26Mart
HAQQIMIZDA
Bu saytı ciddi qəbul etmeyin. Amma qeyri-ciddi də qəbul etmək məsləhət deyil.
Biz heç kimə inanmırıq, bizə də inanmayın.
Biz heç kimdən asılı deyilik, bizdən asılı olan da yoxdur.
Biz bizik.
Biz kimik?
SAMİR – NY-da yaşayır, alverlə məşquldur. Avaranın biridir, işi-gücü NY-un qalereyalarında sülənməkdir. Atası Amerikaya gedəndə cibində cəmi 6 min $ var idi. İndi oğlunun 4 böyük mağazası var. Amma nə maşını var, nə bahalı telefonu, nə də böyük evi. Pulunu hara və necə xərclədiyini bilən yoxdur. (pıçıldadı Aygün)
AYGÜN – Bakının ən gözəl, ancaq ən acıdil qızlarındandır. Uzun boylu, incə belli, ala gözlü, gülər üzlü bir Azərbaycan gözəlidir. Tanıyan hər kəs, təsadüfən görən hər kəs ona aşıqdır. Amma gülər üzünə baxıb aldanmayın. Yüksək İQ və iqid xəsiyyəti onunla eyni intellektual seviyyədə olmayanlara çox pis tesir edir. Dili ilə xoşu gəlmədiyi adamı yerin altına batırır. Kosmetikadan demək olar ki heç istifadə etmir (buna heç ehtiyacı da yoxdur), hər zaman çox bəsit geyinir, qır-qızılı sevmir. Amma hər vaxt və hər yerdə hər kəs gözünü ondan ayıra bilmir. (bildirdi Teymur)
Dünyada üç gözəl qadın var: 1-cisi bizim Aygün, 2-ci Ayşvaraya Raya, 3-cü isə Monika Beluçi. Amma o 2-ci və 3-cü yerdə olanlar, ağılda Aygünə heç yaxın da ola bilməzlər. (Samir əlavə etdi)
TEYMUR – bütün günü evdə ya yatır, ya da kitab oxuyur. Deyir ki Bakıda gediləsi heç bir yer yoxdur və bunun üçün də demək olar ki heç evdən çıxmır. Gecələri kompüterdə nesə işləyir. Nə edir, hecə edir bilmirik. Bir onu bilirik ki, ayda 4-5 min qazanır, hərdən hecabına 10-15 min pul əlavə olunur. Ya xakerdir, ya da çox yaxşı mütəxəssizdir. Deyilənə görə Dubayda ev alıb. (Aygün xəbər verdi)
Qorxmayın, Teymur xaker deyil. O bir necə Hindistan İT şirkətləri ilə freelance işləyir. Çox ciddi proektlərinin müellifidir. (Samir sirri açtı)
LALƏ – 2 uşaq anası, 4 uşaq xalası, 3 uşaq bibisidir. Hamısına eyni vaxtda baxa bilən və bundan həz la bilən nadir insanlardandır. 4 dil bilir (ruscanı və türkcəni saymıram), 2 ali təhsili var, MBA və PhD dərəcələri var. Dəhşət dərəcədə gülməli insandır. Ölünü də güldürə bilər. Söhbətlərinə saatlarca gulaq asmaq olar. Onu yola gətirsəniz, sizin üçün Vaqif Mustafazadə stilində piano çalar və sizi heyran edər. Təsüflər olsun ki, bunu çox az edir. (dedi Samir)
Onun bişirdiği düşbərəyə, kutaba, aşa və dolmaya söz ola bilməz. Nəzərə alsanız ki, Lalə xanım 50-dən çox elmi məqalənin müəllifidir, onda başa düşərsiniz bu yeməklərin necə peşəkar səviyyədə olduğunu. (yada saldı Teymur)
Əlaqə üçün ya 102-yə zənq vurun, ya da www@azerbaycan.li ünvanına yazın.
az :