Həsənov Eyvaz Əli oğlu

01 yanvar 1959-cu ildə Azərbaycan Respublikasının Şamxor rayonunun (indiki Şəmkir rayonu) Bitdili kəndində anadan olub. 1986-cı ildə V.V. Kuybışev adına Тоmsk Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin Siyasi iqtisad şöbəsini bitirib. Hal-haırda Rusiyada yaşaır.  Xabarovsk Dövlət İqtisadiyyat və Hüquq Universitetinin (XDİHU) İqtisadi nəzəriyyə kafedrasında çalışır. Elmi sahəsi: İqtisadi elmləri. “НТР (nəzəriyyə və metodologiya məsələləri) şəraitində ictimai istehsalın intensivləşdirilməsi” mövzusunda siyasi iqtisad üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib (1992); Тоmsk Dövlət Universitetində iqtisadi nəzəriyyə üzrə “Rusiyada iqtisadi artımın informasiya modeli potensialı” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib (2005); 143 elmi və tədris işinin müəllifidir. İqtisadi nəzəriyyə üzrə 26 dərslik və dərs vəsaiti, 9 monoqrafiyanın müəllifi və həmmüəllifidir; Rusiya Federasiyasınin fəxri ali peşə təhsili işçisidir; Fəaliyyətinin əsas istiqamətlərini endogen iqtisadi artım nəzəriyyəsi, informasiya iqtisadiyyatı nəzəriyyəsi, bilik iqtisadiyyatı nəzəriyyəsi, innovasiya iqtisadiyyatı nəzəriyyəsi, iqtisadiyyatın innovasiya konversiyası nəzəriyyəsi təşkil edir. Rusiya Federasiyası Təhsil və Elm Nazirliyinin fəxri fərmanı (2008); Xabarovsk merinin fəxri fərmanı (2010); Çoxillik fəal və vicdanlı əməyinə görə dəfələrlə XDİHA-nın fəxri fərmanlarını alıb; XDİHA rəhbərliyindən, Xabarovsk diyarı Krasnoflotsk rayon administrasiyasından və Xabarovsk diyarı Administrasiyasının gənclər siyasəti komitəsindən çoxsaylı təşəkkürnamələr; Avropa elm-sənaye konsorsiumunun “Avropa keyfiyyəti” qızıl medalına layiq görülüb. Xabarovsk Xalq Təsərrüfatı İnstitutunun (XXTİ) Siyasi İqtisad kafedrasında müəllim (1986-1989); XDİHA-nın İqtisadi Nəzəriyyə kafedrasının baş müəllimi (1993-1995), 1995-ci ildən dosenti olub; XDİHA-nın Elmi-Tədqiqat Problem Laboratoriyasının baş elmi işçisi (2000-2003); XDİHA-nın İqtisadi Nəzəriyyə kafedrasının dosenti (2003-2006), professoru (2006-cı ildən), 2013-cü ildən isə müdiridir; “Logistika” Magistr Proqramının elmi rəhbəridir. Magistr proqramları çərçivəsində beş yaradıcı təlim kursu hazırlayıb (2013-cü ildən); İqtisad üzrə fəlsəfə və elmlər doktoru elmi dərəcələri almaq üçün dissertasiya müdafiəsi üzrə dissertasiya şurasının üzvüdür; Fəlsəfə doktorluğu üzrə doktorant və dissertantların işinə rəhbərlik edir; XDİHA-da Dövlət Attestasiya Komissiyasının (DAK) işində iştirak edir. Sakit Okean Dövlət Universiteti və Uzaq Şərq Dövlət Nəqliyyat Universiteti DAK-ın sədridir; “Rosobrnadzor” və “Uzaq Şərq Federal Universitetinin Elm Fondu” Proqramının eksperti, Uzaq Şərq regional tədris-metodiki mərkəzinin iqtisadi nəzəriyyə üzrə şurasının sədridir; Uzaq Şərq “Tələbə baharı” festivalının tətbiqi iqtisadi araşdırmalar sahəsində tələbə elmi işləri müsabiqəsinin diyar komissiyasının üzvü olub (2006-2008); “Tələbə baharı” üçün XDİHA tələbələrinin iqtisadi tədqiqatlar sahəsində elmi işlərinin qiymətləndirilməsi üzrə komissiyanın üzvü (2006-2013), Ümumrusiya Gənclər Forumu çərçivəsində iqtisadi nəzəriyyə (11 tur) üzrə Ümumrusiya tələbə olimpiadasının münsiflər heyətinin sədri (2008) kimi fəaliyyət göstərib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *