şairə Sevinc PərvanəMüasir Azərbaycan çox qəribə ölkədir. Hara baxsan bir qeyri-adilik görürsən. Mədəniyyətın inkişafını göstərən ən vacib amillərdən biri olan ədəbiyyat son illərdə çox cılız və səviyyəsiz vəziyyətdədir. Nə diqqətə layiq yazıcılar, nə dəyərli əsərlər – heçnə yoxdur.
Amma bir gənc şairə var ki, bütün Azərbaycan poeziyasını al-üst edib. Adı Sevinc Pərvanə. Oxucuları şoka salan əsərləri ilə diqqəti cəlb edən bu xanım 25 yaşındadır, Bakı İncəsənət Akademiaysının Kinoşunasılıq fakultəsini bitirib və deyilənə görə Azərbaycan Yazıcılar İtifaqına üzv qəbul edilib. Bir necə şerini dərc edirik. Şerlər həqiqətən çox təsirli, səmimi və şok edicidir. Bütün oxucular bu şerlərə mənfi reaksiya verir, onları yersiz, ədəbsiz, əxlaqsız hesab edirlər. Ancaq gərək qəbul edək ki, bu şerlər həyatın həqiqətidir, bir şəxsin utanmadan hər kəsin gözünün önünə sərdiyi ən intim fikirləridir.
Oxuyun və qərarınızı verməyə tələsməyin, dərk edin şairənin ürəyinin acısını…

Atamın xatirəsinə.
Oğraşın yekəsi kimi görünə bilər atam…
hər gecə eşşəkcə içib evə döndüyünə görə…
Qazandığı qəpik quruşu
arağa verib içdiyinə
ailəsini ac qoyduğuna görə
səhəri anamı pul dalınca göndərdiyinə görə…
gözümün önündə anamı zorlamağa cəhd etdiyinə görə…
Mən onu sevmirəm
sevsəydim böyük olardım
məndə elə ürək hanı onun kimisini sevməyə…
oysa çox şey öyrətdi mənə atam…
təhqir olunmuş insanlarla bir cərgədə dura bilməyi…
bar qızları qədər söyülməyi…
«qəhbəsən, onsuz da səni mütləq düzəldəcəklər»
dediyində
giziltili bir duyğu keçdiyini demirəm hələ içimdən…
Sərxoş döndüyü gecələrdə
məni səhv saldığı da olurdu anamla…
güclə ayırardı anam onu məndən…
mən özümü zorlamağı
özümlə sevişməyi sevirdim həyatımdakı ilk kişiyə qədər…
Bir dəfə anam,
cinsiyyət orqanıma çəngəl soxmaq istərkən
yaxalamışdı məni…
yorğanın altındaca balaca əllərimin
harada titrədiyini sezmişdi qadın…
çox şey öyrətdi mənə atam…
gördüyüm ilk kişi o idi
məni çılpaq görən ilk kişi də o…
onunla çimməksə
ən gözəl əyləncə idi mənimçün balacalığımda,
azadlığı sevdim onun kimi…
Bir az da xəyanətkar olmağı öyrəndim ondan…
sabahlara qədər içdiyim oldu…
sevdiyim kişi ölüncə döyüb məni
sonra hirsindən ağladığında onu xatırladım…
O da beləcə sevərdi anamı…
sevmədiyim nəyi varsa atamın
sevdiyim kişidə arayıram niyə bilmirəm…
Allahdan da xəbərsiz
sevdiyim kişinin yatağına girəndə
hər dəfə atamdan qisas aldığımı düşünərək
iki qat həzz alıram…
ona xəyanət edirəm elə bil
və sevə bilmədiyim üçün onu
özümü qınamıram…
Oysa çox şey öyrətdi mənə atam…
başqa atalar da övladlarına nəysə öyrədir bilirəm…
amma mən daha gözəl şeylər öyrəndim…
onu sevməkdən başqa
etiraf edim ki oğraş atamı heç vaxt
dünyadakı heç bir
qalstuklu şoferli portfelli ataya dəyişməzdim…
çıxardığım it oyunlarını isə
ütülü kostyumlarına yekə qarınlarına…
bircə onu sevə bilmək üçün ürək qoysaydı məndə
Dözməmiş ərimiş kiçilmiş ürəklə
onu anlamaqda sevməkdə gecikmişəm…

Nə olursa olsun.
bəzən hardasa
zorlanmaq təhlükəsinə belə razıdır qadınlar
pıçıltıyla belə etiraf etməsələr də içlərində

nə şəraitdə olursa-olsun
ən pis halda belə
kişiləri günahkar sayacaqlar onsuz da-
bilir qadınlar!
amma günahın yarısını
onlar daşıyır-
səssiz baxışlarında
ya bir dodaq tərpənişində
əlindən bir-bir salıb əşyaları
ehtirasla əyiləndə-
çox vaxt da bilərəkdən…

on beş yaşımdaydım
orta məktəb müəllimlərimdən biri
eh… nə isə…
səhər imtahandan beş aldım

əvvəl müqavimət
göz yaşı yalvarış
sonra boşalan qollar
və sonsuz həzz…
olduqca banal bir göstəri
bəlkə də ehtirasın ən yüksək anında
ağlamaları da həzzdəndir
sonra da
əlləriylə üzlərini örtərlər
utanmaq əllərin payına düşər

Mənim sirrim.
Oxucularımın ən uğurlu saydığı şerlər
unitazada oturarkən ağlıma gələnlərdir,
bəlkə də ancaq onda
Allahdan və bəndələrdən qaçıb
özümla qaldığıma görəydi bu;
bədəndə gedən bütün fiziki proseslər
məsələn sancılar,
çox şeyi unutdurur;
ya da özümlə darıxdığıma görəydi, bilmirəm.
Ancaq indi bu mənim
qələm dəftər götürüb
unitazda oturarkən yazdığım
ilk ən uğursuz şerimdi.
Bir dəfə məktəb yarışmalarının birində
mən unitazda oturub kitab oxuyan
yaşlı kişi heykəlciyi qazanmışdım;
o zaman ona baxıb «bambılıdır!» demişdim…

Sevincin başqa şerləri burdan oxuya bilərsiniz.

82 Şərhlər

QNarmina - 22 Mart , 14:21

Dehsetir bu. Gozlerim doldu aglamag isteyirem. Bu qiz ya xestedir yada bunu yalandan yazir. Bu hegiget ola bilmez. Cox tesir eledi mene.

