Saytımızın açılmasından düz bir il keçdi. Bu 1 il ərzində saytda 68 xəbər və 1453 şərh dərc olundu. Bu zaman təcrübə qazandıq, yaxşını pisdən ayırmağı öyrəndik. Və bu 1-ci ilin nəticəsində bir qərara gəldik. Azərbaycan internet saytlarında adi bir hal almış bəzi nöqsanları nəzərə alaraq, öz bloqumuz üçün bir neçə qayda tətbiq edəcəyik:
zengimcell, SMS v.s. bu kimi şeylərlə oxucularımızı narahat etməyəcəyik. Biz oxucularımıza hörmət edirik və onları sadəcə bir qəlir mənbəyi kimi görmürük (lorı dildə desək biz başqaları kimi oxucularımızı LOX saymırıq).
saytımızda heç vaxt çat olmayacaq.
saytımızda heç vaxt forum olmayacaq.
bloqumuzda heç vaxt oğurluq xəbər olmayacaq. Xarici saytlardan alınmış şəkillər, səviyyəsiz rus və türk saytlarından oğurlanmış proqramlar, videolar v.s. heç vaxt burda olmayacaq. Bizim öz aglımız var, heç kimə möhtac deyilik.
saytımızda heç vaxt “bura reklam yeridir” ya da “bize reklam verin” yazısı olmayacaq. Biz dilənçi deyilik.
açılan pəncərə (pop-up), reklam java skriptləri və bu kimi aldamacalar olmayacaq. Bizim üçün ziyarətçilərimiz reklamlardan daha vacibdir.
heç bir rus dilli reklam sistemi vasitəsi saytımızda heç vaxt olmayacaq. Biz azad ölkenin azad insanlarıyıq və düşmənin əlinə baxmırıq.
başqa saytlarda bol gördüyümüz düşük sorqulara, mənasız yazılara, fəhmsiz ifadələrə yol verilməyəcək. Saytımız ancaq müəyyən intelektual səviyyəli insanlara hitab edəcək. Qanmazlar rəd olsun.
yazılarımızı heç vaxt “fikrinizi bildirməyi unutmayın” tələbi ilə bitirməyəcəyik.
Azərbaycan mədəniyyətinə uyğun gəlməyən və Azərbaycan gəncərinə zorla yeridilən hər şeyə qalşıyıq, bunlara saytımızda yer verməyəcəyik. Bunlar arasında rus və türk pop musiqisi, teleseriallar, avtoşluq, sevgi-məhəbbət söhbətləri v.s.
Bizim bu prinsipləri qəbul edən başqa saytlar da olsa, çox sevinərik.
Azərbaycanı tanıtmaqda yeni bir addımımız uğurlu oldu. 102 min abunəcisi olan və dünyanın ən çox ziyarət edilən saytları arasında ən üst sıralarda olan Google Sightseeing bloqunda bizim Neft Daşları haqqında bir yazı dərc etdirməyə nail olduq. “Oil Rocks“ adlı yazıda Neft Daşları haqda qısa məlumat verilib.
Nəzərə alsaq ki, bu bloqu gündə onminlərcə insan oxuyur, Azərbaycanın tanıtılması üçün yaxşı fürsət olduğuna inanırıq. Və sizdən şərhlərinizlə (təbii ingilis dili bilənlər) bu mövzunu dəstəkləmənizi xaiş edirik. Şərh yaza bilməyənlə isə, sadəcə “Rate This Sight” yazısının yanındaki ulduzlara tıklayaraq, bu xəbərə səs verə bilərlər.
Təsüflər olsun ki, yay qurtarmaq üzərədir. Son isti günlər, tətillərin başa çatması və bu yaydan qalan xatirələr. Saytımızda məzəli fotoları yerləşdirmək ənənəmizi davam etdirərək, bu yayın ən mırt fotolarını təqdim edirik.
