Pr. Abdullayev Rizvan Yusif oğlu

30 aprel 1961-ci ildə  Azərbaycan Respublikasının Ağstafa rayonunda anadan olub

N. Nərimanov adına Azərbaycan Tibb İnstitutu (indiki Azərbaycan Tibb Universiteti), Sanitariya-gigiyena fakültəsi bitirib.

Rusiya Tibb Elmləri Akademiyası Mərkəzi Elmi Tədqiqat Vərəm İnstitutunun biokimya laboratoriyası

Tibb üzrə elmlər doktoru, professor;

1990-cı ildə Rusiya Tibb Elmləri Akademiyasının Mərkəzi Elmi-tədqiqat Vərəm İnstitutunun (RTEA METVİ) aspiranturasına (indiki doktorantura) daxil olub

1993-cü ildə “Ağciyər vərəminə tutulmuş xəstələrdə kimyəvi terapiya prosesində energetik mübadilə göstəricilərinin və eritrositlərin oksigen ötürmə funksiyasının klinik əhəmiyyəti” mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib

1999-cu ildə “Dövr edən faqositlərin və ağciyər faqositlərinin metabolik statusu müxtəlif olan xəstələrdə ağciyər vərəminin gedişatı” mövzusunda elmlər doktorluğu dissertasiyasını müdafiə edib

123 elmi əsərin, “Vərəmlə mübarizə müəssisələrində biokimyəvi tədqiqat metodlarının tətbiqi” və “Kəskin inkişaf edən ağciyər vərəminə tutulmuş xəstələrin biokimyəvi tədqiqatı” adlı metodik tövsiyələrin müəllifidir.

1984-cü ildə Dəvəçi (indiki Şabran) şəhərinin Mərkəzi rayon xəstəxanasının kliniki diaqnostika laboratoriyasında əmək fəaliyyətinə başlayıb həkim-laborant, laboratoriya müdiri vəzifələrində çalışıb

1988-ci ildə Azərbaycan Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ftiziopulmonologiya İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışıb

1993-cü ildə RTEA METVİ-da patoloji anatomiya, elektron mikroskopiya və biokimya şöbəsinin elmi işçisi böyük elmi işçi, aparıcı elmi işçisi, 1999-cu ildə vəzifələrində çalışıb, 2010-cu ildə biokimya laboratoriyasının müdiri vəzifəsinə təyin edilib.

Rusiya Federasiyası və MDB ölkələrinin ftiziatrlarının qurultaylarında, tənəffüs orqanlarının xəstəliklərinə həsr olunan milli konqreslərdə, Avropa Respirator Cəmiyyətinin konqreslərində (Münxen, Stokholm, Barselona) elmi məruzələrlə çıxış edir.

Rəhbərliyi altında 4 fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilib.

“Kliniki laboratoriya diaqnostikası” ixtisası üzrə ali ixtisas kateqoriyası alıb.

Ftiziatrların və pulmonoloqların ixtisaslaşması və təkmilləşdirilməsi üçün silsilə mühazirələr oxuyur.

(Visited 17 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2021 - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Müəllif hüquqları qorunur. by .