Saytımız azərbaycanlılara həsr olunduğu üçün, gəlin yavaş-yavaş bu “azərbaycanlı”ları tanıyaq.

Başlayaq Rusiyadan.
Hələ bilməyin ki, biz indi bazarlarda alver eden həmvətənlərimizi reklam edəcəyik. Yox. Tam tərsi, Rusya “tusovka”sında xod gedən azərbaycanlılar haqqında bir qədər məlumat vermək istəyirik.

Ardını oxuyun, bilmədiklərini biləcəksiniz…


Sabina AgalarovaSəbinə Ağalarova – özünüz bilirsiniz kimin qardaşınınqızı və müvafiq olaraq özünüz bilirsiniz kimin əmisi qızı. Moskvada Lamborghini Diablo ilə fırlanan tək azərbaycanlıdır. Sür-süfətdən, yumuşaq desək, pis gündə olan bu qız, Rusyanın məşhur qlamur meymunu Kseniya Sobçakın padrujkasıdır. Hansı işnən məşqul olduğunu öyrənə bilmədik. Diyəsən kef eləməkdən başqa heç hə ilə məşqul olmur. Vid-fasondan bəxti gətirməsə də, başqa hər cəhətdən bəxti gətirib. 350 min dollarlıq maşınla xod gedən yeganə azərbaycanlıdır.
Rena MamedovaRəna Məmmədova – bu gözəl xanım Moskvadaki diasporamızın ən əsrarəggiz simasıdır. Haqqında çox az şey bilinir. Atası neft milyoneridir. Özünü ən dəbdə olan və ən bahalı eyləncə yerlərində və gecə klublarında çox tez-tez görmək olar. Amma kimdir, nədir, nəçidir bilən yoxdur. Bilən varsa, bizə də xəbər versin.
Aysel Huseynova ve Lui TrudelAysel Hüseynova (Trudel) – Moskvanın ən bahalı butiklərindən olan Soho, Aizel’s Secret və Agent Provocateur dükkanlarının sahibidir. İtaliyalı Lui Trudelə ərə gedib və bəxti açılıb. Hal hazırda Marc Jacobs, Stella McCartney, Matthew Williamson, Michael Kors, Oscar de la Renta, Donna Karan, Ruffo, Alessandro DellAsqua, Helmut Lang, Calvin Klein Collection, Burberry Prosum, Celine, Lanvin və Christian Laboutin kimi super brentləri Rusya bazarında təmsil edir. Moskvada yaşayan bəzi həmyerlilərimiz bu xanımın kapitalının çox düz yoldan qazanılmadığını, borc içində olduğunu bizə deyiblər. Azərbaycanlılar belədir də, özümüzkilərin ayağından dartmaq adətimizdir. Deyirlər indi bu xanım Bakıda, Rəsul Rza küçəsində bir dükkan açıb.
Aydan SalaxovaAydan Salaxova – Nyu-Yorkda öz studiyası olan, amma Rusyada yaşayan bu xanım eyni zamanda "Общественная палата Российской Федерации" deyilər rəsmi və çox hörmətli qurumun üzvüdür. Buna baxmayaraq, o Moskva tusovkasında yaxşı tanınınr. Helə bir yiyib-içməli tədbir olmur ki, bu xanım orda olmasın. Ancaq incəsənətlə məşqul olmağada vaxt tapır. Onun əsərləri Faridek Cadot (N.Y.), Berman-E.N. Gallery (N.Y.) və Sproviery’s Gallery kimi məşhur qalereyalarda, Dövlət Tretyakov Qalereyasında (Moskva), İskəndər Xəlilovun şəxsi kolleksiyasında, Sereteli muzeyində, Broşe ve Novikov kolleksiyalarında var.
Özünüzdə başa düşdünüz ki, Aydan tanınmış rəssam Tahir Salaxovun qızıdır. Leninqradda doğulub, heç Bakıda yaşamayıb, 43 yaşı var, deyilənə görə azərbaycan dilini bilmir. 1992-ci ildə Rusiyanın ilk müasir incəsənət qallereyasını açıb. Əsərləri Azərbaycan üçün biraz qəribədir, "гомоэротическое искусство" kimi mövzular az deyil (diqqətli baxın, +16).
Böyük bacısı Alagöz Salaxova da rəssamdır, amma hələ tanınmış deyil. Bacısı kimi tusovkalarda da görsənmir. Arkadiy Raykinın oğlu, aktyor Konstantin Raykin ilə evli olub, çoxtan ayrılıblar. Öz prodüser mərkəzi var, indi də Aygün Beylərin prodüseridir.
Tatyana MamedovaTatyana Məmmədova – Rusyada çox məşhur olan stilist və defile (moda göstərisi) təşkilançısı. Modelyer və eyləncə tədbirləri rejisoru kimi də tanınır. Pol Makartninin Qızıl Meydandakı konsertinin təşkilatçılarından biri olub. Ümumiyyətlə 300-dən çox əsassən moda şousunun təşkilatçısıdır.Daniya Kraliyyət Koleji məzunudur, Vyaçeslav Zaytsevin tələbəsi olub, Nyu-Yorkda stajırovka keçib. Moskvada helə bir tusovka, defile, moda sərgisi olmur ki, bu xanım orda iştirak etməsin. Deyilənə görə Moskvadakı azərbaycanlılar diasporundan oldukça uzaq durur.
Teymur Polad oglu Bul-BulTeymur Bül-Bül – keçmiş nazirimiz, indiki səfirimizin oğlunun mahir bir faqot ustası olduğunu bilirdiniz? Moskva Dövlət Konservatoriyasından məzun olub və hal-hazırda Dövlət Akademik Orkestrinin solistidir. 32 yaşı olan bu cavan, bu yaxınlarda Rusiya əməktar artisti adını alıb. Tusovka və gecə klublarında demək olar ki heç görsənmir, qudurğan məmur balalarından fərqli olaraq, sakit, tərbiyyəli gəncdir.
Orxan SultanOrxan Sultan – məşhur fransız modelyer Kastel de Bajak Orxanın işlərini görəndən sonra onu imtahansız Paristəki Es-Mod Yüksək Moda Məktəbinə dəvət edib. Orxan-Sultan moda evi Moskvada getdikçə populyarlşır. Agalarovlara məxsus olan Crocus City Mall ticarət mərkəzində və Crocus Expoda Orxanın sərgisi təşkil olunur. Tamara Qvertseteli, Alla Puqaçova və sair məşhurlarla yaxın olan Orxan, hal-hazırda Milana yolu düşüb və orda GUCCI firmasında modelyer olaraq işləyəcək. Deyilənə görə Fəxriyyə Xalafova onun Bakıya gəlməsinə qadağa qoyub.

