Bayramov Adil Mürşüd oğlu

29 avqust 1945-ci ildə  Azərbaycan Respublikası Bakı şəhərində anadan olub

M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti-ADNSU), Neftmexanika fakültəsi (1964-1969)

“Verkis” (“ENEX”) İslandiya şirkətinin “NOBLICA” (Almaniya) birgə island-alman müəssisəsinin “Geotermal obyektlərin araşdırılması və dizaynı” şöbəsinin müdiri (2007-ci ildən)

ADNSU, Neft-qaz və qaz-kondensat yataqlarının işlənməsi və istismarı ixtisası üzrə aspirantura (indiki doktorantura) (1975-1979);

Texnika üzrə fəlsəfə doktoru (1979);

ADNSU, Neft və qaz yataqlarının inkişafı və istismarı kafedrasının dosenti (1980);

Branderburq Elm və Tədqiqat Nazirliyi tərəfindən doktor-mühəndis dərəcəsi Almaniyada təsdiqlənib (1996);

90-dan çox elmi məqalənin müəllifidir.

İnteqrasiya üzrə mükafat (2010);

İctimai fəaliyyətinə görə Berlin şəhər hökumətinin Fəxri gerbi (2016).

ADNSU, Neft və qaz hasilatının texnika və texnologiyası üzrə  elmi tədqiqat laboratoriyasında mühəndis (1969-1970) və baş mühəndis (1970-1979);

ADNSU, Neft və qaz yataqlarının işlənməsi və istismarı kafedrasının assistenti (1979-1980);

ADNSU, Neft və qaz yataqlarının işlənməsi və istismarı kafedrasının dosenti (1980-1995);

ADNSU, Azərbaycan Respublikasının və Türkmənistan Respublikasının neft sənayesinin mühəndis-texniki işçilərinin təliminin yaxşılaşdırılması fakültəsinin dekanı (Elmi-Tədris İstehsalat Kompleksi, 1984-1994);

1997-ci ildən Almaniyada aşağıdakı şirkətlər üzrə layihə koordinatoru, konsultant:

  • Gesellschaft für Umweltschutz Projekt management GmbH
  • Erdöl – Erdgas – Workover GmbH (Salzwedel) “Gaz de Franse”
  • GABEG Anlagenbau – Engineering GmbH (Berlin)
  • Erdöl-Erdgas Gommern GmbH “Gaz de Franse”
  • GCM GEOCONSULT – Magdeburg GmbH
(Visited 3 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2021 - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Müəllif hüquqları qorunur. by .