11 iyun 1950-ci ildə Ermənistan SSR, Yerevan şəhərində anadan olub.
Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu (indiki Azərbaycan Dillər Universiteti) bitirib.
Hal-hazırda Sankt-Peterburq Dövlət Kimya-Əczaçılıq Akademiyasında çalışır.
1991-ci ildə Rus dilinin tədrisi metodikası üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib
Rus nitq mədəniyyəti və rus dili üzrə 26 dərsliyin, Rusiya və digər ölkələrdə keçirilən beynəlxalq konfransların nəticəsi kimi 50-dən çox nəşrin müəllifidir.
2003-cü ildə Mədəniyyət və təhsil sahəsinin inkişafındakı xidmətlərinə görə, “Sankt-Peterburqun 300 illiyi” xatirə medalı, 2008-ci ildə isə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin diplomu ilə təltif olunub.
Sankt-Peterburq Dövlət Universitetinin dosentidir.
Sankt-Peterburq Dövlət Kimya-Əczaçılıq Akademiyasında Rus dili kafedrasının təşkilatçısı, “Sankt-Peterburq şəhərində azərbaycanlıların milli-mədəni muxtariyyəti” təşkilatının üzvü, Dünya Azərbaycanlılarının I Qurultayının nümayəndəsidir.
Sankt-Peterburqda Azərbaycanın ilk “Bazar günü” məktəbini təşkil etmişdir. Bu məktəbdə şagirdlər Azərbaycan dili və ədəbiyyatını öyrənir, ölkə mədəniyyəti ilə tanış olurlar.