Abdullayev Sərdar Süleyman oğlu

21.01.1951-ci ildə Azərbaycan Respublikasının , Kəlbəcər rayonu, Yanşaq kəndində anadan olub

Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutu (indiki Azərbaycan Texniki Universiteti), “Hidromeliorasiya işlərinin mexanikləşdirilməsi” ixtisası.

“Тверьгражданстрой” tikinti şirkəti Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru

2000-ci ildə “İqtisadi informasiya əsasında istehsalatın idarə edilməsi” mövzusunda elmlər doktorluğu dissertasiyasını müdafiə edib

1994-cü ildə Tikinti sahəsində xidmətlərinə görə “Rusiya Federasiyasının (RF) Əməkdar İnşaatçısı” fəxri adı verilib

1998-ci ildə “Dostluq” ordeni ilə təltif edilib, “Rusiyanın Fəxri İnşaatçısı” adı verilib

1998-ci ildə Rusiya İnşaatçılar İttifaqının təqdimatına əsasən, “Alfa Biznes Klub” tərəfindən Londonda “Yeni şəraitdə biznesin uğurlu tətbiqi”nə görə gümüş mükafat və qızıl nişan təqdim edilib

2001-ci ildə Amerika-Rusiya Sənaye-Ticarət Palatasının (ARCCI) Direktorlar Şurası “Stabil yüksək istehsal göstəricilərinə şəxsi töhfə”yə görə “Golden Galaxy” medalının verilməsi haqqında qərar qəbul edib

2001-ci ildə Tver vilayətinin inkişafındakı xidmətlərinə görə Tver vilayəti qubernatorunun döş nişanı və Tver vilayətinin Qanunverici Məclisinin qərarı ilə Fəxri Fərmanla təltif edilib

2004-cü ildə Tver vilayətinin inkişafında verdiyi töhfəyə görə Tver vilayəti qubernatorunun Fəxri Fərmanına layiq görülüb

RF Dövlət Tikinti və Mənzil-Kommunal Kompleksi Komitəsinin və RF Dövlət İnşaat, Arxitektura və Mənzil Siyasəti Komitəsinin Fəxri Fərmanları ilə təltif edilib;

Rusiya İnşaatçılar İttifaqı tərəfindən RF Regional İnkişaf Nazirliyi və Tikinti və inşaat materialları sənayesi işçilərinin Həmkarlar İttifaqı ilə birgə hər il keçirilən “Ən yaxşı tikinti təşkilatı” Ümumrusiya müsabiqəsinin yekunlarına görə dəfələrlə “Rusiya inşaat kompleksi təşkilatının ən yaxşı rəhbəri” xüsusi sertifikatı təqdim edilib;

2006-cı ildə “Tərəqqi” medalı ilə təltif olunub

1980-1982-ci illərdə Kalinin vilayəti “Kalininmeliorasiya” İstehsalat Birliyinin 2 №-li Səyyar Mexanikləşdirilmiş Dəstəsində (PMK-2) mühəndis-mexanik, baş mexanik, rəis vəzifələrində işləyib;

1982-ci ildə Kalinin (indiki Tver) vilayətindəki “Kalininselstroy” İstehsalat Birliyində işə dəvət edilib, 1316 №-li İxtisaslaşdırılmış Səyyar Mexanikləşdirilmiş Dəstənin (SPMK-1316) rəisi, sonra isə “Kalininselstroymexanizasiya” trestinin müdiri olub (1982-1986);

“ Калинингражданстрой” vilayət İstehsalat Birliyi rəisinin müavini (1986), birliyin rəisi  (1991) vəzifəsində işləyib;

“Тверьгражданстрой” Tikinti Şirkəti Qapalı Səhmdar Cəmiyyətinə rəhbərlik edir (1993-cü ildən);

Verxnevoljsk Mühəndislik Akademiyasının həqiqi üzvüdür;

Tver Dövlət Texniki Universitetinin (TDTU) Fəxri Professorudur;

Strateji uçot və iqtisadi informasiya əsasında inşaat kompleksinin idarə edilməsi sahəsində bir sıra məqalələrin muəllifidir;

Rusiyada və xaricdə tərtib olunan “Лучшие люди России”, “Who is who в России” kimi nüfuzlu ensiklopedik nəşrlərə daxil edilib;

Sov.İKP Belski Rayon Komitəsinin üzvü, rayon sovetinin deputatı, Tver vilayət Xalq Deputatları Sovetinin deputatı seçilib.

(Visited 7 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2021 - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Müəllif hüquqları qorunur. by .