Fuad - 22 Mart , 17:41

sheerini oxumamisdan evvel ele reklam elediniz ki, Baba Punhan kimi senetkarla muqayise elemeye baslamisdim az qala.Bu nedi? Onun haqda saytda sherh yazan utanmir yazdigi sherhden?Neche ildi guya olen sheeriyyatimizin bu neche ilden sora yetisdirdiyi budu?movzusu bir yana buna sheer diyenin agli yoxdu. agzina geleni duzub yan-yana. ozumuzu atdatmiyaq, Royani bashlari ustunde tutub ona oxshamaga calishannara beyendirin bu sefehi

Tio - 22 Mart , 20:35

KAKOY UJAS!!!
Bu sairin basi xarabdir. Adam bele shey yazar? Duzu demek lazimdir ancag bele de olmaz axi. Her sheyi yazmag olmaz ki.
Ama dogurdan adam oxuyanda cox pis olur. Tesir edir adama. Pis tesir edir.

OXatan - 23 Mart , 12:39

bunun psixi çatışmamazlığı var görən ya qəsdən belə edir…

M - 23 Mart , 14:03

Men acidim ona. Inanin dogru sozumdu. Heyatda bele $eyler coxdu. Onu her adam etiraf ede bilmez.
Amma Sevince meslehet gorerdim ki, bunu bele iyrencliyi ile aciglamasin. Hami bunu galdira bilecek gucde ve dushuncede deyil.
Bele sozleri en yaxin dostuna, refigene, gohuma danish ve yungullesh. Amma sher kimi yazma,yazdinsa chapa verme. yaxinlarinla bolush. Be’zi yukler agir olur, paylashmaga ehtiyac duyursan. Feget bu cemiyyetin hegigeti de olsa, bu cemiyyet bunu bele danisha bilecek durumda deyil.
Mesele senin dogru deyib, cemiyyetin seni dashlayacaginda deyil. Senin hegigetin – Senin hegigetindir. Bu etalon ola bilmez. Hami atasina ogrash gozu ile baxsa, dunyada hech bir sheyin anlami galmaz. Belke de zorlanmag hevesinde olan gadinlar vardir. Bu hamida bele olmaz. Ola bilmez.
Hami ne geder benzer de olsa, o geder de ferglidir.
Lutfen acilarini bele paylashma. Bu dogru yolu deyil. Bir de ki, cemiyyet acilari yox, sevincleri paylashmagchundu. Acilar her kesin shexsi malidir,shexsi payidir, ne yaziq ki…

P.S.
Sevinc sen cox aci chekirsense, sene bir INSAN kimi meslehet vererdim, gebul etsen tebii ki. Gedim sherg medeniyyeti ve dinleri ile maraglan. Inan mene butun acilarinin sebebini anlayacagsan o zaman. Lutfen sozumu xefife alma.

Elvis - 24 Mart , 4:07

xm… 2 il bundan qabaq bu xanimin şerlərini yerli jurnallarin birində dərc olunmuşdu. deyilənə görə buna görə döyülübdə :-) nə isə…

Ziko USA - 24 Mart , 23:02

Yazdigin sher mence yalandir. Chunki az da olsa, senin haqda fikrim meydana geldi. wikipediada ozun haqda melumat qoymusan, xirda bir shey olsa bile bizim bambili qizlarin belesi sheylerden xeberi yoxdur. Mene qalsa yazdigin heqiqet deyil, tesevvuruvun mehsuludur. Amma yene de maraqli idi. Senin emailivi axtardim tapmadim. Menim email forthismail1@yahoo.com Istesen cavab yazarsan. men birde chetin bu sayta girem.

Orxan - 25 Mart , 1:27

Sevinc atasına olan məhəbbətinin səbəbinin elektra kopleksində olduğunu bilmir.. Bu Zigmun Freydin nəzəriyyəsidir. Amma Sevincdə olan bəzi psixi pozğunluqlar isə digər faktorlardır. Atasının münasibətini əxlaq normaları ilə müqayisə edəndə bu nifrət kimi görsənir, əslində isə belə deyil

agbircek - 28 Mart , 16:48

fuadin fikri ile razijam. en-evvel demek istejirem ki, bu”saire” baresinde jazanin ozynyn azerbajgan dilinden hec xeberi joxdu, hele galsin jazilish gajdasina. o ne sozlerdi “shoka saldi, shoka gojdu” ? ve ja “sher” sozy. bu soz apostrofla jazilir-sh’er. belke teze elifbaja kecmekle bu gajdalari legv edibler? medenijjet ele burdan bashlajir. men Azerbaijandan bele shejler eshidende, oxujanda peshman oluram. o ki galdi bu sh’erlere, jazan nege adamdi ele de sh’erleri olagag. exlagsiz ushagligi olub, exlagsiz da emelleri olagag. bu onun tegsiri dejil, ata-anasinin tegsiridi. men de fikirleshirdim ki, ne jashi jeni shair dogulub. tfu.

Yoldan keçən - 29 Mart , 0:46

“ağbirçək” xanım və onun kimi düşünənlərin nəzərinə:
Azərbaycanda yeni əlifba deyil, yeni qrafika var. Yəni “Latın QRAFİKALI Azərbaycan əlifbası”. Və bu yeni qəbul edilmiş “Latın qrafikalı Azərbaycan əlifbasında” 32 səs və 32 hərf var. Apostrof yoxdur! “Şer” sözü belədə yazılır. Özünə umac ova bilməyib, özgəsinə əriştə kəsənlərdən olmayın. :)

Şerə gəldikdə, həyatımızın reallıqlarını əks etdirir. Bəzi dəyərlərə yenidən qiymət verməyə vadar edir.

P.S. Anladığım qədər, şərh yazanlardan heç biri həyatda Sevinci tanimir. Bununla belə qəti fikir deməkdən çəkinmirlər. Bu isə öz növbəsində şərh yazanlar haqda bəzi fikirlər yaradır. Bu barədə unutmayın.

agbircek - 29 Mart , 15:34

“sh’er” sozyny “she’r” oxumali.yzrler.

Ziko - 30 Mart , 10:24

Tio canin cixsin ol danishma.

Etibar - 30 Mart , 17:15

Yoldan kecen yolu sehv salib:
1. Dilimizde 32 herf 34 ses var
2. Hacandan butun ictimayet qarsisinda ataya ogrash demek deyer sayilir.
3. Unitazdan ve orada bas veren fiziki hadiseleri ve ya … silmek ucun goturduyu kagiz parcasina ser yazmag niye sayt admistratorlari terefinden bu qeder teblig edilir.
4. Mektebde 5 almaq ucun cixardigi hoqqalar onun exlaqsizligina bir subutdan basqa bir sey deyil…

Edebiyyat sozu Edeb sozunden goturulub. Bu seire geldikde ise bu yeni Edebiyyat deyil. Bu sadece Edebsiziyyatdir. Sizi bilmirem amma Men bele seyi usaqlarima oyretmek istemezdim sexsen…

agbircek - 30 Mart , 17:28

jolunla kec, ortaliga dyshyb gazan garishdirma-ystyne dagilar. sohbet senden getmir ki?! Seving ise cap olunub ki, here oz fikrini desin. gohumlugun catirsa ajri mesele.

agbircek - 31 Mart , 0:54

sag ol seni Etibar,ehsen!

agbircek - 31 Mart , 1:11

aj gamaat, belke bir shej basha dyshmyrem, amma evvelki sehifede kultura.az -da bezi hekajeleri oxudum, bele fikre geldim ki, bele shejleri ermeniden bashga guduz it de jazmaz Azerbaijan ve azerbaijanlilar barede. bu ne biabirciligdi? nege jeni “redkoe dlja azerbaijana intellektualnij uroven i nezavisimoe mishlenie”? hejf ki, orda bir sherh jazmag ycyn aca bilmedim. ermeni gudurganlari!

Ağsaqqal - 31 Mart , 19:06

Bu yazının əvvəlində bir sitat var: “Müasir Azərbaycan çox qəribə ölkədir. Hara baxsan bir qeyri-adilik görürsən. Mədəniyyətın inkişafını göstərən ən vacib amillərdən biri olan ədəbiyyat son illərdə çox cılız və səviyyəsiz vəziyyətdədir…”
Əslində yazılan şərhlər bu ifadənin sübutudur. Misal üçün Ağbircək adı ilə yazan şəxs nə ki savadsız, hətta minimal səviyyədə əlifbanı bilməyən bisavaddır. Buna baxmayaraq qramatika dərsi verir və zərrə qədər ədəbiyyat anlayışı olmadığı halda, özünü bədii tənqidçi kimi aparır.

O ki qaldı, dərc olunan şerlərə – XX-ci əsrin ortalarında Qərbdə yaranan kitç üslubunun cılız yamsılamasından başqa bir şey deyil.

agbircek - 31 Mart , 23:26

agsaggal,nije ermenije pis dejende xoshun gelmedi? Azerbaijan edebijjati ve “gramatikasi”sene minnetdar olmalidi ki,sen menim kimi savadsizi ortaliga cixartdin!ehsen!men ne edebijjatci dejilem,ne de sen dedijin kimi bedii tengidci dejilem,sadege maraglaniram.amma bu o demek dejil ki,senin kimi cox bilenler cap olunub menim ushaglarima edebsiz edebijjat dersi kece bilerler.bele cixir ki,Azerbaijanda medenijjet,edebijjat neinki ciliz vezijjetdedir,hec joxdu.

Ağsaqqal - 1 Aprel , 0:53

Ağbircək, nə erməni? Burda heç ermənilərdən söz gedib? Hansısa başqa saytda nesə görmüsən, gəlib burda yazırsan. Nə əlaqəsi var? İndi erməniyə hər pis deyənin biz gərək bütün əyiblərini gizlədək? Bəli, sən bisavadsan. Öz ana dilində düzgün yazmaq üçün ədəbiyatçı və ya tənqidçi olmaq lazım deyil. Maraqlanmaq kifayət deyil, ən azından əlifbanı öyrənmək lazımdır.

O ki qaldı burda dərc olunan şerlərə – sən handa oxudun ki, mən onları bəyənirəm ya da dəstəkləyirəm? Oxumaqın da yazmağın kimi qüsurludur, dərk etməyin isə tam iflic vəziyyətdədir. Bisavadlıq, cahillik və kütbeyinliyin bariz nümunəsisən.

Miri - 1 Aprel , 1:04

Haminizi salamlayiram.
Ozunun adlandirdigina gore-bu savadli saireye meslehetim budur ki, hele de gec deyil. Her hansisa bir vasiteyle bu yoldan, bu fikirlerden bir an once uzaqlashsin ve temiz heyati yasamaqa ustunluk versin. Men oz adimdan soz verirem ki, bu meslehete qulaq assa her sey onun ucun cox gozel ve cox menali olacaq ve o ozu her se yi yeni heyatda etdiyi boyuk sehvleri basa dusecek.

Evvela men inanmiram. Eger beledirse, men bu genc qiza bele meslehet gorurem ki, o tezlikle her hansisa bir vasite ile bu pis yoldan, bu iyrenc fikirlerden bir an once uzaqlasin. Tebii ki,”her hansisa bir vasite” deyende ilk novbede guclu iradeni nezerde tuturam. Bunu bacaracqsansa onda ozunde goreceksen ki,heyatin lezzeti hal-hazirda senin yasadigin heyat deyil, menim sene meslehet gorduyum gozel, menali, rengareng heyatdir.

Elməddin - 3 Aprel , 1:58

Zir zibilden başqa bir şey deyil adinida qoymusuz şer heyifdir şer adini buna vermek. Əyər şer bilsəydi ki, onu bucür alçaldacaqlar o, heç yaranmazdi. Bu cür zir zibilnen millətin dəyərlərin korlamayın. Yazıqlar olsun sizə.

Elekber - 3 Aprel , 22:49

Belede ser olar? Bele sairelerin serini vermeyinizdense vermemeyiniz yaxsidr. Sayitin adini batirir. Goresen sevinc yazdigindan utanmir?!

NonGrante - 6 Aprel , 23:11

Beli bu sedeverdir. :-) Man adabiyatdan basim cixir.
Bu qizcigazin iki sehfi var: Coxlu sarkazm va oxuyucalara xormetsizlik. Inanin dunya saviyyasinda bela sehrlarin xec terefina baxmazlar. Bu seir deyil (rifma va mena itib). Ugurlar giza. Boyuk kutla ucun sexr deyir, ancag ozu ucun.

