Allahverdiyev Biləndər Paşa oğlu

13 oktyabr 1955-ci ildə Gürcüstan, Bolnisi rayonu, Saraclı kəndi

1977-ci ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti), Tətbiqi riyaziyyat fakültəsini bitirib

Süleyman Dəmirəl Universiteti, Fənn-ədəbiyyat fakültəsi, Riyaziyyat bölməsi, 32260 İsparta, Türkiyə

1982-ci ildə AMEA Riyaziyyat və Mexanika İnstitutu, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, 1996-cı ildə fizika-riyaziyyat elmləri doktoru

100-dən çox elmi məqalə, 8 layihə və 5 kitabın müəllifidi

“F.G. Maksudov, Operator Pencils with Continous Spectrum” kitabının redaktorudur.

“TÜBİTAK Yurtdışı Yayınları Teşvik” mükafatı (1997, 2003, 2004)

AEA Kibernetika İnstitutunda (indiki AMEA İdarəetmə Sistemləri İnstitutu) çalışmışdır (1997-1980);

AMEA Riyaziyyat və Mexanika İnstitutunda çalışmışdır (1980-1992);

İstanbul Teknik Universitetində tədris fəaliyyəti göstərmişdir (1992-1997);

Hazırda Süleyman Dəmirəl Universitetində tədris fəaliyyəti ilə məşğuldur (1997-ci ildən indiyədək). Süleyman Dəmirəl Universiteti, Elm və Ədəbiyyat fakültəsi, Tətbiqi riyaziyyat şöbəsinin müdiri (2005), riyaziyyat bölməsinin müdiri (2009), fakültə şurasının üzvü (2009), fakültə idarə heyətinin üzvüdür (2009-2015);

Rəhbərliyi altında 10 fəlsəfə doktorluğu dissertasiyası müdafiə edilib;

“Süleyman Dəmirəl Üniversitesi Fen Dergisi”, “Selcuk Journal of Applied Mathematics”, “Global Journal of Mathematics & Statistics” jurnallarının redaksiya heyətinin üzvüdür.

(Visited 16 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2021 - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Müəllif hüquqları qorunur. by .