Adilov Qabil Ramazan oğlu

15 may 1956-cı ildə  Azərbaycan Respublikasının İsmayıllı rayonunda anadan olub.

S.M. Kirov adına Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti), Riyaziyyat fakültəsi

Akdeniz Universiteti, Təhsil fakültəsi (2012-ci ildən)

Mürəkkəb sistemlərin aqreqatlaşdırılması, abstrakt konveksliyin müxtəlif sahələrə tətbiqi, hermite-hadamard tip bərabərsizliyinin araşdırılması ilə məşğul olur;

M.V. Lomonosov adına Moskva Dövlət Universitetində fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etmişdir (1987).

Optimallaşdırma, riyazi analiz, konveks təhlili, bərabərsizlik nəzəriyyəsi, sistem nəzəriyyəsi, riyaziyyat təhsili sahəsində çoxsaylı məqalələrin müəllifidir;

“Journal of Convex Analysis”, “Journal of Optimization Theory and Applications”, “International Journal of Engineering and Advanced Technology”, “International Journal of Innovative Technology & Exploring Engineering” kimi beynəlxalq jurnalların elmi redaktoru olmuşdur;

AMEA Kibernetika İnstitutunda kiçik elmi işçi (1978-1987), AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi işçi (1987-1992), baş elmi işçi (1992-1999), aparıcı elmi işçi (1999-2001) vəzifələrində çalışmışdır;

Türkiyə, Akdeniz Universiteti Fənn-ədəbiyyat fakültəsi, dosent (2001-2009);

Türkiyə, Mersin Universiteti, Təhsil fakültəsi, professor, bölüm başkanı (2009-2012);

Əsərləri dünyanın nüfuzlu, yüksək istinad indeksli jurnallarında çap olunmuşdur;

21 elmi əsərin (məqalə, kitab və monoqrafiya) müəllifidir;

Rəhbərliyi altında 3 fəlsəfə doktorluğu dissertasiyası müdafiə olunmuşdur (Türkiyə).

(Visited 19 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2021 - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Müəllif hüquqları qorunur. by .