Abışov Azad Ziyad oğlu

15.05.1935 Azərbaycan Respublikasının, Biləsuvar rayonu, Qriboyedovka kəndində anadan olub.

1963-1965-ci illərdə  N. Nərimanov adına Azərbaycan Tibb İnstitutu (indiki Azərbaycan Tibb Universiteti), Əczaçılıq fakültəsi, Leninqrad Dövlət Universiteti (indiki Sankt-Peterburq Dövlət Universiteti), Kimya fakültəsini bitirib.

1963-cü ildə SSRİ Elmlər Akademiyası Botanika İnstitutunun aspiranturasına (indiki doktorantura) daxil olmuşdur.

1967-ci ildə LDU-nun Kimya fakültəsində fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib.

1984-cü ildə Bioorqanik kimya, təbii və fizioloji aktiv maddələrin kimyası və orqanik kimya (zərif üzvi sintez) ixtisasları üzrə elmlər doktorluğu dissertasiyasını müdafiə edərək kimya üzrə elmlər doktoru elmi dərəcəsini almışdır

1979 Baş elmi işçi, 1991-ci ildə Professor elmi dərəcəsinə yeksəlmişdir.

Elmi-tədqiqat işi yeni ürək-damar, immunmodulyatorların və virus əleyhinə təsir göstərən dərman preparatlarının yaradılmasına yönəlmişdir. İlk dəfə olaraq sintetik antigenlər (immunomodulyatorların və onların konyuqə olunmuş (birləşmiş) antigenlərinin) və kalsium ionlarının antoqonistləri sahəsində patentləşdirilmiş elmi istiqamət işlənib hazırlanmışdır;

Təbii heterotsiklik birləşmələrin və onların sintetik analoqlarının kimyəvi-farmakoloji tədqiqatları prosesində ilk dəfə olaraq yalnız L-tipli potensial asılı kalsium kanallarının keçiriciliyinə deyil, həm də mərkəzi sinir sistemi və qanqliyalarda geniş yayılmış N və T tipli kalsium kanallarının keçiriciliyinə fəal təsir edən yeni nəsil kalsium ionlarının antoqonistlərinin xassələrinə malik olan birləşmələr (obtusifol, dekursinol, diumankal və ya onların analoqu) aşkar edilmişdir;

260-dan çox elmi məqalə və tezisin, o cümlədən 7 monoqrafiyanın, SSRİ-nın 17 müəllif şəhadətnaməsinin, 10 Rusiya patentinin, 3 İtaliya patentinin müəllifidir.

“Sovet xalqının 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində qələbəsinin 50 illiyi” medalı (1995);

“Sankt-Peterburqun 300 illiyi” medalı (2003);

“Rusiya həmkarlar ittifaqlarının 100 illiyi” medalı (Rusiya Müstəqil Həmkarlar İttifaqı Federasiyası, 2005);

“Rusiya Federasiyasının əməkdar elm xadimi” fəxri adı (Rusiya Federasiyası Prezidentinin fərmanı, 2007).

Avropa Kimyaterapiya Cəmiyyətinin üzvüdür (1992);

Bitki dərmanlarının kimyası və texnologiyası və heterodövrlü birləşmələrin biokimyası sahəsində Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir (1994);

İ.İ. Meçnikov adına Sankt-Peterburq Dövlət Tibb Akademiyasının Biokimya fakültəsinin professoru vəzifəsində çalışmışdır (1987-2000). Alim, bioloji fəal heterotsiklik birləşmələr üzrə xüsusi mühazirələr hazırlamış və rus və ingilis dillərinndə tələbələrə, doktorantlara və ordinatorlara oxumuşdur.

(Visited 10 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2021 - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Müəllif hüquqları qorunur. by .