Pr. Abdullayev Fəxrəddin Gülməmməd oğlu

15 may 1957-ci ildə Azərbaycan Respublikasının Şamaxı rayonu, Sündi kəndində anadan olub.

S.M. Kirov adına Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti), Fizika-riyaziyyat fakültəsini bitirib.

1986-cı ildə Ukrayna Elmlər Akademiyası (UEA) Tətbiqi Riyaziyyat və Mexanika İnstitutunda (TRMİ) “Kvazikonform sərhədli oblastlarda sahəcə ortoqonal polinomlar” mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib.

2003-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda (RMİ) “Sahəcə ortoqonal polinomlar və Biberbax polinomları” mövzusunda elmlər doktorluğu dissertasiyasını müdafiə edib.

Biberbax polinomlarının, onların bəzi ümumiləşmələrinin və Furye sıralarının sahəcə ortoqonal polinomlar üzrə aproksimasiya xassələrinin öyrənilməsi, sahəcə ortoqonal polinomların və ixtiyari cəbri polinomların kompleks müstəvinin müxtəlif oblastlarında davranışı istiqamətləri üzrə tədqiqatlar aparır.

Dünyanın bir sıra ölkələrinin elmi jurnallarında 150-dən çox elmi işi dərc olunub.

UEA-nın M.V. Ostroqradski adına qızıl medalı (2002);

UEA-nın N.M. Krılov adına mükafatı (2007);

UEA-nın M.M. Boqolyubov adına qızıl medalı (2009).

UEA TRMİ Funksiyalar nəzəriyyəsi şöbəsində təcrübə keçib (1980), riyazi analiz ixtisası üzrə aspiranturada (indiki doktorantura) təhsili alıb (1984);

AMEA RMİ-da Riyazi analiz şöbəsində kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifələrində işləyib (1986-1994);

1997-ci ildən Elmi fəaliyyətini Türkiyədə davam etdirib.

Trabzondakı Qara Dəniz Texniki Uuniversitetində müəllim işləyib;

2008-2011-ci illər Mersin Universiteti Fənn-ədəbiyyat fakültəsinin dekanı vəzifəsində işləyib, hazırda riyaziyyat şöbəsinin müdiridir

Mersin Universiteti ilə Kanada, Fransa, Ukrayna, Almaniya, Polşa və digər ölkələrin ali məktəbləri arasında elmi əlaqələrin qurulmasında fəal iştirak edib.

(Visited 4 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2021 - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Müəllif hüquqları qorunur. by .