Abbasov Fəxrəddin Nəcəf oğlu

16 iyun 1957-ci ildə Azərbaycan Respublikası Kəlbəcər rayonunun Zar kəndində anadan olub.

1993-cü ildə Sankt-Peterburq Hüquq İnstitutunda “hüquqşünaslıq” ixtisası üzrə, 2006-cı ildə isə Sankt-Peterburq Universiteti, “Mühasibat uçotu, analiz və audit” ixtisası üzrə təhsil almışdır.

Rusiya Federasiyasında yaşayır, Rusiya Federasiyası Şurasının üzvü Vladimir Spitsnadelin köməkçisi vəzifəsində çalışır.

1996-cı ildə Fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etmişdir.

2006-cı ildə “Rusiya Federasiyası və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində məhkəməyə qədərki istehsalat” mövzusunda elmlər doktorluğu dissertasiyasını müdafiə etmişdir

50-dən çox elmi və elmi-metodoloji nəşr, 4 monoqrafiya   və 2 dərsliyin müəllifidir.

Y.V. Andropov adına mükafata layiq görülmüşdür          

1996-cı ildən Elmi-pedaqoji kadrların hazırlığı fakültəsində baş inspektor, elmi işçi, Elmi informasiya şöbəsinin rəisi və Rusiya Daxili İşlər Nazirliyinin Sankt-Peterburq Universitetinin ictimaiyyətlə əlaqələr üzrə sədrinin köməkçisi vəzifələrində çalışmışdır .

(Visited 20 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2021 - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Müəllif hüquqları qorunur. by .