Abutalıbov Ramiz Abutalıb oğlu

27 oktyabr 1937 Azərbaycan Respublikasının, Naxçıvan MR, Ordubad rayonunda anadan olub.

S.M. Kirov adına Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti), Geologiya fakültəsi (1960)

R. Abutalıbovun təşəbbüsü və iştirakı ilə Rusiyada Azərbaycan tarixi və mədəniyyəti haqqında 11 kitab nəşr olunmuşdur;

Dağlıq Qarabağ münaqişəsinə dair Fransada çap olunmuş dörd kitabın tərtibçisi və müəllifidir (1989-1992);

Bir çox məqalələri Azərbaycanda, Fransada, Böyük Britaniyada, Almaniyada və Rusiyada dərc edilmişdir.

Azərbaycan-Fransa dostluq münasibətlərinin möhkəmlənməsində və inkişafında xidmətlərinə görə “Fəxri Legion” ordeni ilə təltif edilmişdir (1998);

“Azərbaycan Diplomatiyasının 90 illiyi” medalı (2009);

“Puşkin” medalı (2010);

Azərbaycan mədəniyyətinin təbliğinə görə Prezident təqaüdü (2016).

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində Xarici ölkələrlə əlaqələr şöbəsinin rəisi, Azərbaycan SSR Ali Sovetinin Xarici İşlər üzrə komissiyasının sədri vəzifələrində çalışmışdır (1980-1984);

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət üzrə katibliyinin və YUNESKO-nun əməkdaşı olmuşdur (1971-1979, 1985-1993);

Beynəlxalq əlaqələr aləmində Böyük Britaniyada nəşr olunmuş “Kim kimdir?” (“Who is Who?”) ensiklopediyasında 259 sovet diplomatı arasında yeganə azərbaycanlı olmuşdur (1990);

Parisdə “Azərbaycan evi” cəmiyyətinin yaradıcılarından biridir (1992);

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Xüsusi tapşırıqlar üzrə səfiri vəzifəsində işləmişdir (1993-2004);

“İçərişəhər”in və “Muğam” sənətinin Ümumdünya İrs siyahısına salınması, Əlimərdan bəy Topçubaşova xatirə lövhəsinin, Fransanın azadlığı uğrunda həlak olmuş azərbaycanlılara Rodez şəhərində abidənin qoyulması və Əkbər ağa Şeyxülislamovun qəbrinin bərpa edilməsi tədbirlərinin əsas təşkilatçılarından biri olmuşdur (2000-2003); Beynəlxalq Jurnalistlər İttifaqının üzvüdür.

(Visited 14 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2021 - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Müəllif hüquqları qorunur. by .