25September
Təzə Yaxın Şərq
Bu Kandaliza Rays (Condoleezza Rice) var ha, yaman şeydü. İndi də Yaxın Şərq (niyesə onlar bu reqiona Middle East, yani Orta Şərq deyirlər) ölkələri üçün yeni plan hazırlayıb. Təbii ki bu planda Azərbaycanı da unudmayıblar. Bu xanımın "New Middle East" strateqiyasını açıqlayan məqalədə iki xəritə var. Birinci xəritədə Azərbaycanın indiki ərazisi böyüdülüb, amma Kürdistan yaradılıb, Türkiyə ərazisi azaldılıb və Azərbaycanla Türkiyə ayrılıb. İkinci xəritə isə lap ürəyimcədir, əladır. Orda nə Ermənistan var, nə Kürdistan, Azərbaycan 4 dəfə böyüdülüb, Türkiyə isə lapo Məkkə və Mədinəyə qədər uzadılıb. Hər iki planda bizə sərf edir, amma ikincisi lap əladır.
Bəyəndim bu planı və "Eşq olsun Kandaliza xanıma! Eşq olsun Təzə Şərq planına!" deyirəm.

az :