Leyla Bağırzadə

Leyla Bağırzadə Bakı şəhərində anadan olub. Orta təhsilini 1992-ci ildə 102 nömrəli məktəbdə başa vurub. 1992- ci ildə Azərbaycan Tibb Universitetinə daxil olub və 1998-ci ildə bakalavr təhsilini başa vurub. 1998-1999-cu illərdə Bakıdakı xəstəxanalardan birində internatura keçərək anestezioloq-reanimatoloq ixtisasına yiyələnib. 2000-ci ilədək terapevt-həkim işləyib. 2000-2002-ci illərdə Boston Universitetində tam təqaüdlə ictimai sağlamlıq üzrə magistr dərəcəsinə yiyələnib.
Leyla Bağırzadə 2002-ci ildən Kanadada yaşayır. O, 2005-ci ilədək Edmonton şəhərindəki Alberta Universitetində doktorant kimi elmi tədqiqatlar aparıb. 2005-2010-cu illərdə Kalqari Universitetinin anesteziologiya şöbəsində rezident olub. Sonra Kanadanın Kral Kollecinin həkim və cərrahlar üçün imtahanlarından uğurla keçərək orada həkim kimi işləmək izni alıb. Leyla Bağırzadə 2011-2012-ci illərdə Toronto Universitetinin Sinay Hospitalında tam təqüdlə təkmilləşdirmə kursu keçib və mama-anestezioloq ixtisasına yiyələnib. 2013-cü ildən Kalqari Universitetinin Tibb Mərkəzində öz ixtisası üzrə həkim işləyir. Leyla Bağırzadə əhalisinin 170 minə yaxını azərbaycanlı olan Kanadada yeganə azərbaycanlı xanım həkim-anestezioloqdur.
Həyat yoldaşı Murad İbrahimov isə ixtisasca mühəndisdir. Məşhur “Siemens” şirkətində tibbi avadanlıqlar üzrə mütəxəsis vəzifəsində çalışır. Eldar adında 11 yaşlı bir oğlu var.

One thought on “Leyla Bağırzadə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.