Eppelbaum Lev Vilenoviç

18 may 1959-cu ildə Gürcüstan, Tbilisi şəhərində anadan olub

Azərbaycan Dövlət Neft Akademiyası (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) (1982)

Gürcüstan Elmlər Akademiyasının Geofizika İnstitutu, Moskva Mədən Akademiyası,  fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etmişdir (1989);

9 kitab və 140 məqalə olmaqla 350-dən çox elmi əsərin müəllifidir.

Aşağıdakı beynəlxalq elmi göstəricilərə malikdir:

Google Scholar İstinadları: 3,440;

Research Gate (RG) İstinadları:

RG Skoru: 42.28;

RG yüklənmə sayı: 44,778;

RG saylı istinad sayı: 2,756.

Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) xarici üzvü (2017);

“Elm və sənətkarlığın kavaleri”, RTEA, Rusiya (2017);

UNESCO, NATO, USAID (MERC), FP7 (Avroelm) daxil olmaqla 50-yə yaxın elmi qrant almışdır.

Tel Əviv Universitetində “Potensial Geofiziki Sahələr”, “Tətbiqi Geofizika”, “Arxeoloji Geofizika” və “Dəniz Geofizikası” mövzularında mühazirələr oxuyur;

“Yerin Fırlanması” Beynəlxaq Komissiyasının, Beynəlxalq “Webmed” Mərkəzi Ekologiya Məsləhət Şurasının üzvüdür;

Aşağıdakı beynəlxalq bioqrafik ensiklopediyalarda qeyd olunmuşdur:

“Kim Kimdir Amerikada” (1998-2017 );

“Kim Kimdir Peşəkarlar” (1998-2017);

” Kim Kimdir Dünyada” (1999-2017 );

” Kim Kimdir Asiyada və Sakit Okean Ölkələrində” (1999-2017);

 “Beynəlxalq Bioqrafiya lüğəti”, Kembric (2000-2017);

“Amerika Bioqrafiya İnstitutu” (2000-2017).

Beynəlxalq jurnallarda köməkçi redaktor:

“Geofiziki Alətlər, Metodlar və Məlumat Sistemləri” jurnalı (2010-cu ildən);

“Beynəlxalq Materiallar, Metodlar və Texnologiyalar” jurnalı (2013-cü ildən).

Redaksiya heyətinin üzvü:

“Açıq Mineral İşlənmə” Jurnalı (2007-ci ildən);

“Açıq Neft Mühəndisliyi” Jurnalı (2007-ci ildən).

20-dən çox beynəlxalq elmi konfrans və assambleyaların sədri və həmsədri seçilib;

Tel Əviv Universitetinin KAMEA Birliyinin sədri (2016-cı ildən).

Leave a Reply

Your email address will not be published. Required fields are marked *