Abdullayev Rizvan Yaqub oğlu

  • 30 mart 1959-cu ildə Azərbaycan Respublikasının Mərəzə (indiki Qobustan) rayonunun, Sundu kəndində anadan olub.
    N. Nərimanov adına Azərbaycan Tibb İnstitutunu (indiki Azərbaycan Tibb Universiteti) bitirib.
    Xarkov Diplomdansonrakı Təhsil Tibb Akademiyasının (XDTTA) Ultrasəs diaqnostikası kafedrasında çalışır.
  • 1988-ci ildə “Xırda ocaqlı miokard infarktı, qeyri-stabil stenokardiya və aralıq tac sindromu zamanı exokardioqrafiya” mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib.
  • 200-cü ildə “Ürəyin işemik xəstəliyinin müxtəlif formaları zamanı ürək çatışmazlığının inkişafı və kəskinləşməsi mexanizmlərinin exokardioqrafik diaqnostikasının bəzi aspektləri” mövzusunda elmlər doktorluğu dissertasiyasını müdafiə edib.
  • 1981-1985-ci illərdə Belqorodda sahə həkimi işləyib
  • Ukrayna Həkimləri Təkmilləşdirmə İnstitutunun (indiki Xarkov Diplomdansonrakı Təhsil Tibb Akademiyası) kliniki ordinaturasına daxil olub;
  • 1985-1986-cı illərdə Moskvada, dünyada ilk həkim-kosmonavt, professor O.Y. Atkovun rəhbərliyi ilə ultrasəs diaqnostikası metodunu öyrənib.
  • 1987-200-ci ildə 25 №-li Xarkov şəhər klinik xəstəxanasında həkim işləyib
  • Rəhbərliyi ilə MDB-də ilk dəfə ultrasəs diaqnostikası üzrə (ürək xəstəlikləri üzrə) atlas nəşr edilib;
  • Rəhbərliyi altında Kaliforniya Universitetinin professorlarının (N.Şiller, E.Foster, R.Redberq) iştirakı ilə “Müasir exokardioqrafiya” kitabı nəşr edilib (1998);
  • XDTTA-da Ukraynada ilk və yeganə Ultrasəs diaqnostikası kafedrasının müdiridir
  • Alimin rəhbərliyi ilə 13 fəlsəfə doktorluğu və 2 elmlər doktorluğu dissertasiyası müdafiə edilib.
(Visited 16 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2021 - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Müəllif hüquqları qorunur. by .