Əflatun Nemət oğlu Nemətzadə

Professor Əflatun Nemətzadə 1944-cü il aprelin 25-də Azərbaycan Respublikasının Astara royu, Ərcivan kəndində dünyaya göz açıb. 1962-1967-ci il Azərbaycan Teatr İnstitutu və 1970-1975-ci ildə Leningrad Dövlət Konservatoriyası, Opera Rejissorluğu Fakültəsini bitirib.1964-1968-ci ildə Azərbaycan Dövlət Musigili Komediya Teatrında aktyor kimi fəaliyyətə başlayıb. 1968-1970-ci illərdə Memarlıq və İncəsənət İnstitutunun dissertantı olub.1970-1975-ci illərdə      Rimski-Korsakov adına Leningrad Dövlət Konservatoriyası Opera Rejissorluğu fakultəsini bitirib.1975-1977-ci illərdə    Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Quruluşcu Rejissor kimi fəaliyyət göstərib.1977-1979-cu illər Moskva Bolşoy Opera ve Balet Teatrında Baş rejissor yardmçısı işləyib. 1980-1984    Yəmən Halk Respublikasında Milli Dövlət Teatrının qurucusu və başrejissoru olub. 1984-1992-ci illər Azərbaycan Akademik Opera ve Balet Teatrında quruluşçu rejissor işləyib.

Azərbaycan və Türkiyənin teatr rejissoru,yazıçı, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan Respublikasının Xalq Artisti, Ankara Qazi Universitetinin professoru, fəlsəfə və sənətşünaslıq doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Yəməndə milli operanın qurucusu, Yeni Azərbaycan Yardımlaşma və Mədəniyyət Dərnəyinin sədri Əflatun Nemətzadə Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə verdiyi töhfəyə görə 26 dekabr 2020-ci ildə “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub.

(Visited 26 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2021 - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Müəllif hüquqları qorunur. by .