Həyat ged-gedə daha da eybəcərləşir, insanlar daha da cılızlaşır, cəmiyyət daha da mənfurlaşır. Bunun səbəbi nədir? Bəlkə Qiyamət Günü yaxınlaşır, bəlkə də tam tərsi – Xilas Günü uzaqlaşır.
Deyirlər Dünyanı gözəllik xila edəcək. Amma təsüflər olsun ki, gözəllik anlayışı da tənəzzül edir. Bir zamanlar insanın əməllərini, fikirlərini gözəl zənn edərdilər. İndi isə pulunu və ancaq pulunu.
Yazının ardında bir necə şəkil görəcəksiniz. Azərbaycan qadınlarının şəkillərini. Çox fərqli insanlardır, fərqli zamanda çəkilmiş şəkillərdir. Amma bu şəkillərdə nəsə bir ümumi cəhəd var. Özünüz qərar verin – şəkillərdə gördüyünüz qadınların hansıları gözəldir, hansıları əsl Azərbaycan qadınlarıdır.
Axır ki Azərbaycan saytları arasında bir yenilik, bir təzə nəfəs ortaya çıxdı. Təngə gəlmişik standart saytlardan, standart fikirlərdən, standart simalardan, standart həyatdan.
HAVA – OD – SU – TORPAQ Bəziləri deyirdi ki, o heç vaxt yatmır. Bəziləri deyirdi ki, anası uşaq vaxtı onu zibil yeşiyinə atıb. Bəziləri deyirdi ki, o, bütün ölkələri gəzib və bütün sirlərdən xəbəri var. Kimsə düşünürdü ki, o bir adam deyil – bir neçə yerə bölünə bilir. Kimlərsə deyirdi ki, o peyğəmbərdi. Bəziləri isə sakitcə pıçıltı ilə deyirdilər: “O şeytandır”…
Söz vermişdik ki, Azərbaycan mügənnilərinin albomlarını MP3 formatına çevirib, yükləmək üçün mütəmadi olaraq burda dərc edəcəyik. İlk yerləşdirdiyimiz Natavan Həbibinin “Ulduzlar” albomu çox sevildi və 2640 dəfə yükləndi. Bugün isə, son vaxtlar populyarlığı yavaş-yavaş azalmağa başlayan Röya Ayxanın (Röyalə Nəcəfovanın) “Söylə” albomunu təqdim edirik. Yadınıza salmaq istəyirik ki, albomlardaki mahnılar original sıralamasına görə təqdim olunub, bütün MP3 fayllar 192-256-320 kbps və 44 kHz keyfiyyətindədirlər. Ayrıca, bir də vurğulayırıq – mahnılarda heç bir səs əlavəsi yoxdur.
Saytını təqdim etdiyimiz Səbirabadlı Sevinc xanım da bu qəribə insanlar silsiləsindəndir. Bəziləri diyə bilər ki, bu cür insan müasir həyatımızın aynasıdır, bugünkü əxlaq və düşüncə tərzimizin təcəssümüdür. Başqaları isə buna bir parodiya, bir yalan, bir məzhəkə kimi qəbul edə bilərlər.
Biz bilmirik, siz özünüz qərar verin. Bir onu bilirik ki, zaman keçtikçə bu növ insanlar gələcək güzəranımızda adi hal alacaqlar.
tenha_oglan_20 : 1 YAS MUNASIBETI ILE SIZI TEBRIK EDIR, SIZE MARAQLI MELUMATLAR VE
tenha_oglan_20 : SAYT UCUN TESEKKURLER. men bir qizla esil tanis yada dost axtarira
nika : bu qiz transseksuala oxshayir :) ozde model deyil... bu boyda olch
Ceyhun : Bu Ermenilerin Saytidi.Fuck All Armenia.The Most Azerbaijanian Boy
BEDIR : ROYADA NE GORMUSUZ KECIN NATAVANA
Senan_222 : qardashim bunlar ne gundedir.harda shalava var onlarin shekillerid
Nicoletta(AiD) : uşaqlar siz çox zövqlüsünüz!
HOST bir dənədi! Əsasəndə