20July
H.O.S.T Alliance
BƏYƏNİLSİN !!!
www.havaodsutorpaq.com
Axır ki Azərbaycan saytları arasında bir yenilik, bir təzə nəfəs ortaya çıxdı. Təngə gəlmişik standart saytlardan, standart fikirlərdən, standart simalardan, standart həyatdan.
HAVA – OD – SU – TORPAQ
Bəziləri deyirdi ki, o heç vaxt yatmır. Bəziləri deyirdi ki, anası uşaq vaxtı onu zibil yeşiyinə atıb. Bəziləri deyirdi ki, o, bütün ölkələri gəzib və bütün sirlərdən xəbəri var. Kimsə düşünürdü ki, o bir adam deyil – bir neçə yerə bölünə bilir. Kimlərsə deyirdi ki, o peyğəmbərdi. Bəziləri isə sakitcə pıçıltı ilə deyirdilər: “O şeytandır”…
Bir gün ətrafımızdakı insanların öz şəxsiyyət vəsiqələrindəki seriya nömrələri kimi proqramlaşdırıldığını gördük. Ruhumuzu vermək istədik onlara.
Bir gün ətrafımızdakı insanların Bakının sahibsiz ağaclarının başında məskən qurmuş kulyoklar kimi boz rəngə büründüklərini gördük. Damarımızı kəsib qanımızı sıçratmaq istədik üzərlərinə.
Bir gün ətrafımızdakı insanların həyatlarının reklamlar kimi mənasız və yalan olduğunu gördük. Televizorlarını söndürmək, pəncərənin o tayında qaynayan həyata qoşulmalarını istədik.
Yalanların, yalançıların, fahişələrin, sutenyorların, mavilərin, lezbiyanların, yanıqların, acgözlərin, taxtabaşların, rüşvətxorların, qulların, quldarların, savadsızlığın, rəngsizliyin, mənasızlığın üzünə tüpürdük və hücuma başladıq. Qaldır əllərini, sən də qoşul ordumuza, yırtaq içalatını düşmənlərimizin!
Silahımız nə bıçaqdı, nə də tapança. Amma onları qorxudacaq qədər, qorxudan altlarını batırdacaq qədər təhlükəlidi. Qələm, mikrofon və beyin qırışdıran hər şey. Fikirlərimizi orduya çevirdik, ordumuz onların belini sındıracaaaaaaaaq!
Seç artıq, ya bizimləsən, ya altımızda…


†_DeAtH _NoTe† :
Qaqa - 22 July , 18:16
Propaqanda sozunu duz yazsalar, ela olar
Azerbaycanca yazsalar ondan da yaxshi olar