27May
I Love Purple
Azercellin təşkil etdiyi foto-müsabiqədə təqdim olunan şəkillərə baxmısınız? Baxın, məsləhətdir. Müasir azərbaycanlıların əsl zövgünü, əsl bacarığını, əsl səviyyəsini görəcəksiniz.

İndi isə seçtiyimiz fotolara baxın.
| Foto-müsabiqəyə göndərilən şəkillərin əksəriyyəti görünür yuxarıdaki fotodakı qoyunlar tərəfindən çəkilib, onun üçün də şəkillərin çoxunda gül və ot əks olunub. Adi azərbaycanlının fantaziyası səfeh süfətli uşaqlar və öküz baxışlı xanımlardan savayı heçnəyə qadir olmadığı üçün, qalan fotolarda bunlar əks olunub. 5-6 dənə tele-qüllə, 10-15 dənə kalağayı (Update: kalağayı şəkili qalib seçilib) və 6-7 dənə “Azercell” yazılı foto bu bircürəliyi rəngləndirə bilmir.
Nümaişimiz əlbətdə ki AzNetdə artıq məşhur olan eybəcər bacı-qardaşla başlayır. Bu simalara baxın, bu estetik möhtəşəmliyə baxın və feziyyab olun. Münsiflər heyyətində mən olsaydım, 100% bu şəkillərə səs verərdim. Çünki məs bu simalar, bu beyinlər və bu gözə çarpan mədəniyyət indiki Azərbaycanın əsl təcəssümüdür. |
![]() ![]() ![]() ![]() |
| Maraqlıdır, məməşlərini göstərməyə çalışan və tortun üstündəki yazı ilə İngilis dilini bilməyini nümaiş etdirən bu silikon dodağlı xanımın bu şəkili göndərəndə ağlı harda idi? Bir telefon udmaq üçün bu qədər alçalmağa dəyərdi? |
![]() |
| Ya da ki bu xanım öz bulanıq, tutumsuz və çirkin şəkilini göndərəndə həqiqətən inanırdı ki münsiflər məs onu mükafatlandıracaqlar? Vallah, adam buna baxanda gorxur. |
![]() |
| Ya da ki bu şampunçikə baxın. Əsl azərbaycanlı kişi. Şit və zövqsüz. Dəyərsiz həyatını süni gül-çiçəklə bəzədib abır-həyanın nə olduğunu bilmədən özünü ucuz və alçaq yola qoyub. Əhsən! |
![]() |
| Bu kişi fason xeylağı da ağzı ilə işəyən qız fotosu ilə müsabiqədə birinci olmağı ümid edir. Nədən də olmasın ki? |
![]() |
| Bir sonrakı qəhramanımız da çox ağıllı deyil. Əlinə tualet kağazını alıb, çıxıb meydana, zəka dolu baxışları ilə ətrafa baxır. |
![]() |
| Deyirəm Allah fotoşopun canını sağ eləsin, onu bizim millətin başından əksik etməsin. Bu xıyara bir baxın, bildiyi bütün efektləri dirəyib bu şəkilə və göndərib müsabiqəyə. Afərin! |
![]() |
| Amma bu dörd gözlü adamın marifəti, aşağıda gördüyünüz şəkilin müəllifinə çata bilməz. Bu şəkili hər cür fırlatdım, hər tərəfdən baxdım, ancaq gənə də heç nə başa düşə bilmədim. Diyəsən fotoaparat yerə düşüb təsadüfən nəsə çəkib, adam da baxıb ki bu onun şəkillərindən ən yaxşısıdır, götürüb müsabiqəyə göndərib. İndi fikirləşin ki bunun qalan şəkilləri nə gündədir. |
![]() |
| Bu şəkili göndərən isə diyəsən öz sevimli lifçikini əbədiləşdirmək istəyib. |
![]() |
| Göndərilən şəkillər arasında içtimai-sosial əhəmiyyət daşıyan şəkillər də var. Misal üçün partanın üstünə dırmaşan bu qızlar təhsil sistemimizdəki şən və şux abu-havanı nümaiş etdirirlər. Şagirdlərin yüksək mədəniyyət və tərbiyyəsini göstərən bu şəkil xüsusi mükafata layiqdir. |
![]() |
Bir başqa möhtəşəm sənət əsərində isə bədbəxt azərbaycanlı fəhləni, proletar sinifinin ağır vəziyyətini və sarı kepkasını görürük. Bu fotodaki məna o gədər dərindir ki, indiyə gədər onun sirrini aça bilməmişik. |
| Yenə də fotoşop ustasının bacarıqlı əllərindən keçən aşağıdakı şəkilə nəzər yetirsək görəcəyik ki, Azərbaycan avtobusları dünyanın ən xoşbəxt avtobuslarıdır. Çünki ancaq xoşbəxt avtobus belə işıq saça bilər. |
![]() |
| Gördüyümüz kimi yerüstü nəqliyyatda hər şey yaxşıdır, avtobuslar par-par yanır, nur saçır. Amma Tağı Əhmədovun qaranlıq aləmində hər şey bu gədər yaxşı deyil. İnsanlar metroda ayağ iyindən bənövşəyi rəng alırlar. Sübutu isə burdadır. Help! Help! |
![]() |
| Hələlik bəsdir, gözləyək görək bu şəkillərdən hansı qalib gələcək. Allah Azercellində canını sağ eləsinki, bizi belə güldürdü. |
![]() |













Bir başqa möhtəşəm sənət əsərində isə bədbəxt azərbaycanlı fəhləni, proletar sinifinin ağır vəziyyətini və sarı kepkasını görürük. Bu fotodaki məna o gədər dərindir ki, indiyə gədər onun sirrini aça bilməmişik.


az :
bir sözlə iyrənc