Hüseynov Çingiz Sahib oğlu

23 iyun 1932-ci ildə Azərbaycan Respublikasının Bakı şəhrində anadan olub. 1957-ci ildə M. Əzizbəyov adına Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) “Neft yataqlarının istismarı” ixtisasını bitirib. Hal-hazırda Rusiyada yaşayır. İ.M. Qubkin adına Rusiya Dövlət Neft və Qaz Universitetinin Neft və qaz sənayesi qurğularının layihələndirilməsinin avtomatlaşdırılması kafedrasında çalışır. Elmi sahəsi: Yer elmləri. Mayenin magistral qaz kəmərlərinin işinin effektivliyinə təsiri” mövzusunda fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib (1964); “Qaz separasiyasının effektivliyi nəzəriyyəsi və yeni separasiya aparatlarının yaradılması” mövzusunda doktorluq dissertasiyasını müdafiə edib (1981); Xarkovda qaz kondensatı yataqlarında qaz və kondensatın mədən üsulu ilə işlənməsi, separasiya texnikasının təkmilləşdirilməsi, qaz və kondensatın nəqli məsələləri ilə məşğul olub; 300-dən çox elmi əsər, “Dəniz neft-qaz yataqlarının istismara hazırlanması” (2003) dərsliyi, “Dəniz neft-qaz yataqlarının təchizatı üzrə layihələndiricilər üçün vəsait” (2004), “Dəniz neft sənayesi terminləri lüğəti”nin (2005), eləcə də 30-dan çox müəlliflik şəhadətnaməsi və patentin müəllifidir.  “Əməkdə igidliyinə görə” yubiley medalı ilə təltif edilib (1970); Qaz sənayesi əlaçısıdır (1972); İ.M.Qubkin (2004) və N.K.Baybakov (2006) adına mükafatların laureatıdır. Sumqayıtda Elmi-Tədqiqat Neft Kimya Avtomat və Layihə İnstitutunda mühəndis işləyib (1957-1960); İrkutsk Politexnik İnstitutunda assistent, baş müəllim işləyib, dosentin səlahiyyətlərini icra edib (1963-1966); Ukrayna Elmi-Tədqiqat Qaz İnstitutunda (Xarkov) laboratoriya müdiri və Qaz tədarükü şöbəsinin müdiri vəzifəsində çalışıb (1966-1979); Qaz Sənayesi Nazirliyinin qərarı ilə Moskvaya Dəniz Neft-Qaz Yataqlarının Mənimsənilməsi İnstitutuna elmi işlər üzrə direktor müavini və Dəniz yataqlarının təchizi şöbəsinin müdiri vəzifəsinə göndərilib (1979); Rusiyanın İ.M. Qubkin adına Neft və Qaz Universitetinin Neft və qaz sənayesi qurğularının layihələndirilməsinin avtomatlaşdırılması kafedrasının professorudur (1997-ci ildən).

(Visited 2 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2021 - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Müəllif hüquqları qorunur. by .