Hüseynov Arif Ziyad oğlu

07 iyul 1956-cı ildə Azərbayan Respubikasının Tovuz rayonunda anadan olub. 1979-cu ildə İ.P.Pavlov adına 1-ci Leninqrad Tibb İnstitutunun (indiki İ.P.Pavlov adına 1-ci Sankt-Peterburq Tibb Universiteti), “Müalicə həkimi” ixtisasını bitrib. Hal-hazrda Rusiada yaşayır. Tula Dövlət Universiteti, Tibb fakültəsinin 1 nömrəli cərrahi xəstəliklər kafedrasında çalışır. Elmi sahəsi: Tibb elmləri. Tibb üzrə fəlsəfə doktoru (1990); Tibb üzrə elmlər doktoru (1999); Yüksək kateqoriyalı həkim-cərrah; Cərrahiyyə və klinik tibb sahəsində 181 elmi əsər, klinik cərrahiyyənin aktual məsələləri üzrə 5 monoqrafiya, 15 tədris və tədris-metodiki vəsait, praktiki həkimlər üçün 2 vəsaitin müəllifi və həmmüəllifidir. RF Təhsil Nazirliyi, Tula Vilayəti Səhiyyə Departamentinin medalları və fəxri fərmanları; RF Prezidentinin fərmanı ilə “Rusiya Federasiyasının əməkdar həkimi” adı; T. Bilrot adına Avropa Təbiət Elmləri Akademiyasının “Görkəmli elmi nailiyyətlərə və elmə verdiyi töhfəyə görə” nüfuzlu diplomu ilə təltif olunub. Bryansk vilayət xəstəxanasında cərrahlıq üzrə interna keçib (1979-1980); Bryansk vilayət səhiyyə şöbəsinin Sevsk Mərkəzi Rayon Xəstəxanasında Cərrahiyyə bölməsinin müdiri olub (1980-1983); Tulada cərrah-həkim (1983-1989), Tula Vilayət Onkologiya Dispanserində cərrah işləyib (1989-1997); Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvüdür (2010-cu ildən); Onkologiya və cərrahiyyə üzrə klinik internlərin, cərrahiyyə üzrə klinik ordinatorların, sertifikasiya çərçivəsində diplomdan sonrakı təhsil proqramı üzrə cərrah-həkimlərin praktiki hazırlığı və öyrədilməsi məsələləri ilə fəal şəkildə məşğul olur; 1997-ci ildən Tula Dövlət Universitetinin Tibb fakültəsinin 1 nömrəli cərrahi xəstəliklər kafedrasının müdiri kimi fəaliyyət göstərir.

(Visited 3 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2021 - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Müəllif hüquqları qorunur. by .