P.S.: Bu serdaki sarkazm ancaq soyuslarla ifada olunub. Esil istedadli adam bele soyur ki xec zaxirdan soyus alamati xec yoxdur… Bax buna deyaram istedad.

Kamal - 7 Aprel , 0:40

Mence bu qiz oldugu kimi her sheyi yazibdi. Neye gore axi bu xanim tesevvurlerini bu shekilde qeleme alsin ? En azindan fikirleshmek lazimdir ki, onun sherlerini oxuyan 5 neferden 4-u bu xanim haqda chox pis fikirleshir, exlaqsiz ve s. kimi fikirler unavnlayir. Fikir vermek lazimdir ki, onun sherleri mensur sherler kimi yazilir, buda bir gostericidir ki, hechde shaire olmaq istemir bu xanim. Sadece olaraq gorduyunu, yashadigini qeleme alir. Ola bilsin ki, butun bunlar yazdigim kimi deyil, ama subyektiv fikrimdir. Sevince ise meslehet, Biz hele bele achiq-sachiqliga uygunlashmamishiq, chalishin fikirlerinizi bir qeder bashqa formada yazin.

SettarXAN - 15 Aprel , 22:22

hmm, serleri oxudum, serhlerinizi de oxudum!
Millet her kesden xahisim var, gelin nese bir movzu olanda konkret movzu haqda rey bildirek, fikirleri basqa istiqametlere yonlendirmeyek! burda hami gah savadsizliqda , gah ve s. ve s. kimi seylerde bir birini qinayir, Movzu ise Bu ” xanimin” ( yeni ki xanimin eksine olan bir sexsin) “serleri”dir.

yuxari Etibar beyin dediyi kimi: “Bu seire geldikde ise bu yeni Edebiyyat deyil. Bu sadece Edebsiziyyatdir.” fikri ile taaaaaaaaaam raziyam.
Men o “qiz”in yasadiqlarini basa dusurem, ama gelin onu tehlil edek!
O atasinin ograsligindan danisir, ona qarsi etdiyi zorakiliqlardan danisir, vee bu sebebden eger bu seri yazsaydi VALLAH men ona haqq vererdim!
ama gorun o neleri de elave edib, size esas catdirmaq istediklerim bunlardir:
Sevinc “qizcigaz”imiz yazir:
1) “1on beş yaşımdaydım
orta məktəb müəllimlərimdən biri
eh… nə isə…
səhər imtahandan beş aldım

əvvəl müqavimət
göz yaşı yalvarış
sonra boşalan qollar
və sonsuz həzz…”
2) “mən özümü zorlamağı
özümlə sevişməyi sevirdim həyatımdakı ilk kişiyə qədər…
Bir dəfə anam,
cinsiyyət orqanıma çəngəl soxmaq istərkən
yaxalamışdı məni…
yorğanın altındaca balaca əllərimin
harada titrədiyini sezmişdi qadın…”
3)”gördüyüm ilk kişi o idi
məni çılpaq görən ilk kişi də o…”
ve s.

mene ele gelir ki daha uzatmaga ehtiyac yoxdu! yaxsi deyek ki atasi buna zor tetbiq etdi, bes onda yasinda bunun imtahandan 5 almagi da zorlanmaq halidirmi?!
ozu ozunu acib tokur!
Eslinde bu “SER” “senet” ( men qedim peseni nezerde tuturam, yeni ….) baximinda cox “teqdirelayiqdir”. Bu “ser” exlaqsizin en ali zirvesi tituluna layiq gorulmelidir!
laaap bunlari insan-qiz-qadin duygulari kimi qebul edek! bes niye 6.4 milyard dunya ehalisinin 51%ini teskil eden xanimlar niye bunun kimi “CUSHE” gelib bele “ALI SENET NUMUNELERI” yaratmirlar?!
Men bu SEVINC sairemizden ferqli olaraq ne qeder AVROPA MUASIRLIYINI qebul etsem de AZERBAYCANLILIGIMI saxlayaraq daha cox yazmaq istemirem! cunki mence kiyafet qeder yazdim!
Bunun kimilerini SAIRLER birliyine uzv qebul eden de, onun serlerini redaksiyaya qebul eden de, capa alib, satisa cixarilmagina lisenziya veren de ELE MEHZ BU SEVINC AGILDADI!

P.S. Men ne qeder fexr etsem de bu kimi meqamlarda ve bu kimi insanlar ucbatindan XECALET CEKIREM KI AZERBAYCANLIYAM!

Mahir Quluzade - 16 Aprel , 16:50

Maraqlidi, yasadigi hissleri dile getirir.Cox orjinaldi.
Ureyinden kecenleri dile getirmek her adamin isi deyil.
Amma bunlar ser deyil, sadece soz yiginagidir.
Bele adamlar cox az – az ortaya cixirlar.

Inaniram ki, bir muddet kecenden sonra daha bele seyler yazmayacaq. Yani artiq yazdiqlari ozunede xos gelmeyecek

Bele adamlara xahis edirem sair demeyin.
Onlar ozleride bilirler ki, sair deyildirler.

ALLAH AMANINDA

Rauf - 19 Aprel , 17:22

Salam,oxudum diqqetle bu serbest sheri,yeni heqiqeten yazicilar ittifaqina bu sherlerle qebul edibler qizi? bu sadece bir mirtdir!

filosof - 19 Aprel , 17:40

sher de yaxshidir muellif de. literaturanin ve elecede diger sanatlarin meqsedi kimese exlaq terbiye vermek deyil gorduklerini ve ya gormek istediklerini terennum etmekdir. literatura ve sanati milli menevi deyerler falan deyib buxovlamaq cox yalnishdir.gerci bu milletin milli-menevi deyeri de insan azadligini engellemekden bashqa hec bir p..-a yaramayan bir sheydi.mahnisinda ay batandan nenem yatandan sonra gel; meishetinde ise yenge, duvaq aldi merasimi ve s bu tip sheyler olan bir milletin milli-menevi deyer deye atib-tutdugu shey insanlarin azadligin buxovlamaqdan bashqa hec bir funksiya dashimayan ici bosh anlayishdir. hormetler.

