10January
Hostinq axtaranlara məsləhət
Bir necə gün ərzində saytımız hostinq təminatı ilə əlaqədar problemlər yaşadı. Əvvəlki hostinq təminatçımızın xidmətləri çox da keyfiyyətli olmadığı üçün saytda yükləmələr ilə əlaqəli nasazlıqlar ortaya çıxırdı. Həm də saytın həcmi artıqca, vəziyyət maddi olaraq da ağırlaşırdı. Bundan əlavə bir necə başqa proektlər üçün də hostinqə ehtiyacımız vardı.
Hələ bu məqamda ilk10 blogunda bir reklam banneri diqqətimi çəlb elədi. SİTE5 şirkəti 750Gb həcmli hostinq paketlərini ayda cəmi 5$-a təklif edir. İnanmadım. Çünki biz 2Gb üçün ayda 8$ verirdik və bunu çox ucuz hesab edirdik. Mən hələm yerli şirkətlərin qiymətləri ilə müqaisə etmirəm (500Mb üçün 15AZN istəyirlər). Fikirləşdik bəlkə nesə fırıldaq var. Bu firma haqqında biraz məlumat axtardıq, forumlarda bu hostinq haqqındaki şərhləri oxuduq, gördük ki fırıldaq deyil. Nəisə, uzun sözün qısası, aldıq və çox razı qaldıq. Söz veriblər ki, 60 gün ərzində bəyənməsək, pulu qaytaracaqlar.
Əğər sayt açmaq fikriniz varsa, bu hostinqi almaq məsləhətdir. Hal-hazırda bundan ucuz və bu qədər imkanı olan, bu qədər texniki xüsusiyyətlərə malik olan başqa bir təklif yoxdur. Bilən varsa, bizə də xəbər versin.
tenha_oglan_20 :
maraglanan - 19 January , 1:14
ilk10a baxtim orda ancag azeronlaynin hosting reklamini gormum
http://azeronline.com/az/hosting/
Giymetleri cox yuksekdir. 550mb yeri 8,5 manata satirlar. Deli olublar.
Sizin dediyiniz site5in giymetleri ile gotursek 550mb eleyir 0.3 gepik. Azeronlaynin en ucuz giymetleri ile 750gb hesablasag edir 11869 manat. Ferge bir baxin! Sonrada deyirler ki Azerbaycanda Internet inkisaf etmir. Bele giymetlerle etmez de.
O linkini verdiyiniz namelum sayt ise bunda da bahadir. Lap deli olublar.