Bizim saytın əsas prinsiplərindən biri, oxucularımıza mümkün olduğu qədər keyfiyyətli musiqi təqdim etmək. Yükləmək üçün yerləşdirdiğimiz MP3 fayllarda heç bir səs əlavələri yoxdur. Biz sizə Zəngimcell də soxuşdurmuruq. Hər şey pulsuz, reklamsız və ən keyfiyyətlidir. Bəziləri təzə, eksklüziv mahnılar istəyir, amma biz ancaq klasik, əsil sənət nümunələrini təqdim etməyə davam edəcəyik.
Bugün də 3 lirik mahnını yükləyə bilərsiniz. Təbiyi ki böyük MP3 faylları yükləmədən əvvəl, qısa bir parçanı dinləyə bilərsiniz.

Yalçın Rzazadə – Bakı sabahın xeyir
Test (15 sn.):

Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

MP3 Yükləyin (2,19 Mb)

Опять Метель – Алла Пугачева и Кристина Орбакайте
Test (15 sn.):

Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

MP3 Yükləyin (1,62 Mb)

Marcas de Ayer – Adriana Mezzadri
Test (15 sn.):

Audio clip: Adobe Flash Player (version 9 or above) is required to play this audio clip. Download the latest version here. You also need to have JavaScript enabled in your browser.

MP3 Yükləyin (1,75 Mb)

5Fevral

Təzə moda

Bu şəkili naməlum bir oxucumuz göndərib. Foto Azərbaycan Tibb Universitetində çəkilib.



Torqovıda yerləşən binaların birində balaca bir yanğın baş verib. Çox əhəmiyyətli bir şey olmayıb, xəsarət alan da yoxdur. İstəsəniz şəkillərə xəbərin davamında baxa bilərsiniz.
Qonşuların dediyinə görə, bir müddət əvvəl Rusiyadan gələn və özünə yaxşı bir vəzifə alan bir şəxs, bu yanan mənzili almaq istəyirmış. Amma evin sahibi mənzilini satmaq istəmirdi. Uzun söhbətin qısası, çox ged-gəldən sonra, bir gün bu evdə yanğın baş verdi. Və indi mənzilin sahibi bu evi satmaq fikrinə gəlib.
Bax belə, azərbaycanlılar ticarət məsələlərini beləcə halallıqla həl edirlər. Sizdən uzaq.

Davamı…

eurovision azerbaycanİTV-də EuroVision konsertinə baxdınız? Doyunca güldünüz? Yazıq Ruslana snequroçka kimi 4 dəfə elan olundu, amma çıxmadı ki, çıxmadı. Reklam, boş söhbətlər, dərin pauzalar və nəhayət 6 dəqiqə sonra konsert davam etdi. Efirə gedən söhbətlər isə lap mırt idi. “Ещё кричите”, “давай elan elə də”, “повторить повторить”, “ну что делать” sözlərini görəsən Avropaya canlı yayında necə tərcümə elədilər? Kameraların qabağında naməlum adamların gəzməsi, ekranın hərdən qaralması, mikrofonların exo verməsi isə xırda şeylərdir, heç fikir vermədik. Və ən bombası da bu qədər səhvdən sonra aparıcının “Necədir şoumuz, xoşunuza gəldi?” soruşması oldu. Sonra özü də güldü öz sözlərinə.
Dəvət olunan qonaqlara bir meşok pul verilməsinə baxmayaraq, fonoqrama ilə oxuyurdular. Bəs nə oldu Mədəniyyət Nazirliyinin sərəncamı? Fonoqrama ilə hələ bizim qonşumuz Tükəzban xala da oxuyar. Ukrayna Radasının deputatı Ruslana heç olmasa xeyli əziyyət çəkib əməlli-başlı şou göstərdi. Qrupu, səhnə geyimləri, hazırlanmış proqram ən azından səviyyəli idi. Sertab Erener isə təyyarədən hansı paltarda düşmüşdüsə, hələ o paltarla da səhnəyə çıxdı. Tək-tənha. Oxumağı və mahnılarına söz ola bilməz, əla idi, ancaq bizim Tükəzban xala da sapaşki ilə səhnəyə çıxıb ağzını açıb-bağlamağı bacarır. Mariya Şerifoviç səhnəyə qalstuk və krasovka ilə çıxa bilər, Tükəzban xalaya olmaz? Mətbuat konfransında EuroVision təmsilçisi jurnalistləri fit çalaraq sakitləşdirməsi isə Avropanın bizə qarşı tərzinin ən yaxşı nümayişidir. Bir də bizim jurnalistlərinin mədəniyyət səviyyəsinin. Jurnalist Zaxaryanın çıxışı isə məni lap mat qoydu. Nə isə.

