Cavanşir Rəşid Cəmil oğlu

17 iyul 1951-ci ildə  Azərbaycan Respublikası Bakı şəhərində anadan olub

M. Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti)
BP PLC,1 St James’s Square, London SW1Y 4PD
Sistemli yanaşma əsasında neft-qaz geologiyası və geofizikası sahəsində mühüm elmi tədqiqatlar aparmışdır. İlk dəfə olaraq, nəzəriyyənin aksiomatik prinsipləri, geoflüqal təzyiqin formalaşması və inkişafının nəzəri dinamik modelləri və təsnifatı, eləcə də onların geoloji müşahidələri, sistematik tədqiqat, quyuların geofiziki tədqiqatları və qazmanın texnologiya göstəricilərinə əsasən avtomatlaşdırılmış öyrənilmə və proqnozlaşdırma üsulları kompleksini yaratmışdır;

İlk dəfə olaraq, çöküntülərin nəzəri sıxılma modelləri, dağ süxurlarının kollektor, ekranlaşdırıcı və fiziki xassələrinin termobarik, struktur-litoloji və geotektonik amillərin ayrı-ayrılıqda təsiri nəzərə alınmaqla fiziki-riyazi modelləşdirmə üsullarını təklif etmişdir;

Elektron mikroskopiya əsasında tam sıxılmaya uğramamış gillərin məsamə fəzası strukturu və mineraloji xüsusiyyətlərini öyrənmiş, ilk dəfə allotigen mineral yaranmaların geokimyəvi və termodinamik şəraitli kompüter modelləşdirilməsini həyata keçirmiş, bu da gil minerallarının yer qatlarındakı anomal termobarik və geohidrokimyəvi şəraiti ilə transformasiyasının qarşılıqlı təsir mexanizminin nəzəri əsaslandırılması üçün yeni metodikanı təklif etməyə imkan vermişdir;

Elizion sistemlərində geoloji və texnoloji zaman ərzində baş verən süzülmə proseslərinin riyazi təhlilinin əsaslarını işləyib hazırlamış, bu da öz növbəsində lateral və şaquli miqrasiyaları kəmiyyətcə qiymətləndirməyə, gil qatlarının süzülmə və ekranlaşdırıcı xassələrini təyin etməyə, geoloji-geofiziki və hidrodinamik tədqiqatlara əsasən daxili subaşlıqlı rejimin rolunu qiymətləndirməyə imkan yaratmışdır;

Qeyri-bircins fəza sıxlığına əsaslanan çöküntü hövzələrdə müstəqil qırışığın yaranma mexanizmini təklif etmişdir. İlk dəfə olaraq, Yer qatlarında yaranmış ümumplanetar və lokal qırışıqlıq, şaquli və lateral dağıntıların formalaşmasının geotektonik konsepsiyasını qeyri-dayanıqlıq modeli çərçivəsində əsaslandırmışdır.
İ.M. Qubkin adına mükafat  (1985);

“Şöhrət” ordeni (2011).

Amerika Geoloq-Neftçilər Cəmiyyətinin üzvü (1984-cü ildən);

ABŞ-ın “Energy Sources” beynəlxalq elmi jurnalının regional redaktoru (1989-1995);

Hollandiyanın “Journal of Petroleum Science and Engineering” beynəlxalq elmi jurnalının redaksiya heyətinin üzvü (1989-1996 və 2001-ci ildən indiyədək);

“Azərbaycan Geoloqu” jurnalının redaksiya heyətinin üzvü;

“Azərbaycan ərazisində seysmoproqnoz müşahidələri” jurnalının redaksiya heyətinin üzvü;

AMEA Geologiya İnstitutu və Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunun doktorluq elmi dərəcəsini vermək üçün ixtisaslaşdırılmış şuralarının üzvü (1988); Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya

Leave a Reply

Your email address will not be published. Required fields are marked *