23 Şərhlər

Musviq - 24 November , 22:27

Demek olar ki,haminin oz qismeti var ve hec kim qismetden artiq hec ne yemir

Farma - 25 November , 16:27

Bu Sabinanin mordasina ne olub? Boksora oxsayir. Helebil ki doyubler onu. Belke hormonal derman icir?
Poladin oglu da xoxola oxsayir. Ha-ha-ha!

Elmaddin - 25 November , 22:22

Men onlari Azerbaycanli adlandirmiram. Onlar Azerbaycanlilarin tor tokuntusudr.Onlar uchun veten millet mehfumu yoxdur, Onlar uchun yalniz sherefsizlik adli hissiyat vardir

ChakerX - 26 November , 3:46

Onlar icherilerinde Azerbaycani yuksek seviyyede temsil edecek istedad ve dahiler var.

eflatun - 26 November , 13:41

demeli bele bele isler

Qessaf Mahmut - 27 November , 0:31

Beh beh beh, birinci qiz voopshe yarashiqdi…. Poladin oglu da az qala yixilacaq, yaziq yeqin moskva yemeyine oyreshe bilmir

elka - 27 November , 1:45

Umud edirem ki bu insanlar ozlerini azerbaycanli hesab edirler

Bayxan - 29 November , 1:37

Men burda pis bir sey gormedim. Her pis yaxshi bazarbaycanlilardan basqa da Azerbaycanlilarin oldugunun subutudur bu. Gedenler biler bunun Rusiyada ne demek oldugunu.