Bizim iştirakçılar isə… Allah kömək etsin onlara. Əslində görünür ki həqiqətən yaxşı çalışıblar, istedadları da var, amma onlara ağsaqqallıq edənləri qəşəng çırpmaq lazımdır. Gül kimi uşaqları nə günə qoyublar.

Aynur İsgəndərliyə kim öyrədib o qədər qışqırmağı? Ona yaraşardı həzin, lirik bir mahnı. Səsi də var, görünüşü də buna uyğundur. Onun opanıb-düşmək biraz gülməli görünür axı. İlqar Muradov stilində slow vəya blues bir mahnı, sadə amma efektli bir aranjirovka və qız almaz kimi parıldayardı.
(Aynur İsgəndərlinin videosu)

Unformal (İTV-nin yazdığı kimi Anformal) qrupu… nə deyim, onlar qalib gəlməli idilər. Hər cəhətdən yaxşı idilər. Solist Delya və bas gitaraçı Fəridə favoritlərimdir. Təsüflər ki olmadı.
(Unformal qrupunun videosu)

Elnur Hüseynovu isə imijmeykerlər görünüş olaraq Türkiyənin Atina qrupunun solustinə, oxuma tərzinə görə isə Rusiyanın Dima Bilanına oxşadıblar. Ay balam, bu Elnurdur, öz stili var, Vitas kimi zilə çıxması çox vacibdir? Mahnısı isə Tatunun “Я сошла с ума” mahnısına yaman oxşayır. Görünüşü, tərzi orijinal olmasa da, azərbaycansayağı deyil, avropa zövqünə uyğundur. Bəlkə nəsə alındı. Ümid edirik ki alınar. İndi onun məqsədi EuroVision qalibi olmaq deyil (bu mümkün deyil), onun ən vacib vəzifəsi ermənilərdən daha yaxşı çıxış edib, daha yüksək yer tutmaqdır. Yoxsa gərək Azərbaycana qayıtmasın.
(Elnur Hüseynovun videosu)

P.S.
Deyirəm Aygun Bəylər ilə Samirənin yan-yana qoyardılar, göndərərdilər bu EuroVisiona – sökərdilər oraları, qazıyardılar səhnəni səsləri ilə, zalın divarlarını yıxardılar ifaları ilə, Avropanı mat qoyardılar.

telefon nomresini nece oyrenmek olar Bu gün bir ağılı oxucumuz oğlanlarımıza bir məsləhət göndərib. Əğər qızın telefon nömrəsini öyrənmək istəyirsinizsə, bu fokus vasitəsiylə bunu asanlıqla edə bilərsiniz.

Əvvəlcə qıza deyin ki, ona bir fokus göstərəcəksiniz və ondan xahiş edin ki, sizə demədən, öz telefon nömrəsinin ilk 3 rəqəmini (misal üçün nömrəsi ABC-DE-FG isə, “ABC” olur) vursun 80-ə. Daha sonra nətiycəyə 1 əlavə etmək və alınan rəgəmi 250-yə vurmaq. Daha sonra telefon nömrəsinin qalan dörd rəqəmini üstünə gəlmək (misaldakı “DEFG”) və bir daha bu dörd rəgəmi əlavə etmək. Nəticədən 250 çıxmaq və 2-yə bölmək.
Yəni telefon nömrəsi ABCDEFG olsa, onda bu düstur alınır:

((ABC*80+1)*250+DEFG+DEFG)-250
—————————————————— = ABCDEFG
2

Axırda heç qız özü də başa düşməyəcək ki, siz onun nömrəsini öyrəndiniz.
Müvəffəqiyyətlər !!!

qiz shekilleri baki 21 yaşlı Minarə Nəcəfova Bakıdandır, amma hal-hazırda Kanadada, Torontoda yaşayır. Bu gözəl, zövqlü və məlahətli xanım Seneka Koledjində oxuyur və gələcəkdə tib bacısı olacaq. Heç sözü çox uzatmadan, buyurun fotolara baxın.

Davamı…

Çox qəribədir ki, Şimali və Cənubi Amerikada yaşayan hindi tayfalarının dilində , Azərbaycan dilənə çox oxşar sözlər var. Meksikada işləyən həmvətənimiz Nazim Səmədov bir necə hindi sözü ilə azəri sözünün eyni olduğunu bizi e-mail ilə yazıb. Həqiqətən də, həm oxunuş, həm də məna olaraq bu sözlərin eyni olması təsadüf ola bilməz.

indian language, azerbaycan diliyatkı – ev (yatılan yer?)
tamazkal – hamam (təmiz qal?)
tsün – uzun
tepek – təpə
tete – dədə
hu – salam (“Nəsimi” filmini yada salın)
atışka – atəş, alov
yanunda – yanında (lap Bakı ləhcəsidir ki)
aşköz – yemək
yu – su (yumaq?)
ildiş – dişləmək
kün – gün
kuşa – quş

ucuz hostinq, ucuz barindirma, cheap hostingBir necə gün ərzində saytımız hostinq təminatı ilə əlaqədar problemlər yaşadı. Əvvəlki hostinq təminatçımızın xidmətləri çox da keyfiyyətli olmadığı üçün saytda yükləmələr ilə əlaqəli nasazlıqlar ortaya çıxırdı. Həm də saytın həcmi artıqca, vəziyyət maddi olaraq da ağırlaşırdı. Bundan əlavə bir necə başqa proektlər üçün də hostinqə ehtiyacımız vardı.
Hələ bu məqamda ilk10 blogunda bir reklam banneri diqqətimi çəlb elədi. SİTE5 şirkəti 750Gb həcmli hostinq paketlərini ayda cəmi 5$-a təklif edir. İnanmadım. Çünki biz 2Gb üçün ayda 8$ verirdik və bunu çox ucuz hesab edirdik. Mən hələm yerli şirkətlərin qiymətləri ilə müqaisə etmirəm (500Mb üçün 15AZN istəyirlər). Fikirləşdik bəlkə nesə fırıldaq var. Bu firma haqqında biraz məlumat axtardıq, forumlarda bu hostinq haqqındaki şərhləri oxuduq, gördük ki fırıldaq deyil. Nəisə, uzun sözün qısası, aldıq və çox razı qaldıq. Söz veriblər ki, 60 gün ərzində bəyənməsək, pulu qaytaracaqlar.
Əğər sayt açmaq fikriniz varsa, bu hostinqi almaq məsləhətdir. Hal-hazırda bundan ucuz və bu qədər imkanı olan, bu qədər texniki xüsusiyyətlərə malik olan başqa bir təklif yoxdur. Bilən varsa, bizə də xəbər versin.

Bakıya qar yağması hər zaman bir hadisəyə çevrilir. Bu ilin ilk qarı isə bolluğu və gözəlliyi ilə hamını heyrətə düşürdü. Bir necə foto şəkil bu gözəlliyi xatirələrimizdə saxlayacaq. Yazının davamında qısa, amma çox yaxşı bir video da əlavə olunub.

baku snow, baki qar

Davamı…