Bayramov Aftandil Xəlil oğlu

22 aprel 1942 Gürcüstan, Marneuli rayonunda anadan olub

İ.M. Qubkin adına Moskva Neft və Qaz Sənayesi İnstitutu (indiki İ.M. Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universiteti), 1965

Əsas Sənaye korporasiyası və texnoloji Mərkəz (Səudiyyə Ərəbistanı Krallığı, Əl-Cübayl)

Texnika üzrə fəlsəfə doktoru (1995);

Korroziya ilə mübarizə üzrə əldə etdiyi elmi-texniki nailiyyətləri ilə dünyada tanınan alimlərdəndir;

150-dən çox elmi işin, 15 müəlliflik şəhadətnaməsinin, o cümlədən bir neçə kitab və broşürün müəllifidir.

Beynəlxalq Korrozionistlər Assosiasiyasının (NACE) “Texniki nailiyyət” mükafatına layiq görülmüşdür

Azərbaycan Elmlər Akademiyasının (AEA) Qeyri-üzvi və Fiziki Kimya İnstitutunda mühəndis (1966-1976), böyük elmi işçi (1980-1985);

AEA Fiziki-Kimya İnstitutunun Korroziya və metalların kooroziyadan qorunması şöbəsinin rəhbəri (1985-1995);

Səudiyyə Ərəbistanında “Basic Industries Corporation”da korroziya üzrə məsləhətçi (1995)

ABŞ-ın korrozionistlər Beynəlxalq Milli Assosiasiyasının üzvü;

ABŞ Kimya Cəmiyyətinin üzvü;

İngiltərənin Korroziya İnstitutunun peşəkar üzvü;

50-dən çox konfrans və simpoziumda məruzələrlə çıxış etmiş, bir neçə xarici elmi mərkəzdə (Böyük Britaniyanın Mançester Universiteti, İsveç Korroziya İnstitutu, Belçikanın Brüssel Universiteti) tədqiqat işləri aparmışdır;

Səudiyyə Ərəbistanı Krallığında korroziyadan mühafizəyə dair böyük iqtisadi səmərəsi olan 200-dən çox layihə təqdim etmişdir.

(Visited 4 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2021 - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Müəllif hüquqları qorunur. by .