Hüseynov Şərif Elbəyi oğlu

13 yanvar 1967-ci ildə Ermənistan SSR, Yexeqnadzor rayonunun Güluduz kəndində anadan olub. S.M. Kirov adına Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti), Tətbiqi riyaziyyat fakültəsi (1983), M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin Hesablama riyaziyyatı və kibernetika fakültəsini bitirib. Hal-hazrda Latviyada yaşayır. Liyepaya Universitetində çalışır. Elmi sahəsi: Fizika. Fizika‑riyaziyyat üzrə fəlsəfə doktoru (1995); Fizika‑riyaziyyat üzrə elmlər doktoru (2006); Riyazi fizikanın tərs və qeyri-korrekt məsələləri, xüsusi törəmələrdə xətti və qeyri-xətti tənliklər, qeyri-stasionar proseslər və mürəkkəb obyektlərin, o cümlədən iqtisadi proseslərin, ekoloji proseslərin və obyektlərin, poladın səmərəli bərkimə proseslərinin, nəqliyyat axını və logistikanın və s. riyazi modelləşdirilməsi, geofizika və seysmologiya, rəqs və tədqiqat əməliyyatları nəzəriyyəsi, çoxkriteriyalı optimallaşdırma, eləcə də istismar prosesində mürəkkəb qarşılıqlı əlaqəli texniki sistemlərin diaqnostikası üzrə mütəxəssisdir; 261 elmi məqalə, 73 konfrans materialı, 4 monoqrafiya, həmçinin ali məktəblər üçün 5 dərsliyin müəllifi və həmmüəllifidir; Həmmüəllifi olduğu “Regularizing algorithms for diagnosing: Applied to gas turbine engines in operation” adlı monoqrafiya 2013-cü ildə Almaniyanın nüfuzlu “Lambert Academic Publishing” nəşriyyatında çap edilib.

2011-ci ildə Latviya Respublikası Təhsil Nazirliyinin “Elmə sanballı töhfəsinə görə” mükafatına layiq görülüb. Moskva Dövlət Universitetində assistent, riyazi fizikanın tərs və qeyri-korrekt məsələlərində, habelə xüsusi törəmələrin qeyri-xətti tənliklər sahəsində elmi tədqiqatlarını davam etdirib (1995-1997); Moskva vilayətinin Dubna şəhərində Atom Tədqiqatları Birləşmiş İnstitutunda əvvəlcə təcrübəçi-tədqiqatçı, sonra kiçik elmi işçi, riyazi fizikanın düz və tərs qeyri-xətti məsələlərinin həlli üçün dayanıqlı analitik-ədədi metodların hazırlanması ilə məşğul olub (1997-1999); Latviya Riyaziyyat və İnformasiya Texnologiyaları İnstitutunun baş elmi işçisi və Latviyanın Liyepaya Universitetinin professorudur; Rəhbərliyi ilə 6 fəlsəfə və 2 doktorluq dissertasiyası, habelə çoxsaylı magistr və bakalavr işləri müdafiə edilib. Onlardan 1 elmlər və 3 fəlsəfə doktorluğu dissertasiyası beynəlxalq müsabiqələrdə iştirak edərək 1-ci yerə layiq görülüb; 15-ə yaxın beynəlxalq elmi layihənin icraçısı olub və bu fəaliyyətini hazırda davam etdirməkdədir (2001-ci ildən); 15 beynəlxalq jurnalın redaksiya kollegiyasına daxildir; Latviyanın Liyepaya Universitetinin nəşr etdiyi “Methods and Applications of Mathematics” beynəlxalq jurnalının baş redaktorudur; 11 beynəlxalq təşkilat və cəmiyyətin (“American Mathematical Society”, “European Mathematical Society”, “Society for Industrial and Applied Mathematics”, “International Society of  Difference Equations”, “IAENG Society of Operations Research”, “Heat Treating Society”, “American Society for Metals” və s.), eləcə də Latviyanın 2 elmi cəmiyyətinin, “Latvian Mathematical Society” və “Latvian Operation Research Society”nin üzvüdür; 50-dən çox konfrans və konqresdə elmi və ya təşkilat komitəsinin üzvü olub; 12 beynəlxalq tədbirə xüsusi məruzəçi kimi dəvət edilib; Elmi nailiyyətləri Amerikanın məşhur “Marquis” nəşriyyatının “Who’s Who in the World” ensiklopedik nəşrinə daxil edilib (2010).

(Visited 5 times, 1 visits today)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

© 2021 - Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi. Müəllif hüquqları qorunur. by .