Atakişiyev Natiq Məmməd oğlu

15 fevral 1939-cu ildə Azərbaycan Respublikası Bakı şəhərində anadan olub

S.M. Kirov adına Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti), Fizika fakültəsi (1961)

Meksika‎

Əsas iş yeri və ünvanı           Meksika Milli Muxtar Universiteti

Fizika-riyaziyyat üzrə fəlsəfə doktoru (Rusiya, 1971);

Fizika-riyaziyyat üzrə elmlər doktoru (Ukrayna, 1987);

Kəsilməz ortoqonallıq şərtini ödəyən yeni Han çoxhədliləri ailəsini kəşf etmişdir;

Müxtəlif q-deformasiya olunmuş xüsusi funksiyalar və q-ortoqonal çoxhədlilər üçün qeyri-adi Furye çevrilməsinin mövcudluğu aşkara çıxarmışdır;

Kravçuk funksiyaları ilə ifadə olunan diskret kvant harmonik ossilyatoru əsasında sonlu sayda sensor nöqtələrinə malik multinodal dalğaötürücülər modelini qurmuş və kəsr sonlu Furye-Kravçuk çevrilməsi tapılmışdır;

Sonlu optik sistemlər üçün Viqner paylanma funksiyasının aşkar şəklini tapmışdır;

179 elmi məqalənin müəllifidir, əsərlərinə 1173 dəfə istinad edilmişdir.

“Əməkdar elm xadimi” (Azərbaycan, 2011)

AMEA, aspirantura (indiki doktorantura) (1964);

AMEA Fizika İnstitutu, elmi işçi (1967-1972), böyük elmi işçi (1972-1983), “Elementar zərrəciklər nəzəriyyəsi” və “Nüvə tədqiqatları” laboratoriyalarının rəhbəri (1983-1994), aparıcı elmi işçi (1994) vəzifələrində çalışmış, 2012-ci ildə təqaüdə çıxmışdır;

ABŞ-ın Nyu-York Kolumbiya Universitetində 10 ay müddətində elmi araşdırmalar aparmışdır (1973-1974);

Meksika Milli Muxtar Universitetində dəvətli professor kimi elmi-tədqiqat işləri həyata keçirmişdir(1994-1996);

Meksika Elmlər Akademiyasının üzvü (1996-cı ildən);

Latın Amerikası Azərbaycanlıları Assosiasiyasının sədri;

Meksika Milli Muxtar Universitetinin aparıcı elmi işçisidir (1996).

(Visited 1 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2021 - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Müəllif hüquqları qorunur. by .