Ağayev Ədnan Tofiq oğlu

25 oktyabr 1956-cı ildə  Azərbaycan Respublikasının  Bakı şəhərində anadan olub

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu hüquq elmləri ixtisası üzrə bitirib

“KAMS” hüquq firmasının Moskva ofisi

1985-ci ildə SSRİ Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında tarix üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib    

1979-cu ildə SSRİ Xarici İşlər Nazirliyində attaşe işləmişdir

1980-cı ildə BMT-nin Cenevrədəki qərargahında siyasi məsələlər üzrə böyük əməkdaş vəzifəsinə təyin olunub

İsveçrədə, BMT-nin Tərksilah Problemləri üzrə Tədqiqatlar İnstitutunda çalışıb

1986-cı ildə Moskva SSRİ Xarici İşlər Nazirliyinə qayıdıb

1986-1989-cı illərdə Beynəlxalq Təşkilatlar Departamentində Tərksilah problemləri şöbəsinin rəisi, 1990-1991-ci illərdə Çoxtərəfli tərksilah və beynəlxalq təhlükəsizlik departamentinin direktoru vəzifələrində çalışıb.

1991-ci ildən Rusiya Federasiyasının (RF) Xarici işlər nazirinin xüsusi müşaviri, Rusiya Xarici Siyasət Fondunun sədri, Xarici siyasətin planlaşdırılması departamentinin rəhbəri vəzifələrində çalışıb

1993-cü ildə BMT-nin Baş katibi yanında Tərksilah Şurasının üzvü

1994-1999 –cu illərdə RF-nin Kolumbiya Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri

“Yeqorov, Puqinski, Afanasyev i Partnyorı” hüquq firmasının (sonradan–vəkil bürosu) Moskva bölməsinin tərəfdaşı (1999-2013);

“KAMS” hüquq firmasının Moskva ofisinin direktorudur (2013-cü ildən);

Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin professorudur;

Parisdəki Panteon-Assas (“Paris 2”) Universitetində mühazirələr oxuyur;

Corctaun Universitetində (Vaşinqton, ABŞ), Cenevrə Beynəlxalq Münasibətlər İnstitutunda, Fransa Beynəlxalq Münasibətlər İnstitutunda, Ekol Militer Hərbi Akademiyasında (Paris), Mayami Universitetində (ABŞ) mühazirələr oxuyub;

Beynəlxalq təhlükəsizlik və tərksilah məsələləri üzrə bir sıra əsərləri nəşr olunub;

2000-ci ildən Rusiya-Amerika işgüzar əməkdaşlıq şurasının vitse-prezidentidir

Rusiya-Amerika biznes-dialoqunun təşəbbüskarlarından biridir. Bununla əlaqədar, Rusiya işgüzar dairələri üçün Rusiya-Amerika iqtisadi münasibətlərinin siyasi iqliminin yaxşılaşmasına dair tövsiyələrin hazırlanmasında fəal iştirak edir.

(Visited 4 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2021 - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Müəllif hüquqları qorunur. by .