SettarXAN - 19 Aprel , 18:58

Filosof, bize mexsus milli-menevi ” deyerler” haqda dediklerinle RAZIYAM!
Amma edebiyyat ve elece de diger senetlerin meqsedi terennum yox, SIRF edebe,exlaqa seslemekdi!
Gerci men bu qizin yazdigi serlerle qizlarimizin ve elece de bu serlerin oxuyan ve yuksek qiymetlendiren adamin nece exlaq tapacagina SUBHELIYEM!
Bunlar sadece Ya gundeme gelmek ucun “amerikan yonumlu” addimlardi, ya da o qizin psixoloji problemleri var!
Cuuuuunnki, evvelki serhimde izah etdiyim kimi, o eger onun basina getirilenlerden danisardisa men Bu seri de ,muellifini de ALQISLAYARDIM! Hetta MUDAFIE EDERDIM! LAkin, o SEKSe olan s\hevesinden de aciq aydin danisirsa BU QIZIN BU SERI HANSI ASPEKTDEN YAZDIGINI ANLAMIRAM!

Edik - 20 Aprel , 1:48

Zir zibilden başqa bir şey deyil adınıda qoymusuz şer. Bu cür zir zibilnen millətin dəyərlərini korlamayın.

falko - 22 Aprel , 1:28

Vaxtiynan jazz hagginda da buna oxsar sozler deyirdiler

sweetheart - 8 May , 23:26

bu seri oxuyarken cox xecalet cekdim ki, azeri qiziyam. mence bu xanim yasadigi rezillikleri bele aciq sekilde qeleme almamalidir, belke de qelbinin derinliklerine gommeli, yeni ve temiz bir heyata baslamalidir. gelin unutmayaq ki, biz muselmaniq, azeriyik.

Zaur - 9 May , 22:28

Allah size yar olsun. Kash dediklerin yalan olsun.
Yazan qiz urekli qizdir. Her adam bunu curet edib yaza bilmez. Bu qeder sagolun..

kafka - 10 May , 23:16

Sizin haminiza yazigim gelir. (sherhciler nezerde tutulur) Bedbaxt azerbaycanlilar!!! Siz sevincin eline su tokmeye bele layiq deyilsiniz.

Mahur bəy - 10 May , 23:52

Oho… Necə aqressiv cəmiyyətimiz var. Və bu aqressiya nədənsə toplumun qarşısındakı konkret problemlərə deyil, ədəbiyyat sahəsinə – xüsusilə də onun estetik problemlərinə yönəlib.
Mən sizin aqressiyanızı anlayıram – çünki, Siz heç biriniz ədəbiyyat tənqidçisi yox, xəritədə görməyə çətinlik çəkdiyimiz ölkənin sadə vətəndaşlarısınız.
Beləliklə…
Dostlar, bu ədəbiyyatdır!
Nizami “Xeyir və Şər”i yazıbsa, deməli bu onun başına gəlib?
Bəs Tolstoyun “Hərb və Sülh”ü? İştirakmı edib orda?
Kafkanın “Çevrilmə” əsərini oxuyanınız varmı? Əsərdə həşərata çevrilən adam Kafka özümü olub?
Yeri gəlmişkən, əgər bir azərbaycanlı tutalım “Çevrilmə”ni yazsaydı, Sizlər ona bu cür aqressiya göstərməyəcəkdiniz – çünki orada sexual problem yoxdur!
Burada epotaj sexual motivdə olduğundandır ki, Sizləri belə cəlb edir. Orta statistik fransız bu şeirə təəccüblənməzdi, pakistanlı isə təəccüblənərdi…
Hər halda, toplumumuzda böyük problemlər var. Yuxarıda şərhləri təhlil edən istənilən normal, savadlı, dünyagörüşlü insan yəqin ki, mənimlə razılaşardı.
Uğurlar.

Elmir - 11 May , 0:03

Bu sherlere giya “xacelet hissi” ile, “edeb’, “exlaq” normalari cecivesinde, nifretle sherh yazanlarin hec birinin semimi olduquna shexsen men inanmiram. Her gun bu ve ya bashqa shekilde zorlanan bu adamlar, zorlanmaqdan yox, mehz bunu dile getirmekden qorxurlar, bir coxlari zorlanmaqi ayib saymirlar, zorlandiqlarini demeyi ayib sayirlar. Budu burda sherh yazanlarin problemi.
Sevinc bu sherlerde mehz onlari adam hesab etmir.

Men de Sevincin bu sherleri uzun muddet yazacaqina inanmiram, cunki zorlanmishlarin icerisinde zorlanmaqin facisini cilpaqcasina bashqalartina teqdim etmek cox qorxuludur.
Cunki hamidan cox zorlanmishlar abirli gorunmeye calishirlar.

vacib deyil - 11 May , 10:37

Tarix təkrarlanır.
Vaxt var idi adini sair qoymuş, indi goruna soyülən və adı it dəftərindən də çıxarılan birisi yazırdı:
“Oxuma tar, oxuma tar seni anlamaz proletar” və ya “Layka uçur göylərdə eyləyir ham-ham, biz də baxıb ona alırıq ilham”.
Ruslar demişlən, kstati, Yazışılar İttifaqının üzvü idi.
İndi də bu “şair” çıxıb ortaya.
Bədbəxt millət, gücü çatan sənin cannını alır, çatmayan varini alır, buna da gücü çatmayan əxlaqi dəyərlərini alır. Qalmısan it-qurd əlində.

Anar - 11 May , 12:57

Bu xanımla bir gecə yatardım…

düzə düz əyriyə əyri - 11 May , 19:59

1.belə yazılaraın edebiyyata dəxli yoxdu……….
2.dəyərli vaxtınızı itirib nə oxuyun, nə də şərh yazın……….
3. məni də bağışlayın ki, ikinci bəndə əməl etməmişəm. adi peşə marağı

behrooz - 14 May , 22:53

yollaram cirix qelbimin parcasin sene eger varsa bir namerd dunyada olen goy men olum salam bagisla ki ana dilimin fontu yoxdu ve sevindim ozude cox yasha 1000 yasha– men urmiye sehrinden seni isteyen

ibrahim - 15 May , 0:26

Men demezdim ki bu qiz delidir.Belke de psixi cehetden mueyyen problemleri var.Bele goturende kimin yoxdur ki?Belke de yazdiqlari fantaziyasinin mehsuludur,bilmirem,ancaq yazdiqlari heqiqete de oxsayir.Her halda ,eger heqiqetdirse,demeli bu qiz cox eziyyet cekib.Intim duygularini diline getirmesi onun tebietinden ireli gelir.Yeqin atasi haqqinda dedikleri de heqiqetdir.Ancaq biraz mehremiyyetini qorusaydi ya da en azindan sozlerine biraz diqqet eleseydi yeqin ki , tenqidcileri biraz yumsalardi

Elcin - 16 May , 22:31

qəribə stili var Sevincin!!! yaman ləzət elədi :P

Akasiya - 21 May , 0:00

hec xosuma gelmedi. bele seylerin yazilmasinin eleyhineyem. xanim qadin problemlerin etoxunmaga calisgib, amma insana derin psixi tesir eden seyler yazib. bir sey yazanda her terefli dusunun.

