Həbibov Aleksandr Həbib oğlu

31 avqust 1955-ci ildə Rusiyanın Moskva şəhərində anadan olub. 1977-ci ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU), Kimya fakültəsini bitirib. Hal-hazırda Rusiyada yaşayır.  Rusiya Elmlər Akademiyası, Şemyakin və Ovçinnikov adına Bioorqanik Kimya İnstitutunda çalışır. Elmi sahəsi: Kimya. Əsas elmi nailiyyətləri: Kimya üzrə fəlsəfə doktoru (1982); Kimya üzrə elmlər doktoru (1992); Professor; 170-dən çox elmi məqalənin müəllifidir. 1986-cı ildə “Lenin komsomolu” mükafatına; “Moskvanın 850 illik yubileyinə həsr olunmuş” medalına layiq görülmüşdür. BKİ-nin direktor müavini (2013); MDU, Sənaye Farmakologiya kafedrasının müdiri (2012); Rusiya Biokimya və Molekulyar Biologiya Cəmiyyətinin prezidenti (2008); Rusiya Elmlər Akademiyasının Rusiya Milli Biokimyaçılar Komitəsinin rəhbəri; MDU, Kimya kafedrası, Hüceyrə biologiyası, professor (2000); BKİ, Biokataliz laboratoriyasının rəhbəri, professor (1997); Rusiya Elmlər Akademiyası, Engelhardt adına Molekulyar Biologiya İnstitutu, Biokataliz Kimyəvi Bazaları laboratoriyasının rəhbəri (1993-1997); Rusiya Elmlər Akademiyası, Molekulyar Biologiya İnstitutu, Biokatalizin kimyəvi əsasları laboratoriyası, elmi işçi (1986-1992); Biokatalizin kimyəvi əsasları laboratoriyası, kiçik elmi işçi (1984-1986); Rusiya Elmlər Akademiyasının müxbir üzvü (2003); Rusiya Elmlər Akademiyasının həqiqi üzvü (2016); Özünün rəhbərlik etdiyi 6 fəlsəfə və 1 doktorluq dissertasiyası müdafiə olunmuşdur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *