14October
Sevda Ələkbərzadə Gül Açdı
Xəbəriniz olsun ki, hal-hazırda World Music Charts Europe reytinqində (çartında) Sevda Ələkbərzadənin "Gül Açdı" (A Flower In Bloom) albomu 17-ci yerdədir. Bualbom Almaniyanın Network Medien şirkəti tərəfindən buraxılıb və həm yüksək texniki xüsusiyyətlərə, həm də gözəl dizayn olunmuş CD-yə malikdir. Marketinq və reklam işləri də Avropa səviyyəsində həyata keçirilib. Deyəsən Azərbaycan müğənnilərindən hələm heç kim bundan yaxşı nəticə əldə etməmişdi. Halaldır! Gözləyək və ümid edək, bəlkə ilk10-a da daxil ola bildi.
Bu albom Azərbaycanda "Şəbi Hicran" adı ilə çıxarılmışdı. Amma gəl bu avropalılara başa sal da "şəbi hicran" nədir. Yazıqlar bu kəliməni heç söyləyə bilməzlər. Onun üçün alboma"Şəbi Hicrana" daxil olan bir mahnının – Gül Açdı mahnısının – adı verildi. Hələ bu səbəbdən də müğənniyi sadəcə Sevda adı ilə təqdim edirlər. Hələ düz edirlər, hansı avropalı "Alekperzadeh" kəliməsini diyə bilər? Sevda 3 illik kontrakt imzalayıb və gələn il bir CD daha buraxmalıdır. Gözləyəcəyik.
Albom həqiqətən gözəldir. Bəzi mahnıları müğəninin saytından yükləyə bilərsiniz. İstəyənlər isə Flower in Bloom albomunu Amazon mağazasından ala bilər. Çox da bahalı deyil.

†_DeAtH _NoTe† :
azeri - 24 October , 2:38
uğurlar sevdaya. ən azından kənarda təmsilçimiz var şükürki. ilk 10luğa vəya 5liyədə düşər inşa Allah