Kesha - 26 May , 23:22

Heyatda her cur chetinlik olur. Amma gelin razilashag ki bu chetinlikleri gancigcasina sherh elemek lazim deyil. ne bilim…gizda olan gehhhhhhhhramanliga baxeee

Parviz - 28 May , 14:14

Sevdimeee senin sheirlerivi :) ))

NR - 29 May , 22:05

Ümid edirem ki, bu qiz yazdiqlarini özü uydurub. Yox, eger heqiqetdirse, qiza çox aciyiram. 25 yasinda bele heyatinin olmasi dehsetdir. Qiza meslehetim var. Yaşadigin bütün pislikleri unut, yeni bir heyata başla. Ve bir daha şeir yazma. Qafiyelerin de yerinde deyil.

Miledi_NY - 30 May , 7:57

Bu qiz gijdiyeeee….UJASSS

Rima - 5 İyun , 17:18

Ya pro4la vse ”stixi” Sevinc.Ya 4itala mnoqo eroti4eskix romanov,naprimer,Markiza de Sada,no ni4evo podobnovo tam ne vstre4ala,xota de Sad s4itaetca osnavatelem Sadizma.A tebe,Sevinc,ya bi posovetovala brat uroki v romanax etovo pisatela,esli xo4ew stat pisatelnicey ili poetessoy eroti4eskix stixov i proizvedeniy.Nemnoqo staraniy i usiliy pomoqut usoverwenstvovat tvoe napravlenie ;)

безумец - 8 İyun , 20:26

Butun shairler yalanci olur. Yeni onlar yashadigini yazmir cox vaxt. Sadece tesevvur edir, bashlayir qeleme almaga. hmmm.

suna - 11 İyun , 16:29

yazdığına şeir demək mümkün deyil. heç olmasa həyatını hekayə kimi qələmə alsaydı normal hesab etmək olardı. çox maraqlıdır ki yazıçılar ittifaqı bu qızı necə üzv seçib. heç axıra qədər oxumadım onu deyə bilərəm ki əsblərimi tarıma çəkdi. özünü yorub belə dırnaqarası şeirlər yazmasın. heyif bizim istedadlı gənclərə.

leyla - 17 İyun , 17:53

yuxarıda yazılan söz yığınağından ibarət olan o yazıları (şer deməyə dilim gəlmir) xanım hal-hazırda “Bizim yol” qəzetinin əməkdaşıdır. yazı üslubunu mən bəyənmədim. sərt və həyasızcasına yazılmış bir üslubdur. əsl məharət bu deyil, əsl məharət odur ki, hiss etdiklərini oxuculara elə çatdırasan ki, demək istədiklərini oxucu özü anlasın.

ILKIN - 23 İyun , 11:38

hamisi bos seydi

wolf - 10 İyul , 2:17

Bu qiz (qiz demek olarsa)hele yashayir? Fikrimce bele insanlar sheiri tehqir edirler…Bele sheirleri de saytda yerleshdirmeyin de hec yeri yoxdur…..

Suleyman - 15 İyul , 13:07

Allah pisliye lenet elesin, yaxsiligi ucaltsin! Bele seyler var heyatda, amma problem odur ki, bu qiz bunu bele hevesle serh eleyir ki, ele bir buna bele bir sey lazim imis. Dogrudanmi, biz Azerbaycanlilar get-gede deyerlerimizi bu qeder itiririk, bu qeder sehvetperest, eqoist, individualist oluruq? Ay bu saytin sahibleri, xahis edirem herden ozumuz haqqimizda yaxsi seyleri de cixarin ortaya… Bu memleket tekce bele manyaklardan ibaret deyil ki?

Röyal - 18 İyul , 16:08

düşüy xəstə insandıda

Tural - 25 İyul , 3:33

Yox, mence hansi seviyyede yazilmasindan asili olmayaraq bu heqiqetende senet eseridir sozun esl menasinda ve chox original bir terzde yazilib… Fontaziyada oz yerinde…

Anar - 6 Avqust , 11:38

Guclu felsefesi var, bir insanin 70 il yashadiqlarini 1 nece saniye ichinde gozlerinden oxumaq istedadi var bu genc qizda. Neise yazmaq ucun vacib deil onu yashamaq, derk elemek yeter…

oglaq - 19 Avqust , 17:32

bawi xarab olub bu kimdise>camaati ele salir>lap bawina bele weyler gelmiw adam niye bunlari yazib ozunu biabir etsin?!

oglaq - 19 Avqust , 17:34

camaati ele salir > bawqa iwi yoxdur > utanmaz > bawina bele hadise glmiw adam niye bunlari yazib ozunu biabir etsin ki?

Laylaylo - 1 Sentyabr , 12:38

Sevinc Pərvanənin “Adım Həvva” şeiri:

