Həbibov Sabir Qaçay oğlu

01.01.1951-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunda anadan olub.  1973-cü ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunu (indiki Azərbaycan Tibb Universiteti) bitirib. Hal-hazırda Rusiyada yaşayır. Moskva 79 nömrəli Şəhər Klinik Xəstəxanasının Endoskopik cərrahiyyə şöbəsində çalışır. Elmi sahəsi: Tibb elmləri. Əsas elmi nailiyyətləri: “Ağciyərin yuxarı hissəsinin xərçənginin klinikası, diaqnostikası və müalicəsi” mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib (1980); Tibb üzrə elmlər doktoru (2000); 50-dən çox elmi işin, 2 səmərələşdirici təklifin müəllifidir. Səhiyyə Nazirliyinin “Səhiyyə əlaçısı” döş nişanı; Moskva hökumətinin tibb sahəsində mükafatı laureatı (2004); “A. Çijevski qızıl medalı”na layiq görülüb (2006); “Rusiya Federasiyasının əməkdar həkimi” fəxri adına layiq görülüb(2009).

Elmi Tədqiqat Kliniki və Eksperimental Tibb İnstitutunda (ETKETİ) cərrahiyyə üzrə internatura keçib (1973-1974); ETKETİ-də torakal cərrahiyyə bölməsində cərrah-həkim (1974-1977); İ.M. Seçenov adına Moskva Tibb Akademiyasının Həkimlərin ali təhsildən sonrakı peşə təhsili fakültəsinin Cərrahiyyə şöbəsində “Cərrahi qastroenterologiyanın aktual məsələləri” mövzusunda (1989),  “Qarın boşluğu orqanlarının təxirəsalınmaz əməliyyatı” mövzusunda ixtisasartırma kursu keçib (1999); Qarın boşluğu və kiçik taz orqanlarında endovideocərrahiyyə əməliyyatlarını xəstəxananın praktikasına tətbiq edib. Sonradan rəhbərliyi altında ixtisaslaşmış endoskopik cərrahiyyə bölməsi yaradılıb (1993-cü ildən); Rusiyada ilk dəfə olaraq varikoz xəstəlikləri zamanı venanın endoskopik transillüminasiya ilə götürülməsini praktikaya tətbiq edib. Hazırda bu kimi əməliyyatlar Moskva, Sankt-Peterburq və Rusiyanın başqa şəhərlərində yerinə yetirilir (2000); Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü (2004); Rusiya Tibbi-Texniki Elmlər Akademiyasının həqiqi üzvü (2005); 1981-ci ildən Moskva 79 nömrəli Şəhər Klinik Xəstəxanasında Endoskopik cərrahiyyə şöbəsinin müdiri vəzifəsində işləyir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *