29October
Bakı sakinlərinin həyat tərzi
«Bakı Sakinlərinin Həyat Tərzinin Öyrənilməsi üzrə Birinci Araşdırma»
Mənbə: www.mak.az (Azərbaycanın Online Marketinq Jurnalı)
PROCON GfK International Research GROUP tərəfindən paytaxt əhalisinin həyat tərzi, maraq və problemlərinin öyrənilməsi məqsədi ilə xüsusi araşdırma həyata keçirilib. Kəmiyyət Tədqiqat Metodologiyasının telefon sorğusu metodu vasitəsilə həyata keçirilən bu araşdırmada Bakı sakinlərinin 4 istiqamət üzrə rəyi öyrənilib. Yaşı 18-45 arasında olan 219 respondent müsahibəyə cəlb olunub.
Respondentlərin 41 faizini kişilər, 59 faizini qadınlar təşkil edib. Respondentlərin 37 faizi hesab edir ki, hazırda Azərbaycanda insanların ən yeni məşğuliyyət növü kompüter, 28 faizi hesab edir ki, İnternet, 18 faizi isə hesab edir ki, ticarətdir. 8 faiz respondentin fikrincə, insanlar iş axtarmaqla, 5 faizinin fikrincə isə ofis işləri ilə məşğul olurlar. Bundan başqa, repondentlər insanların ən yeni məşğul olduğu sahələr kimi biznesi (4 faiz), televizora baxmağı, istirahət və tikintini də (hər biri 3 faiz) göstəriblər.
Respondentlərin 44 faizi indi daha çox kompüter, 34 faizi mobil telefon, 15 faizi avtomobil, 12 faizi paltaryuyan maşın, 10 faizi digər məişət əşyaları, 9 faizi geyim almağa üstünlük verir. Onların yerinə yetməsini istədikləri iki ən mühüm arzu və istək sırasında 15 faizi birinci ev almağı, 9 faizi sağlamlığı, 8 faizi iş tapmağı, 7 faizi övladlarının xoşbəxtliyini və sair göstəriblər. İkinci sırada yer alan arzular sırasında sağlamlıq (10 faiz), iş (8 faiz), xoşbəxtlik (8 faiz), ev almaq (6 faiz), övladların xoşbəxtliyi (6 faiz) və sair qeyd olunub.
Araşdırmaya cəlb olunan Bakı sakinlərinin 26 faizinin həyatında ən xoşagələn şey ailəsi, 14 faizində övladları, 13 faizində işidir. Cəmi 2 faiz insan həyatında hər şeyin xoşagələn olduğunu, 7 faiz isə həyatında heç nəyin xoşagələn olmadığını bildirib.

seva :
hmmmmmmmm:(