İsmayıl Rafiq oğlu Toğrul

Professor İsmayıl Rafiq oğlu Toğrul 1965-ci ildə Kürdəmir rayonu, Şilyan kəndində anadan olub, Lomonosov adına Moskva Dövlet Universitetini bitirib.

1987-2008-ci illərdə M.F.Axundov adına Azərbaycan Rus dili ve ədəbiyyatı İnstitutu və Bakı Slavyan Universitetində müəllim, baş müəllim vəzifələrində işləyib.

2008-ci ildə Türkiyəyə köçüb, 6 News Televiziyası Rus dilində xəbərlər şefi, baş redaktor vəzifələrində çalışıb. Hal-hazırda Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin siyasi elmlər və beynəlxalq əlaqələr fakültəsinin dekanı, professor,Beynəlxalq münasibətlər üzrə ekspertdir.

Azərbaycan dilinin və mədəniyyətinin xarici ölkələrdə təbliğinə verdiyi töhfəyə görə 26 dekabr 2020-ci ildə “Diaspor fəaliyyətində xidmətə görə” medalı ilə təltif olunub.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *