Həsənov Ələmdar Həsən oğlu

01 oktyabr 1954-cu ildə Azərbaycan Respublikasında anadan olub. 1976-cı ildə S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti), Riyaziyyat fakültəsini bitirib. Hal-hazırda Türkiyədə yaşayır. 2009-u ildən İzmir Universitetinin Riyaziyyat və kompüter elmləri fakültəsində çalışır. Elmi sahəsi: Riyaziyyat elmi. M.V. Lomonosov adına Moskva Dövlət Universiteti (MDU), fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib (1982); MDU-nun Riyaziyyat və kibernetika kafedrasında elmlər doktorluğu dissertasiyasını müdafiə edib (1988). Ən yaxşı elmi mükafat (Azərbaycan Dövlət Universiteti, 1983); Şərəf medalı və diplomu (Rusiya Elmlər Akademiyasının medalı, 1989); Ən yaxşı tədqiqat mükafatı (Kocaeli Universiteti, 1994, 1995, 1996); Tədris və Araşdırma Mükəmməlliyi mükafatı (Kocaeli Universiteti, 1998); Kocaeli Valiliyi mükafatı (1998); Amerika Şərəf Medalı, Amerika Bioqrafiya İnstitutu (2003); Ən yaxşı tədqiqat mükafatı (Kocaeli Universiteti, 2003); İlin ən yaxşı tədqiqatı mükafatı (Kocaeli Universiteti, 2004, 2005, 2008); Fəxri professor, L.N. Gumilev Avrasiya Milli Universiteti (Qazaxıstan, 2008) mükafatlarına layiq görülüb. Digər elmi fəaliyyətləri: Rusiya Elmlər Akademiyası, Tətbiqi Riyaziyyat İnstitutunda prof. A. Samarski qrupunda araşdırma köməkçisi (1977-1979); Bakı Dövlət Universiteti (BDU) və MDU-da professor (1989-1991); TÜBİTAK, Marmara Tədqiqat Mərkəzi Riyaziyyat şöbəsi (1992); Kocaeli Universiteti Riyaziyyat Bölümü, Tətbiqi Riyaziyyat Elmləri Araşdırma Mərkəzinin rəhbəri (1993-2006); Kocaeli Universiteti, Riyaziyyat bölümü, professor (1993-2009); Kocaeli Universiteti, Riyaziyyat bölümü, Tətbiqi riyaziyyat kafedrasının müdiri (1994-2006); ABŞ-ın Nebraska Universitetində dəvətli professor (1997); ABŞ-ın Nebraska Universitetində Beynəlxalq Diskret, Eksperimental və Tətbiqi Riyaziyyat Tədqiqat Mərkəzi heyətinin üzvüdür (1998).

Leave a Reply

Your email address will not be published. Required fields are marked *