Abbasov İftixar Balakişi oğlu

29 oktyabr 1966ıcı ildə Azərbaycan Respublikasının Lənkəran rayonu, Daşdalıqcar kəndində anadan olub.1988-ci ildə Rusiya Federasiyası Taqanroq Radiotexnika İnstitutunu bitirib.1989-1993-cü illərdə Taqanroq Radiotexnika İnstitutunun Elektrohidroakustika və ultrasəs texnikası kafedrasında baş laborant, mühəndis, laboratoriya müdiri vəzifələrində işləyib.1996-cı ildə TDRU-nun Mühəndis qrafikası kafedrasının assistenti vəzifəsində çalışıb.1997-ci ildə Fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru , 2012-ci ildə Texnika üzrə elmlər doktoru , 200-ci ildə Dosent elmi dərəcələrinə yüksəlmişdir.9 monoqrafiya, 220 elmi və tədris-metodiki işi və EHM üçün proqramların dövlət qeydiyyatı haqqında 3 şəhadətnamənin müəllifidir.Soros Fondunun və Taqanroq Dövlət Radiotexnika Universitetinin (TDRU) Elmi Şurasının təqaüdçüsü olub (1993-1996)Mühəndis və kompüter qrafikası, üçölçülü kompüter modelləşdirməsi, qavrama psixologiyası sahələri üzrə tədris fəaliyyəti ilə məşğuldurKompüter texnologiyalarının dizaynda tətbiqi üzrə 12 dərs vəsaitinin müəllifidir.

“MİFİ” Milli Nüvə Tədqiqatları Universitetində (Moskva, 2009), S.Q. Stroqanov adına Moskva Dövlət Bədii-Sənaye Akademiyasında (Moskva, 2010) ixtisasartırma kursları keçib.

Rusiya Dizaynerlər İttifaqının, Rusiya Akustika Cəmiyyətinin, Hindistan Riyaziyyat Cəmiyyətinin üzvüdür.

Bioqrafik məlumatları “Учёные России” kitabına, “Marquis Who’s Who in the World” (ABŞ), “Who’s Who в Росии” (İsveçrə) beynəlxalq bioqrafik məlumat kitabçalarına daxil edilib.

Cәnub Federal Universitetinin Taqanroq Texnologiya İnstitutunun Mühәndis qrafikası vә kompüter dizaynı kafedrasının müdiri vəzifəsində çalışır.

(Visited 9 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2021 - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Müəllif hüquqları qorunur. by .