Əliyev Əli Veys oğlu

20 mart 1950-ci ildə Gürcüstan, Bolnisi rayonu, Daştikullar kəndində anadan olub

Leninqrad Mexanika İnstitutu (indiki D.F. Ustinov adına Baltik Dövlət Texniki Universiteti “Voenmex”) 1973, Udmurtiya Dövlət Universiteti (1978)

Əsas iş yeri və ünvanı          M.T. Kalaşnikov adına İjevsk Dövlət Texniki Universitetinin istilik mühərrikləri və qurğuları kafedrası

Fizika-riyaziyyat elmləri doktoru, professor (1992);

Bərk yanacaqlı raket mühərriklərinin (BYRM) riyazi modelləri və qeyri-stasionar iş rejimləri mexanikası onun elmi tədqiqatlarının əsas istiqamətləridir;

Müasir uçuş aparatları üçün mühərrik istehsal edən sahə müəssisələri ilə silsilə işlər əsasında fəlsəfə və elmlər doktorluğu dissertasiyalarını hazırlamışdır;

Uçuş aparatları mühərriklərinin kameradaxili proseslər mexanikası sahəsində mütəxəssisdir;

Müxtəlif təyinatlı istilik mühərriklərində proseslərin təhlili ilə bağlı bir sıra praktiki məsələlərin həllində sınaqdan çıxarılan yüksək sürətli qaz və maye axınında akustik fon yaratmağa imkan verən riyazi modellər və alqoritmlərin müəllifidir;

İri mühərriklərin deformasiyaya uğrayan dar boşluqlarında yerləşən bərk yanacağın alovlanması və yayılması qanunauyğunluqlarının analizi üzrə silsilə tədqiqatlar aparmışdır;

180-dən çox elmi iş, 3 monoqrafiya, ali məktəblər üçün 2 dərs vəsaiti, 18 ixtira və patentin müəllifi və həmmüəllifidir.


“Udmurtiya Respublikasının Əməkdar Elm Xadimi” adı (2000);

“Rusiya Federasiyasının fəxri ali peşə təhsili işçisi” döş nişanı (2002);

“Sankt-Peterburqun 300 illiyi şərəfinə” medalı;

“Silahlanmanın və hərbi texnikanın inkişafında xidmətlərinə görə” medalı;

Rusiya Kosmonavtika Federasiyasının akademiklər S.P. Korolyov, V.P. Qluşko və M.V. Keldış adına medalları.

İjevsk maşınqayırma zavodunda mühəndis-konstruktor işləmişdir (1973-1977);

İjevsk Mexanika İnstitutunda (indiki İjevsk Dövlət Texniki Universiteti-İjDTU) mühərriklərin layihələndirilməsi kafedrasında çalışmışdır;

İjDTU-nun istilik mühərrikləri və qurğuları kafedrasının müdiri (1987-ci ildən), riyaziyyat və təbiət elmləri fakültəsinin dekanıdır (2011-ci ildən);

Doktorluq dissertasiyalarının müdafiəsi üzrə dörd ixtisaslaşdırılmış şuranın, REA-nın Fiziki-Kimya İnstitutu, REA-nın Ural bölməsinin Tətbiqi Mexanika İnstitutu və Baltik Dövlət Texniki Universiteti tərəfindən təşkil edilən yanma və daxili ballistika məsələləri üzrə beynəlxalq və Rusiya miqyaslı ənənəvi konfransların təşkilat komitələrinin üzvü, habelə bu konfransların əsərlərinin redaktoru və tərtibçisidir;

Rusiya Raket-Artilleriya Elmləri Akademiyasının müxbir üzvü (1997), RF Hərbi Elmlər Akademiyasının akademiki seçilmişdir (2006);

Rəhbərliyi ilə 2 elmlər doktoru, 5 fəlsəfə doktoru hazırlanmışdır;

Çin (Pekin, Şanxay), Misir (Qahirə), Suriya (Dəməşq, Hələb) və Slovakiyada (Trençin) mühazirələr oxumuşdur;

Adı “Kosmonavtika” Ensiklopediyasına (müəllif A. Jeleznyakov), “Rusiya raket-artilleriya elmləri” sorğu nəşrinə, “D.F. Ustinov adına Baltik Dövlət Hərbi Mexanika Texniki Universiteti və onun məzunları” kitabına (müəlliflər A.R. Romanov, M.V. Tribel, S.P. Çernixov, 2006, 2008) daxil edilmişdir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *