Həsənov Ayət Muxtar oğlu

. 01.01.1937-ci ildə Gürcüstanda anadan olub. 1967-ci ildə M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Biologiya-torpaq fakültəsini bitirib. Hal-hazırda Gürcüstanda yaşayır. Elmi sahəsi: Aqrar elmlər. Moskva Dövlət Təbiətin Abadlaşdırılması Universitetinde çalışır. “Azot-fosfor gübrələrinin suvarma suyu ilə və quru şəkildə daxil edilməsi effektivliliyinin aydınlaşdırılması” mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib (1975); “Ağır gilcə–yüngül gilcə karbonatlı morenlərdə formalaşan bataqlıq-kültorpaqların kompleks meliorasiyası” mövzusunda doktorluq dissertasiyası müdafiə edib (1992); 138 elmi-metodiki işin müəllifidir və 4 fəlsəfə doktoru hazırlayıb. Meliorasiya elminin inkişafında xidmətləri SSRİ Kənd Təsərrüfatı Nazirliyinin fərmanları ilə təltif edilib; “Sosializm yarışının qalibi” nişanı; “Əmək veteranı” medalı; “Moskvanın 850 illiyinə xatirə” medalı; “Universitet qarşısında xidmətlərinə görə” medalına layiq görülüb. Moskva Hidromeliorasiya İnstitutu, Meliorativ torpaqşünaslıq və kənd təsərrüfatı kafedrasında assistent (1976-cı ildən), dosent (1979-cu ildən), 1993-cü ildən isə professor işləyib; 1983-cü ildə “Tropik və subtropik torpaqşünaslıq” dərs vəsaitini dərc etdirib və bu dərs vəsaiti 1988-ci ildə yenidən çap olunub, 2007-ci ildə torpaqşünaslıq üzrə dərslik çap edilib; Moskvada mineral gübrələr üzrə 8-ci Beynəlxalq konqresdə iştirak edib (1976); SSRİ Torpaqşünaslar Qurultayının nümayəndəsi olub (1977, 1981, 1985, 1989); Efiopiya, Macarıstan, Gürcüstan, Moldova və Belarusda elmi mühazirələr oxuyub; Rusiya Su Təsərrüfatı Elmlər Akademiyasının müxbir üzvü seçilib (1994); Moskva Təbiətə Qayğı Universitetinin Torpaqşünaslıq və kənd təsərrüfatı kafedrasının müdiri olub (1994-2008); Moskva Dövlət Təbiətin Abadlaşdırılması Universitetinin professorudur

Leave a Reply

Your email address will not be published. Required fields are marked *