Hacıyeva Pərvanə Valeh qızı

Hacıyeva Pərvanə Valeh qızı. 11.08.1973-cü ildə Gürcüstanın Marneuli rayonunda anadan olub. 1996-cı ildə Bakı Dövlət Universitetinin tibbi biologiya ixtisasını bitirib. Hal-hazırda Almaniyada yaşayır. Mains Universitetinin Patobiokimya İnstitutunda çalışır. Elmi sahəsi: Biologiya elmləri. 2000-ci ildə “Təbii və modifikasiya olunmuş sitoxromların struktur və çeviklik xassələri” mövzusunda hazırladığı dissertasiya işini uğurla müdafiə edərək Florensiya Universitetində kimya sahəsi üzrə “Doktor” elmi dərəcəsini qazanıb; Biokimya sahəsi üzrə hazırladığı dissertasiya işini Mains Tibb Universitetində müdafiə edərək “Dr.chem. et med. habil” elmi dərəcəsinə layiq görülüb (2016); Mains Universitetində “Patobiokimyəvi adaptasiya” sahəsi üzrə professor vəzifəsinə təyin olunub (2016); Məşğul olduğu elmi problemlər üzrə onlarca elmi məqalə çap etdirmişdir; Mitoxondriyalarda elekrton nəql sistemi, mitoxondriya xəstəlikləri (altsqeymer, parkinson və s.) sahələrində tədqiqatlar aparır. AMEA-nın Molekulyar Biologiya və Biotexnologiya İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayıb; Elmi fəaliyyətini Münhen şəhərində yerləşən Maks Plank Elmi Tədqiqat İnstitutunun “Psixiatriya” bölməsində davam etdirib (2001-2002); Mains Tibb Universitetinin Fizioloji kimya institutunda elmi işçi kimi fəaliyyətə başlayıb (2002); Mains Universitetinin Patobiokimya İnstitunda təşkil olunmuş “Oksidativ stress, antioksidantlar və mitofagiya” elmi işçi qrupuna rəhbər təyin olunub (2006); Mains Universitetində müalicə işi və stomatologiya ixtisasları üzrə buraxılış imtahan komissiyasının üzvüdür (2009); Elmi jurnallarda (Journal of Neurochemistry, European Journal of Biochemistry, Journal of Neuroscience, Free Radicals in Biology and Medicine, Neurobiology of Aging, Journal of Psychiatry, Molecules, Journal of Visualized Experiments, Neuroscience) rəyçi kimi fəaliyyət göstərir; German Network for Mitochondrial Disorders (mitoNET) və Gesellschaftfür Biochemie und Molekularbiologi (GBM) qurumlarının üzvüdür; “Journal of Alzheimer’s Disease” jurnalının redaktor müavini, qrup rəhbəridir.

(Visited 10 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2021 - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Müəllif hüquqları qorunur. by .