Biz diyən də ki, Azərbaycanın ən böyük problemi əxlaqsızlıqdır, bizə inanmırlar. Biz diyəndə ki, cəmiyyətimiz ograşlaşıb (bu söz üçün üzr istəmirik), bizi qınayırlar. Biz diyəndə ki, insanlarımız cilizlaşıb, bizdən inciyirlər.
Ətrafınıza bir baxın – ən hörmətli adamlar kimlərdir? Müasir Azərbaycanda ən dəyər verilən insanlar binamus, oğru, qəddar, şərəfsiz insanlar deyil mi? Və biz bunları normal gəbul etmirik mi?
Dünən day.az-da dərc olunan bir müsahibədəki bu sözlər bugünkü həqiqətlərimizin aynasıdır:
“…обеспеченные проститутки и гомосексуалисты пользуются в нашем обществе большим уважением, чем малообеспеченные ветераны Карабахской войны, честные педагоги и врачи…”
Oxuyun…
Azərbaycanı tanıtmaqda yeni bir addımımız uğurlu oldu. 102 min abunəcisi olan və dünyanın ən çox ziyarət edilən saytları arasında ən üst sıralarda olan Google Sightseeing bloqunda bizim Neft Daşları haqqında bir yazı dərc etdirməyə nail olduq. “Oil Rocks“ adlı yazıda Neft Daşları haqda qısa məlumat verilib.
Nəzərə alsaq ki, bu bloqu gündə onminlərcə insan oxuyur, Azərbaycanın tanıtılması üçün yaxşı fürsət olduğuna inanırıq. Və sizdən şərhlərinizlə (təbii ingilis dili bilənlər) bu mövzunu dəstəkləmənizi xaiş edirik. Şərh yaza bilməyənlə isə, sadəcə “Rate This Sight” yazısının yanındaki ulduzlara tıklayaraq, bu xəbərə səs verə bilərlər.
Martın 14-də, yerli vaxtla saat 20:00-da, Nyu York-da (Bruklində) yerləşən “Casanova Lounge” klubunda azərbaycanlıların təşkil etdiyi qonaqlıq olacaq.
Ünvan: Casanova Lounge, 2235 65th street, Brooklyn, NY 11204
Əlaqə: Nigar Qasımova, +1.347.866.2496, baku_newyork@yahoo.com

Torqovıda yerləşən binaların birində balaca bir yanğın baş verib. Çox əhəmiyyətli bir şey olmayıb, xəsarət alan da yoxdur. İstəsəniz şəkillərə xəbərin davamında baxa bilərsiniz.
Qonşuların dediyinə görə, bir müddət əvvəl Rusiyadan gələn və özünə yaxşı bir vəzifə alan bir şəxs, bu yanan mənzili almaq istəyirmış. Amma evin sahibi mənzilini satmaq istəmirdi. Uzun söhbətin qısası, çox ged-gəldən sonra, bir gün bu evdə yanğın baş verdi. Və indi mənzilin sahibi bu evi satmaq fikrinə gəlib.
Bax belə, azərbaycanlılar ticarət məsələlərini beləcə halallıqla həl edirlər. Sizdən uzaq.
Davamı…
Əvvəlki qısa xəbərlər yazımızda 38 qoyun məsələsini aydınlaşdırmışdıq. İndi də yeni rekord – bir udarla 45 qoyun məhv edilib. Diyəsən day.az bizim ölkəmizi dünyada məşhur edəcək.
Bəziləri inanır ki, guya Azərbaycanda elm və elm adamları var. Adam bunu oxuyandan sonra bir daha əmin olur ki, bizdə elm deyilən şey yoxdur və yaxın zamanda olmayacaq.
LaVidaBloga saytından məzəli bir yazı – Aznet 2017.
2007-ci ilin ən yaxşı iqtisadi məqalə mükafatını “Qıza nə qədər pul xərcləməli?” yazısı ilə super intellektual mıx.az saytı aldı. Təbrik edirik!
Bu ilin ən yaxşı mədəniyyət məqaləsi mükafatını isə, “Проблемы секса в Баку” yazısı ilə Azərbaycanın ən namuslu saytı AzeriLove aldı. Müvəffəqiyyətlər arzulayırıq!
Əsl erməni toyu.
Azərbaycanın bəzi maraqlı iqtisadi dəyərləri (ingiliscə).
Yadınızdadırsa, Ramazan bayramı ərəfəsində “Помогите спасти Али Шабанова” yazısını dərc etmiştik.
İndi isə Əli Şabanov haqqında yaxşı xəbərlərimiz var. Bir necə gün əvvəl ona təzə böyrək transplantasiya edilib və hal-hazırda Əli özünü yaxşı hiss edir. Çox şükür olsun Allaha!
“…История двухлетнего Али Шабанова из Оренбурга (“Али хочет видеть маму!”, “АиФ” №37), у которого редкое заболевание – синдром Пиерсона, закончилась хорошо. Дети с подобным диагнозом не доживают даже до года, а наш Али благодаря врачам отделения трансплантации РНЦХ благополучно перенёсоперацию по пересадке донорской почки. Спасибо нашим читателям, которые оплатили для Али дорогостоящее лекарство. Операция прошла успешно, Али выписывают домой…”
Sevinirik ki, bizim də bu savab iştə, az da olsa, bir payımız var. Əli üçün Bakıdan kömək göndərənlərə xüsusiylə minnətdarlıq bildirmək istəyirik:
çoxa imkanları çatmayan, ancaq ürəklərindən gələn qədər kömək göstərən insanlara,
Ramazan fitrələrini Əlinin müalicəsi üçün göndərən ÇİNİCİ mağazası işçilərinə və xüsusiylə də İlhamə Qafarovaya,
pulun köçürülməsində kömək göstərən Zamin Bank işçilərinə,
Əli haqqında yazını öz saytlarına yerləştirən sayt sahiblərinə
və bəlkə də bizim bilmədiyimiz, amma köməyini əsirgəməyən başqa insanlara.
Çox sag olun, Allah sizi heç nəyə möhtac etməsin, Allah sizə ürəyiniz gədər versin.
Saytımız azərbaycanlılara həsr olunduğu üçün, gəlin yavaş-yavaş bu “azərbaycanlı”ları tanıyaq.
Başlayaq Rusiyadan.
Hələ bilməyin ki, biz indi bazarlarda alver eden həmvətənlərimizi reklam edəcəyik. Yox. Tam tərsi, Rusya “tusovka”sında xod gedən azərbaycanlılar haqqında bir qədər məlumat vermək istəyirik.
Ardını oxuyun, bilmədiklərini biləcəksiniz…
Davamı…
1. Королева R`n`B Beyons выступит в Баку. Uraaa!!!
2. ABŞ-a viza almaq qaydaları dəyişib (5 noyabr 2007-ci il tarixdən başlayaraq Konsulluq Şöbəsi viza müraciəti ilə bağlı görüş təyin etmək üçün zəngləri gəbul etməyəcək. Görüş təyin etmək üçün bu səhifəyə baş çəkin. https://evisaforms.state.gov/default.asp?postcode=BKU&appcode=3)
3. Uzun müddətdir Torqovıda tikilən “Nərgiz” ticarət mərkəzi axır ki açıldı. 18 milyon dolara başa gələn mərkəzdə 42 mağaza və 2 kafe var. Bu haqda Nigar xanımdan bəzi xırdalıqlar.
4. Moskvadaki azərbaycanlı tələbələr. Vay bizim halımıza!
5. Bir udarla 38 qoyun öldürən azərbaycanlı Guinness rekordlar kitabına girib или Почему азербайджанцы так жестоко обращаются с баранами?
6. Hal-hazırda Azərbaycanda 200 mindən çox narkoman var. Əminəm ki bu şəkilləri görən insan heç vaxt narkotika əl uzadmaz. Dəhşətdir!
Azərbaycan qəribə ölkədir.
Hansısa bir manız 11 min dollarlıq mobil telefonla fəxr edir, amma 16 min dolları olmadığı üçün bir ananın uşağı kor olur.
Azərbaycan çox anlaşılmaz ölkədir.
Nəsli-kökü bişərəf olan bir əcnəbiyə milyonlar ianə edilir, amma azərbaycan anasının azərbaycanlı balası xaricdə qucağında pulsuzluqdan ölür.
Vallah Azərbaycan çox təəccüblü ölkədir
Rusiyanın "Аргументы и факты" qəzetindən alınmış bir məqaləni bu yazının davamında oxumağınızı və köməyinizi əsirgəməməyinizi çox xaiş edirik. Zəhmət olmasa bu xəbəri mümkün olduğu qədər çox adama çatdırın.
Davamı…