3Avqust

Rəngli toy

Yenə də ən sevdiyimiz mövzuya – milli toylarımıza qayıdırıq. Palatka toylarımıza baxdıq, gözəl gəlin paltarını bəyəndik, super milli rəqsi gördük. İndi isə təzə nəslin təzə toy növünü görəcəksiniz.
Bu şəklə baxıb, “Burda qeyri-adi nə var ki?” deyə bilərsiniz, amma ardına baxınca hər şey aydın olacaq.
milli azerbaycan toyu
Davamı…

Azərbaycan milli toyları saytımızın sevilən mövzularındandır. Palatka toyu gözəliqeyri-adi gəlin paltarını internetdə məs biz populyar etdik. İndi isə çox maraqlı bir milli toy mənzərəsinin videosunu təqdim edirik.

Həqiqətən çox şən və maraqlı alınıb. Görünürki məşq ediblər, hazırlaşıblar.
Bravo!!!” deyirik.

Azerbaycan fotolari

Davamı…

Əvvəlindən salan olsaydı əgər başə bizi,
Cəhlimiz salmaz idi, məncə, dağa-daşə bizi.

Azacıq elmimiz olsaydı əgər əsrə görə,
Boyun əydirməz idi qonşuya, yoldaşə bizi.

Nə hünər var, nə biligmiz, nə də bir dövlət-ü mal,
İtə atsan da yeməz, hiss eləməz laşə bizi.

Şübhəsizdir tüpürər surət-i idbarımıza,
Göstərə olsa bu sima ilə nəqqaşə bizi.

Üzü dönsün görüm ol ağuya dönmüş çörəyin,
Yaxşı möhtac elədi qəhbəyə, oğraşə bizi.

 Aliaga Vahid

24Dekabr

Təəssüflər olsun ki, indi azərbaycanlılar dünya miqyasında dilənçiliyə başlayıblar. Bir tərəfdən fikirləşirsən ki, yazıq camaat neyləsin, kef üçün etmirlər ki, ehtiyacları var. Bir tərəfdən də… ehh, neysə…

lend-azerbaijan.jpg

Biz diyən də ki, Azərbaycanın ən böyük problemi əxlaqsızlıqdır, bizə inanmırlar. Biz diyəndə ki, cəmiyyətimiz ograşlaşıb (bu söz üçün üzr istəmirik), bizi qınayırlar. Biz diyəndə ki, insanlarımız cilizlaşıb, bizdən inciyirlər.

Ətrafınıza bir baxın – ən hörmətli adamlar kimlərdir? Müasir Azərbaycanda ən dəyər verilən insanlar binamus, oğru, qəddar, şərəfsiz insanlar deyil mi? Və biz bunları normal gəbul etmirik mi?

Dünən day.az-da dərc olunan bir müsahibədəki bu sözlər bugünkü həqiqətlərimizin aynasıdır:
…обеспеченные проститутки и гомосексуалисты пользуются в нашем обществе большим уважением, чем малообеспеченные ветераны Карабахской войны, честные педагоги и врачи…
Oxuyun…

1Sentyabr

1 yaş

Saytımızın açılmasından düz bir il keçdi. Bu 1 il ərzində saytda 68 xəbər və 1453 şərh dərc olundu. Bu zaman təcrübə qazandıq, yaxşını pisdən ayırmağı öyrəndik. Və bu 1-ci ilin nəticəsində bir qərara gəldik.  Azərbaycan internet saytlarında adi bir hal almış bəzi nöqsanları nəzərə alaraq, öz bloqumuz  üçün bir neçə qayda tətbiq edəcəyik:

  • zengimcell, SMS v.s. bu kimi şeylərlə oxucularımızı narahat etməyəcəyik. Biz oxucularımıza hörmət edirik və onları sadəcə bir qəlir mənbəyi kimi görmürük (lorı dildə desək biz başqaları kimi oxucularımızı LOX saymırıq).
  • saytımızda heç vaxt çat olmayacaq.
  • saytımızda heç vaxt forum olmayacaq.
  • bloqumuzda heç vaxt oğurluq xəbər olmayacaq. Xarici saytlardan alınmış şəkillər, səviyyəsiz rus və türk saytlarından oğurlanmış proqramlar, videolar v.s. heç vaxt burda olmayacaq. Bizim öz aglımız var, heç kimə möhtac deyilik.
  • saytımızda heç vaxt “bura reklam yeridir” ya da “bize reklam verin” yazısı olmayacaq. Biz dilənçi deyilik.
  • açılan pəncərə (pop-up), reklam java skriptləri və bu kimi aldamacalar olmayacaq. Bizim üçün ziyarətçilərimiz reklamlardan daha vacibdir.
  • heç bir rus dilli reklam sistemi vasitəsi saytımızda heç vaxt olmayacaq. Biz azad ölkenin azad insanlarıyıq və düşmənin əlinə baxmırıq.
  • başqa saytlarda bol gördüyümüz  düşük sorqulara, mənasız yazılara, fəhmsiz ifadələrə yol verilməyəcək. Saytımız ancaq müəyyən intelektual səviyyəli insanlara hitab edəcək. Qanmazlar rəd olsun.
  • yazılarımızı heç vaxt “fikrinizi bildirməyi unutmayın” tələbi ilə bitirməyəcəyik.
  • Azərbaycan mədəniyyətinə uyğun gəlməyən və Azərbaycan gəncərinə zorla yeridilən hər şeyə qalşıyıq, bunlara saytımızda yer verməyəcəyik. Bunlar arasında rus və türk pop musiqisi, teleseriallar, avtoşluq, sevgi-məhəbbət söhbətləri v.s.

Bizim bu prinsipləri qəbul edən başqa saytlar da olsa, çox sevinərik.

Oil Rocks, Caspian sea, AzerbaijanAzərbaycanı tanıtmaqda yeni bir addımımız uğurlu oldu. 102 min abunəcisi olan və dünyanın ən çox ziyarət edilən saytları arasında ən üst sıralarda olan  Google Sightseeing bloqunda bizim Neft Daşları haqqında bir yazı dərc etdirməyə nail olduq. “Oil Rocks adlı yazıda Neft Daşları haqda qısa məlumat verilib.
Nəzərə alsaq ki, bu bloqu gündə onminlərcə insan oxuyur, Azərbaycanın tanıtılması üçün yaxşı fürsət olduğuna inanırıq. Və sizdən şərhlərinizlə (təbii ingilis dili bilənlər) bu mövzunu dəstəkləmənizi xaiş edirik. Şərh yaza bilməyənlə isə, sadəcə “Rate This Sight” yazısının yanındaki ulduzlara tıklayaraq, bu xəbərə səs verə bilərlər.

Təsüflər olsun ki, yay qurtarmaq üzərədir. Son isti günlər, tətillərin başa çatması və bu yaydan qalan xatirələr. Saytımızda məzəli fotoları yerləşdirmək ənənəmizi davam etdirərək, bu yayın ən mırt fotolarını təqdim edirik.

Davamı…