Cavanşir Rəhim oğlu Quliyev

Şimali Kipr, Yaxın Doğu Üniversiteti, Səhnə Sənətlərı fakültəsinin Dekanı

Bəstəkar Cavanşir Quliyev 22 noyabr 1950-ci ildə Azərbaycan Respublikasının Şəki (Nuxa) şəhərində anadan olub. 1967-1968-ci illərdə Şəki uşaq musiqi məktəbində tar müəllimi işləyib. 1982-ci ildə Azərbaycan Respublikası Lenin Komsomolu Laureatı, 1992 – ci ildə Azərbaycan Respublikası Əməkdar İncəsənət Xadimi fəxri adına laiq görülmüşdür. 1969 – 1990-ci illər Azərbaycan Tele Radio Şirkətində səs rejissoru işləyib.1975-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakultəsini bitirib, 1979-1993-cü illərdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında  musiqi nəzəriyyəsi müəllimi kimi fəaliyyət göstərib.2000-ci ildə Dosent,2005-ci ildə isə Professor elmi dərəcəsinə yüksəlib.2005-ci ildən Şimali Kipr, Yakın Doğu Universiteti     Səhnə Sənətləri Fakültəsinin Dekanı vəzifəsində işləyir.

Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə verdiyi töhfəyə görə 26 dekabr 2020-ci ildə “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub.

(Visited 7 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2021 - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Müəllif hüquqları qorunur. by .