doğuş vaxtına yaxın
bir ağrı uydururlar özlərindən
hamilə qadınlar…
azad olmağa tələsdiklərindən
sevgini də elə beləcə uydurarlar
itirmək qorxusundan doğan ağrıya dönər
sevgi qadınlar üçün…
əri ölən dullar bu qorxudan azad olub
o qədər rahat yaşarlar ki…
ölənədək,
və həm də sevərək
quruca bir şəkili ağlayarlar cümə axşamları
sonra da rahatca yuxuya gedərlər ki
o şəkil yuxularına girsin
on yeddi yaşdan sonra hər gecə yuxusuna
can atsa da üzünü görə bilmədiyi
bir oğlan gələr, qızların
ilk önünə çıxan birisini də o zənn edər
ilk dəfə yuxuda öpüşərlər səhəri gün…
səhəri gün öpülmək istəklərini gizləyə bilməzlər də…
həmən də öpüşündən tanıyıb onları
o oğlanın olmadığına əmin olar
iyrənərlər ilk öpüşdəcə…
hər gecə
küt bir ağrı kimi hiss etməkdəyəm içimdə səni –
səbəbsiz yerə oyanıb yuxudən gecəyarısı
düşünürəm ki
Svetayeva yuxusuzluğu ilə sevişərmiş səhərə qədər
və bəlkə də fransızlar
Canna Darkı uydurublar sadəcə
bütün qəhrəmanlar kimi
çünki qadın hər yerdə və həmişə qadındır…
Canna bütün əsgərlərin sevgilisiydi
və onun uğrunda ölməyə hazır idi hamısı
Fransanın deyil!
Boş yerə vətənə «ana» demir ki kişilər
qadın uğrunda mübarizə etmək onların ən sevimli işi…
kəşf edərək qadının böyük qüvvə olduğunu
amma bütün qadınların
fühuşa dalmaq ehtimalının yüzdə-yüz olduğundan
ana vətən də
bir küçə qadınına çevrilə bilər
odur ki kişilərin vətənə ana deməyi yanlış…
anası fahişə olan kişiləri
qeyrət hissi yalnız uzaqdan yaxar…
əli çatmayan şeylərdən imtina etməyə vərdişlidir insanlar
qadın xəyanət etmirsə özünü zorlayacaq
özüylə sevişən nə qadınlar var…
bunu ərlərinə xəyanət belə saymazlar
xəyalında başqasının olan qadın
sevişərkən onun adını pıçıldamaqdan qorxar
onsuz da sevdiyi kişinin başını
gecələr döşlərinə sıxarkən
dodaqlarının arasından «ilahi» kəlməsi qopar
bütün adlardan qabaq…
hər qadının içində Məryəm ana olmaq
nə bilim İsalar doğmaq
Adəmə xəyanət etmək istəyi yatar
öpüşərkən gözlərini yumarsa
bu təkcə həzz aldığı üçün deyil
çox zaman
dodaqlarından ibarət olur qadınlar sevişərkən…
bütün bədənini təslim edib
dodaqlarını sevgilisi üçün qoruyarlar…
və həm də sadəcə
ana olmaq istəyi təhrik edir qadını sevməyə bəzən
doğmaq zamanı çatana yaxın…

arzu - 6 Noyabr , 16:38

Allah agil versin bu ne axmaq serlerdir,duzdu ola bilerki heyatda bele sheyler cox olur ama onlari bu gunde yazib ona ser adi verib hele ozunu sair adlandirmaq guluncdur.getsin ozune peshe tapsin yaxshisi budu.

El4inem - 29 Noyabr , 12:28

Bəlkə də həyatımda birinci dəfədir ki, şərh yazıram. Səhv edib fikirləşirsənsə, məncə, səhv edib deməyə də haqqın var. Pərvanə düşünən və həqiqətlə üzləşməkdən qorxmayan bir insan kimi xətirimdə qaldı. Kaş o nazlı-mazlı azərbaycan qızlarının hamısı düşünən olsalar.

vuqar - 15 Dekabr , 14:01

Sherde axarliliq olmayanda bir o qederde lezzet elemir,amma ehsen bu qizdaki cesarete,dushunceye.Sevinc xanim ugurlar

ajka - 27 Dekabr , 22:40

SEVINC halaldi sene..bu weirlerinle berke insanlarada hansisa hiss oyada bildin berke opnlara bawa sala bildinki heyat elede asan deyil.heckimin aglina gelmiyen burweyi yazdin halaldi sene heyatda bele weyerde olur lyudi nenandi kritekevat eye ana napisala vse pravdu vsya istinu ya zauvajala etogo celeveka i ocen xotelabi poznakomitsya seny v dalneywem citat eye vse stixi kotoriy pomogut bit mnr silnoy i idti vpered

DuYaRLı - 19 Noyabr , 13:36

Xanım ola bilsin ki, yaşadıqlarını hiddət və şiddətli bir təhqir formasında qələmə alıb.Amma bu düzgün deyil. İnsan yaşadıqları ən pis faciəni belə yaxşı təsir bağışlayacaq bir şəkildə qələmə almalıdı.Bu məncə yaşanmayıb, yaşananlar belə yansəımamalıdır.əgər ki, bu qədər hadisələr doğurdan da bu qızın başına gəlibsə yenə də maraqlıdır niyə sırf hər şey məhz bu qızın?

Armagedon - 25 Noyabr , 19:13

Mence o qiz hostchudur i vsyo

DOMRUL - 7 Yanvar , 19:10

EGERBU QIZIN YAZDIQLARI HEQIQETDIRSE ONUN HEYETI COX CETIN OLUB.EKS HALDA ONUN FANTAZIYASI COX GUCLUDUR.

Elman Tovuz - 10 May , 18:50

oxudum! Ata haqqinda olan seir tesirlidir…
reyimi bele vermek qerarina geldim

GOZ YASI

Bilirem –
men senin göz yaşlarinam,
Dusurem gozunden
sen aglayanda…
Sen de goz yasimsan menim –bilesen,
Bir fergi odur ki:
men aglayanda
Dusursen icime gile–gile sen…
E. Tovuz

Guler - 23 İyun , 16:36

Salam Sevinc! Sen yaxsi yazicisan. Men de edebiyyat adamiyam. Amma bezen yazilarimi capa vermekde ehtiyat edirem. Ancaq bu qeder cesaretlilik varsa sende insallah hec zaman yazilarini cemiyyetle bolusmekden pesimenciliq kecirmezsen. Uqurlar dileyirem sene.

Asif Israfilov - 24 İyun , 21:57

Azerbaycan yazicilar ittifaqinin uzvune bir bax. Atasini ogrash sayaraq qehbeliyine haqq qazandiran. Bascisi aNaR olan bir teskilatda goresen kisiler necedir? Men sexsen ozumu alcalmis sayardim. Redd olcun aNaR!!! Redd olsun aNaR ve ko!!! (aNaR-i ozum qesden ele yazdim. Eger serhim ona catsa milletin ona nin derecesini bilsin)

Sevda Tahirzade - 27 İyun , 19:26

Budurmu edebiyyat,
Harda qaldi sheiriyyat,
Temiz adinla ucal,
Cetin olsa da hayat.

