da hech yeri yoxdur. Mugami biyabir veziyyete salirlar.

ruhin - 11 Fevral , 1:16

baki musiqi akademiyasinin telebesi kimi Elnuru ve Samiri destekleyirem.Hemde bizim telebe olub Elnur.Istedadli genclerdi ikiside.OPUREM

az - 11 Fevral , 2:55

Ukraynalı qonaq Ruslananın konsertə çəkilmiş gözəl bir fotosu. Çəkən Trend informasiya agentliyi, biz isə şəkili Oxatanın blogunda gördük.

eurovision ruslana azerbaycan

Inara - 11 Fevral , 13:18

Elnur Nuriyev & Samirin mahnısının əvvəldə elə Birinci yeri tutacağını bilirdim. Çox orijinal mahnıdır. Amma Xarioqrafiyanın üzərində işləsələr yaxşı olar.
Unutmaq olmaz ki, müsabiqədə mahnıdan başqa xarioqrafiyada böyük rol oynayır.
Uğurlar arzulayıram.
İnşallah birinciliyi əldə edərlər. :)
Daha bir qeyd: Samirin mahnının sonundakı çıxışı…. ÇOX GÖZƏL. İNŞALLAH QARABAĞDA İFA EDƏR.

Ulviyya - 11 Fevral , 22:51

Men onu bilirem ki Eurovision ne ses yarismasi, ne de kimahni yarismasidi. Orada ancaq qalxan dusen tonla mahni oxumaq ve ela shou gostermek lazimdir. Bu da mene ele gelir Elnurda yoxdu. Duzdur, ela hazirlayiblar sehneni, heyimi, dizayn ve basqa seyleri, amma bu elbette ki basqasindan kocurulmedir. Verilise baxanda ele bildim ki heqiqeten Eurovisiona baxiram, amma o verilis sadece secim ucun hazirlanmisdir. Hersey yerinde idi, amma gelin boynumuza alaq ki Elnur da ses yoxdu, yeni yuksek diapazon yoxdu. Amma bu da faktdir ki, sehneye yarasir. Bu il ne 1ci, ne 2ci, ne de 3cu yerlerden biri bizim deyil. Inshallah yalan olar menim bu sozlerim, ve qalib gelerik. Beyenmesek de hamimizin ureyinde bu arzu var, nece de olsa, oz qanimiz, oz canimizdandir.Ugurlar Elnur sene, uzerinde lazimi qeder isle.

Elnara N. - 13 Fevral , 4:02

4 fevralda Bakilivar nikli mugami ne ucun seytan oxuyur yazmisdi. Menede bu geribe geldi. Cox yxsi olmazdi bu bele galsaydi. Ama mahnini yazanlar buna fikir verdiler ve bunu duzeltdiler. Bunu oxuyun http://www.day.az/news/showbiz/107569.html

«Мугам, как и прежде, будет исполнять черт. В номер будут внесены кое-какие изменения лишь для того, чтобы идея была более понятной», сообщила З.Бадалбейли, при этом отметив, что Эльнур Гусейнов является гражданином Азербайджана, и добавила, что в настоящее время готовится его Интернет-сайт.
Эльнур Гусейнов в интервью рассказал, что песня рассказывает о споре черта с ангелом: «После исполнения в песне образа ангела я очищаюсь. Черт ведь тоже ангел, однако он – заблудший, изгнанный из рая ангел.
Мугам является криком души после очищения. Обратите внимания, после исполнения мугама он вместе с ангелом становится на колени и возвращается к Богу. Только мугам очищает проклятую душу и отправляет ее к Богу.
В принципе, наш выход до конца не отработан. После того как этот номер будет всесторонне отработан, он станет намного интереснее, чем на шоу 2 февраля. До мая месяца мы еще немного усовершенствуем эту сцену».

Cavid Allahyarov - 14 Fevral , 13:28

Muveffeqiyyete geden yol cesaretden kecir. Ictimai kanal bizim kanallarimizdan en cesaretlisidir. Bir fikirlesin Azerbaycanda canli yayinla studiya programlarini kim debe saldi? Mence konsert cox gozel oldu. Hec kes mukemmel deyil, elbette ki mueyyen qusurlari olacaq. Hele olkemizde ilk defe bele boyuk Avropa ve Amerika kimi bir sehne hazirlanmaga cesaret edilibse bu qusurlar olmasi gerekenlerden qat-qat az oldu demek olar. Diger bir mesele ise teskilatcidan raziliq gelmese mugenni hec vaxt fonoqrama oxuya bilmez. Bu mugennilerin gunahi deyil. Ama her seyden evvel biz ozumuze inanmaliyiq. Sahib cixmaliyiq, asagilamamaliyiq. Bu gozel yurd her seyin en gozeline laiqdir. HER SEY AZERBAYCAN UCUN.

SuLTaN - 17 Fevral , 1:13

Bizim millete ayibdi bu EUROvision iddiasi besdir bu exlagsizliga teref getdiyimiz.
Bizim Ramin Seferov kimi igidimiz avropa turmelerinde curuyur amma devletin bawi avropaya manis aparmaga qariwib.Sadece oz milli gurur ve leyagetimizi goruyag !!! Mutruflerimizi sonram goruyarig.

Hasan - 18 Fevral , 16:26

İt hürər karvan keçər.Bu yazını oxudum və düşündüm ki it hürməsədə karvan keçər.

SuLTaN - 18 Fevral , 21:50

Kimin yazisini deyirsen???

vusal - 26 Fevral , 15:51

aynur ne idi o meger hec bir azerbaycanlinin olmasi kimi idi kii lazimsiz derece idi. ve Unformal heqiqeten onu destekleyirdim amma ne etmek olar…

rasker - 3 Aprel , 22:18

mohteshem Azerbaycan mahnilarindan,folklordan yararlanaraq mahni yazdirmaqdansa bunlara hech soykenmeden, tamamen bir kenara atib butun dunya qarshisina hansi stilde hansi mahnini chixaracaqlar… bu mahni butun dunya uchun kohnelmish, iylenmish olacaq, belke shou ile nese yarada bilerler, ona da hech aglim kesmir… ne ise.. ALLAH komek olsun! adimiz bednam olmasin!

TALE - 21 May , 21:17

salam men samir ve elnuru destekleyirem azerbaycan mutleq birinci yer olmalidir basqa yol yoxdur ya qarabaq ya olum basqa yolu yox artiq

Şərh yazın