Hadıyev Hüseyn Əsgər oğlu

01 iyul 1959-cu ildə Azərbaycan Respublikasının Masallı rayonunun Sirabil kəndində anadan olmuşdur. 1984-cü ildə Smolensk Dövlət Bədən Tərbiyəsi İnstitutunu; 1998-ci ildə Ümumrusiya Qiyabi Maliyyə-İqtisad İnstitutunun Maliyyə və kredit ixtisasını; 2005-ci ildə RF Daxili İşlər Nazirliyinin Moskva Universitetinin Hüquqşünaslıq ixtisasını bitirib. Hal-hazırda Rusiyada yaşayır. Federal Dövlət Qeydiyyatı, Kadastr və Xəritəçəkmə Xidmətinin Federal Kadastr Palatasının Smolensk (“FKP Rosreestr” Smolensk) vilayəti üzrə filialında çalışır. Elmi sahəsi: Hüquq elmləri. Əsas elmi nailiyyətləri : Hüquq üzrə fəlsəfə doktoru; Dosent (2009). Daşınmaz Əmlak Obyektlərinin Federal Kadastr Agentliyinin fəxri fərmanı; RF Regional İnkişaf Nazirliyinin fəxri fərmanı; “Rostexinventarizasiya-Federal TİB”in fəxri fərmanı; Smolensk Vilayət Dumasının fəxri fərmanı; “Ümumrusiya əhalinin siyahıya alınmasında xidmətlərinə görə” döş nişanı; “Ümumrusiya kənd təsərrüfatının siyahıya alınmasında xidmətlərinə görə” medalı; II dərəcəli “Vətən qarşısında xidmətlərinə görə” ordeni ilə təltif olunub.

“Smolenskaudit” MMC-nin direktor müavini işləyib (1997-2001); “Smolensk DTİB”in direktoru vəzifəsini icra edib  (2001-ci ildən); Texniki inventarizasiya sistemində çalışır; “Rostexinventarizasiya-Federal TİB”in Smolensk filialının direktoru olub (2003); Mərkəzi Federal Dairə nümayəndəliyinə rəhbərlik edib (2006).

Leave a Reply

Your email address will not be published. Required fields are marked *