Menim sheirlerim Aziza Ceferzadenin Azerbaycan shair qadinlari toplusunda dahil edilib,(ve men shair aiesinde boyumushem), lakin meni Yazicilar Biriyine qebul etmeyibler. Ehsen bele shaireye! Burda nenemin bir sozu yadima dushdu- Dayin varsa, girish,dayin yoxdur,surush!

sevinc - 8 İyul , 19:51

men muasirliye qarsi deyilerm, ama her seyin yazilis tehri var . bu yazilarda poetiklik, edebi yuk yozdu biraz mensur seyre qacir hardasa ama oda deyil! serbest seirlerdi ama bediyi yuku gozelliyi yoxdu ruhumu qidalandirmaq ucun men hemise seir oxuyuram, seir olmayan yerde men hec bunuda oxuya bilmerem ruhum qidalansin deye..ay baci atan seni zorlayib bunun ucun polis var, ikincisi axi sen ondan lezzet aldigini yazirsan… basin yere soxum bele ataninda bele qizinda hele utanmaz utanmaz senin hakqinada meqalede yazirlar onlarinda basim yere soxum .sen edebiiiatda cevrilis elemiyeceksen eksine sen bizim edebiyyatin uz qarasindan basqa bir sey deyilsen…senin kimi qizlari goren qizi olsun istemez ele mende!!!!

Atriod - 16 Sentyabr , 15:06

Bele saireleri daglara göndermek lazimdi belke nese maraqli birseyler yazar en azindan evdekinden maraqli.
Bu serde mena cehennem hec qafiyede heca veznide uygun gelmir.
Xanim sizden xahisim saire olmayin. Aktirisa olsaz daha diqqeti celb edersiz. Gözel ve cazibedarliginizla

Elshad - 12 Noyabr , 11:33

Her cur EDEBSIZLIYI “heyatin reallighidir” deye EDEBIYYATA min cur behaneyle durtushdurmeye chalishmayin. Tesevvur edin ki, bu an milletimizin meneviyyatini mehv etmek yolunda var gucunuzle chalushan sizlere hiddetimi yighishdira bilmeyib bildiyim butun soyushleri yazmisham – bunu da heyatin reallighi olaraq qebul edeceksiniz?!!
EDEBIYYAT insanlarin zovqunu gozellillere koklemekle terbiyye usuludur. Adindan da melumdur.
Bu kuche fahishesine gelince, gerek bilsin ki, atalar demishken “duye goz elemese bugha d…..maz”. Sheklinden gorunduyu kimi gozel zad da deyil ki, deyek muellimi onun xususi gozelliyinden hayil-mayil olub. Ne bilirik ki, muellimi ozu tehrik etmeyib?!! Hemin muellim butun qizlara bu reftari edibmi?!! Qisasi, Qiyamet gunu bu haletine sebeb kimi atasinin ve muelliminin ve nebilim kimlerin bezi hereketlerini behane getirmekle veziyyetde qurtara bilmeyecek. O bilmelidir ki, heddi bulugh yashindan etibaren butun emellerine ozu cavabdehdir.
Ve siz de, ”eziz” sayt yonedicileri ehtimalen siz de heddi-bulughu kechmisiz !!!

ESMİRA - 26 Noyabr , 23:47

VALLAH ELA REKLAM ETDİNİZKİ DEDİM İNDİ TASİRLİ NASA OXUYACAM..İNSANİN URAYİNDAN GALANLARİ YAZMAQ EYİB DEYİL AMMA BU FACİYADİR…SEVİNCİN YAZDİQLARİ NORMAL DEYİL…BU SER DEYİL AY CANİM BAZAN İNSAN URAYİNDAN GALANLARİ YAZİR QAFİYA ALİNMASADA BUDA EYİB DEYİL HAYATİNİ ETİRAF ETMAK BUDA EYİB DEYİL AMMA İNSAN OZU İLA HAZ ALMAQİ BU MANA QARİBA GALBİ YAZMİSANKİ HAYATİMİN İNSANİ QARSİMA CİXİNCAYA QADAR OZUMLA NAİSA SAN XASTASAN…

ESMİRA - 26 Noyabr , 23:52

Kimsani seva bilmiram gunahi kimin
man ezabina yanarkan san gulursan
kimsa ila evlanmiram cunki sani seviram
sansa mana farasatsiz deyirsan
gorasan farasatsizliyimin gunahi kimin
alisib yansamda kimsaya balli etmadan
özüm öz içimda ağlayib özumdanda beziram balka dusunasan talehimdan bezmayin
gunahi kimn
ozumu danar olmusam sanki yasamiram
gancam ya yox balka qocalmisam
balka san deysan
ozuu tanimamagin gunahi kimin
hayatima qarisib ickilar onlarla aylaniram
suzub badalara sanada saqliq deyiram
sansan manim gunahim goz yasim konluma yazilan vafasiz sevdam
nakam mahabbatim
abadi qamim esq olsun sana
sana saqliq deyiram. . .

ESMİRA - 27 Noyabr , 0:03

MAN SAİRA DEYİLAM UZVDA DEYİLAM HARASA BU MANİM KONLUMDAN GALANLARDİR SARHİ OLAN EMAİLİMA YAZSİN aliyeva-e@MAIL.RU

milawka - 12 Dekabr , 18:37

bu qiz basdan qrijadi diyesen

aygun - 4 Dekabr , 12:39

ans’de bir saat evvel rovsane bektasinin verlisinde esitdim adini bu qizin.bilirsiz,bu movzuda qadina siddet ya basqa temalari oxucuya ele catdirmaq olar ki insan ondan hem edebi zovq alsin hem de bir ferd kimi cemiyyetimizde bas veren bele zorakiliq hallari gore utansin ve vicdan ezabi ceksin hardasa.bu yazida ise hec bir edebi nuans yoxdur.umumiyyetce kimse terefinden zorlanmis biri sadece derdini danisir ve bitir.yazinin edebi gucu tesiri ve yazan sexsin istedaddan qeti xeberi yoxdur.bele movzunu hansisa istedadli yazici gozel catdira bilerdi.bu qizsa sadece vulqarliq,iyrenclik ve seviyyesizlik edib ozunu buruze verir.bir qepik:)

sevil - 8 Dekabr , 20:41

cox huzunlu hadisedi raglamagim geldi bu nece talehdir bele

Reformator - 10 Dekabr , 18:08

Belə şerləri hamı yaza bilər. Nə vaxtdan kiminsə ağzına gələni yazdıqları şer adlanır?

ingeoria - 1 Fevral , 19:35

Kisi qizi kisidi duz diyeni 7 yerden qovalar.
Hm neise

Şərh yazın