Hüseynov Eldar Musa oğlu

24. fevral 1949-cu ildə Azərbaycan Respublikasının Tovuz rayonunun Qaraxanlı kəndində anadan olub. 1967-ci ildə Leninqrad Meşə Texniki Akademiyasının (indiki S.M.Kirov adına Sankt-Peterburq Dövlət Meşə Texniki Universiteti), Meşə təsərrüfatının mexanikləşdirilməsi fakültəsini bitirib. Hal-hazırda Rusiyada yaşayır. 1991-I ildən S.M. Kirov adına Sankt-Peterburq Dövlət Meşə Texniki Universitetinin Meşə tədarükü istehsalı texnologiyası kafedrasında çalışır. Elmi sahəsi: Aqrar elmlər. Fəlsəfə doktorluğu dissertasiyasını müdafiə etmişdir (1983); Elmlər doktorluğu dissertasiyasını müdafiə etmişdir (2005); Professordur; Ağac tədarükü texnikasının hazırlanması və tətbiqi, planlaşdırma, texnoloji inkişaf, ağac tədarükü müəssisələrinin menecmenti və iqtisadiyyat kimi sahələrdə araşdırmaların  müəllifidir; Meşə təsərrüfatı maşınlarının hazırlanması və effektiv fəaliyyəti nəzəriyyəsinə mühüm töhfələr vermişdir; 100-dən çox elmi məqalə və metodik-tədris işləri üzrə 360 səhifəlik yaddaş kitabçası, 4 dərslik, 8 dərs vəsaiti, 4 monoqrafiya, 14 müəlliflik şəhadətnaməsi və bir neçə ixtiranın müəllifidir.  Qırılacaq meşə sahəsi və meşə təsərrüfatı vasitələrinin kompleks mexanikləşdirilməsi üçün energetika vasitələrinin yaradılmasına görə SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin bürünc medalı; Sankt-Peterburq Dövlət Meşə Təsərrüfatı Akademiyasının 200 illiyi ilə əlaqədar orden ilə təltif edilmişdir. Sankt-Peterburq Dövlət Meşə Təsərrüfatı Akademiyası, böyük laborant; Sankt-Peterburq Dövlət Meşə Təsərrüfatı Akademiyası, “Ağac tədarükü istehsalı” kafedrası, professor; Rusiya Təbiət Elmləri Akademiyasının Sankt-Peterburq bölməsinin üzvü; Rusiya Təbii Elmlər Akademiyasının müxbir üzvü; Rəhbərliyi altında 2 fəlsəfə doktorluğu dissertasiyası müdafiə olunmuşdur.

(Visited 5 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2021 - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Müəllif hüquqları qorunur. by .