NaNo - 29 November , 17:01

Salam Aleykum. Yaxshi ki, bu Mehshur Azerileri tanidiq. Umumiyyetce herenin oz qismeti oz talehi var. Bu milliyetchiliyinden ve Shexsiyyetinden asili olmayaraqdir. Bele goturende Fexrimizdi nede olmasa Qarabag kimi yaramizi ve Dovletin millete eziyyet kimi yaramizi orteye qadir deyil bu mehshrluq… :) )

AzEri_RockEr - 29 November , 19:46

Long Live Azerbaijan

Gulnar - 30 November , 10:51

Mence biz onlarla hardasa fexr etmeliyik

reshad - 2 December , 13:22

haladi hamisina fexrimizdiler.varsa yene deyin.adam fexr edir azerbaycan xalqi ile. ugurlar
saq olasan melumata gore

ilkin - 2 December , 23:31

ujas

az - 5 December , 0:51

FARMA, yooox, vətən dərdi çekməktəndir, dərtdən ağlamaqda şişib gözləri. Yada Lamborgini xoşuna gəlmir, istəyir Veyron alsın, gecə-gündüz dərd çəkir.

ELMADDİN, bunlar tör-tökündüdürsə, gör ində qalanları nə gündədirlər. Azərbaycanda heç Vətən Millət məhfunu olan bir (1), heç bircə adam görmüsən?

Əslində bu insanlar bizə bəzi məqamlarda nümunə ola bilərlər. Hər şeylə ilə deyil, amma üstün cəhətləri təbii ki çoxdur. Gör-götür dünyasıdır, belələrini görək, nesə öyrənək.


SettarXAN - 6 December , 2:06

“S?bin? A?alarova – özünüz bilirsiniz kimin qarda??n?nq?z? v? müvafiq olaraq özünüz bilirsiniz kimin ?misi q?z?. Moskvada Lamborghini Diablo il? f?rlanan t?k az?rbaycanl?d?r. Sür-süf?td?n, yumu?aq des?k, pis günd? olan bu q?z, Rusyan?n m??hur qlamur meymunu Kseniya Sobçak?n padrujkas?d?r. Hans? i?n?n m??qul oldu?unu öyr?n? bilm?dik. Diy?s?n kef el?m?kd?n ba?qa heç h? il? m??qul olmur. Vid-fasondan b?xti g?tirm?s? d?, ba?qa h?r c?h?td?n b?xti g?tirib. 350 min dollarl?q ma??nla xod ged?n yegan? az?rbaycanl?d?r.” — bu xeberi her kim yazibsa en birinci dusuncesi yoxdu, ikincisi SOU biznese teze gelen mugenniler nece qalmaqal salirsa bu da ele qalmaqal salib saytin “REYTINQINI QALDIRMAQ” isteyir!
Ay xeberi saytda yerlesdiren xanim yaxud da bey, evvela insanlari tehqir etmeye haqqin yoxdu bu 1(oz yazdigini oxu bileceksen tehqir hardadi),
2cisi o nece qazanir, niye qazanir,nece eylencelerde kef eliyir bundan da sene ne de bizim kef bizimize dexli yoxdu!!!
3cusu, bacarirsansa get sen de bir dene LAMBORGHINI DIABLO yox, 42.000.000 $ ver ekser hissesi BRILLIANTdan olan BUGATTI getir bakida sur,ve dunyada 1ci en bahali masinin sahibi ol!
Paxilliqdan agzina geleni yazmisan,
P.S. men bu sayt haqda musbet fikirler ireli sururdum,hetta bir nece tanisima da meslehet bildim,ama gorurem ki bu xeberleri burda yerlesdirenin bir meqsedi var: Teze SHOW BIZNESS numayendeleri kimi “qalmaqalla” reytinq yigmaq!

az - 6 December , 11:24

SETTERXAN, əlbətdə ki, sən didiyin kimidirş Yoxsa sən bu saytı yüksək intelektual ictimai-mədəni-publisistik məcmua bilirdin? Yox, bu ölkədə MIRTdan başqa heçnə başa düşülmür. Ya gərək Rəqsanənin əyri ayaqlarını, ya Röyanın eybəcər sifətini göstərəsənki, bəlkə arada dediyin sözü də eşitdilər. Əxlaqın üsrana düştüyü bir zəmanədə təmiz və yüksəl səviyyəli olmaq ən azından gülməli olardı.

Paxılıq məsələsinə gəlincə. Bilirsən, Avropa mədəniyyətinin son dərəcə deqradasiya olmasının əsas səbəbləri kimi, son 20-30 ildə “insanın şəxsi utanmazlığının cəmiyyət tərəfindən normal qarşılanmasının” getdikcə yayılması sayılır. Buna “məişət səviyyəsində tolerantlıq” da deyirlər. Yani 50 il əvvəl Avropada oğru, əxlaqsız yolla pul qazanan, yalancı, namusuz adam, nə qədər zəngin də olsa, nə qədər vəzifəli də olsa, nə qədər məşhur da olsa, heç bir zaman hörmətə laiq görülmürdü. Yani insana dəyər sadəcə və sadəcə şəxsi xüsusiyyətlərinə görə verilirdi. Əslində bizim dinimizdə bunu tələb edir. Amma həm müasir Avropa, həm də bizim dillərə dəstan mentalitetimizdə “özü bilər hardan qazanıb” mənfuru köklü yer teteb. Bir prokuror cavan uşaqlara pul üçün əziyyət verir, amma hamı ona hörmət edir. Çünki pulu var. Bir məmur oğurluq edir (həm də bizim cibimizdən), amma hamı “kişi qzanır da” deyir. Bir müallim şagirdləri rüşvət verməyə məcbur edir, biz “yazıqdır, ailəsinə baxmalıdır” deyirik.

Səncə bu belə olmalıdır?

Zevs - 6 December , 22:56

? ??????? ??????? ?? ???? ????? ?????, ?? ????? ???? ??????! ???? ???????? ? ??? ??? ? ?????? ????????????? “xod geden” ? ???? ?????? ?????-??? ???? ????????.

SettarXAN - 7 December , 22:25

Hmm,men demirem ki bu bele olmalidir,ve ya men buna adi baxmiram!
Prokuror,Muellim meselelerine geldikde ise senin demek istediklerinle raziyam(onsuz da men senin ele bir sey dememisdim!)

OXatan - 17 January , 3:24

bu səttərxan adlı user`dən xoşum gəldi. o əsl azərbaycanlı kimi nə vaxt “zadneyə” verəcəyini yaxı mənimsəyib. “paxıllıqdan partlıyırsan” mövqeyindən bir andaca, 180 dərəcəlik dönüşlə “demek istediklerinle raziyam” mövqeyinə gəlməyi Azərbaycan mühitində heç hər “siyasətçi” bacarmır. uğurlu gələcəyə “azad düşüncəli” gənclərlə

Рауф - 27 May , 23:06

я хочу вам сказать,наша беда в том что, биз пул дюшкюнюк,но не смотря на это,я всегда себе говорю,Я АЗЕРБАЙДЖАНЕЦ И Я ЭТИМ ГОРЖУСЬ!!!МЯН, БИЗИМ МИЛЛЕТЕ СЕБР АРЗУ ЕДИРЕМ,ВСЁ БУУД У НАС Х,ОККЕЙ!!!

эмин - 26 October , 3:54

Бако Саакян в поход собрался, или мечтать не вредно… Карабах наш Бако Саакян и мы должны быть на перегаворов.
http://vatan.org.ru/news/2008-10-26-549

Reshad MSK - 23 May , 16:46

ALLAHtala hereni bir cure yaradib oda insandi ozyne gorada gozelliyivar onun ozununde bir heyat terzi var

milan futbolcusu - 25 August , 19:12

artiq bunlara azeri demek olmaz. veten veclerinede deyil.

Şərh yazın